Məhkəmə qərarları › İş №3(014)-290/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-290/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-290/2020 06.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəmkir rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(076)-1300/19 saylı icra vərəqəsinə əsasən yaranmış 3840 (üç min səkkiz yüz qırx) manat aliment borcunu ödəməsi tələb olunsa da, o, həmin borcu ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən onun barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün məhkəməyə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Şəmkir rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(076)-1300/19 saylı icra vərəqəsi Ağdaş rayon İcra Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası ilə əlaqədar olaraq, borclu Şəxs Ağdaş rayon İcra Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin zərərçəkmiş şəxsə olan borcunu ödəməmişdir. İcra hərəkətlərinin həyata keçirilməsi üçün bütün qanuni tədbirlər görülmüş, lakin borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmədə işə baxılarkən borclu Şəxs sərəncamında olan 5 sot torpağı satıb tələbkar Zərərçəkmiş şəxs olan aliment borcunu ödəyəcəyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək məhkəmə iclasında izah etdi ki, Şəmkir rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(014)-1300/2019 saylı icra vərəqəsinə əsasən ondan xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2005-ci il təvəllüdlü X4 və xx xxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat aliment tutulmalıdır. Hal-hazırda zərərçəkmiş şəxsə olan borcu 3840 manat təşkil edir. Maddi imkanı zəif olduğundan və işləmədiyindən zərərçəkmiş şəxsə olan borcunu ödəyə bilmir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunub baxılmasıüçün məhkəməyə göndəriləndən sonra yaranmış 3840 manat aliment borcunu sərəncamında olan 5 sot torpaq sahəsini satıb aliment borcunu ödəyəcəyini bildirmişdir və buna görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 izahatlarını dinləyib, Zərərçəkmiş şəxs ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakıəsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, borclu Şəxsxx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxx 2005-ci il təvəllüdlü X4 və xx xxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat aliment tutulmasıbarədə Şəmkir rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(076)-1300/19 saylı qətnaməsi xx xxxxx 2019-cu il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, işAğdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 icraatına daxil olduqdan sonra borclu Şəxs hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat aliment ödəməli olduğu halda, həmin məbləğdən daha az məbləğdə və ya ümumiyyətlə aliment ödəməmiş, buna görə Şəxs həmin qətnamə üzrə3840 (üç min səkkiz yüz qırx) manat aliment borcu yaranmış, icra məmuru tərəfindən borcludan yaranmış aliment borcunu ödəməsi tələb olunsa da, o, borcunu ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, buna görə də icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, məhkəmədə işə baxılarkən borclu Şəxs borcunu tam ödəməsi üçün vaxt istəmiş və 3840 manat aliment borcunu sərəncamında olan 5 sot torpağı satıb tələbkar şəxsəödəyəcəyini bildirmişdir. Həmçinin işüzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək işüzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla da inzibati xətanın tərkibini yaradan hallar aradan qaldırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinəəsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar