Məhkəmə qərarları › İş №3(014)-292/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-292/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-292/2020 07.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İşüzrəşahid qismində olan Ağdaş RPŞəməkdaşları X1 vəX7, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis baş leytenantı X3 iştirаkı ilə Şəxs barəsində Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : Şəxs xx xxxxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospektində ucadan söyüş söyərək nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında Ağdaş RPŞ-nin sahə rəisi polis baş leytenantı X6 izah etdi ki, Şəxs xx xxxxxx 2020-ci Ağdaşşəhəri, H.Əliyev prospektində ucadan söyüş söyərək nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu barədə tərəfindən araşdırma aparılmış, Şəxs və polis əməkdaşlarının izahatı alınmış vəŞəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, ailəsilə birlikdə Ağdaş rayonu, Qaradağlı kəndində yaşayır. O yaşıllaşdırma idarəsində işlədiyini bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində işdə iş yoldaşlarına hirslənərək evə gedirmiş. Mədəniyyət evinin qarşısında olarkən əsəbindən özündən asılı olmayaraq iş yoldaşlarının ünvanına nalayiq ifadələrlə söyüş söymüşdür. Bu vaxt orada xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etmiş, buna baxmayaraq o polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış vəöz hərəkətlərinə davam etmişdir. Buna görə də onu rayon Polis Şöbəsinə dəvət etmiş, orada ona inzibati protokol tərtib etdiklərini bildirmişdir. Məhkəmədən əməlindən səmimi olaraq peşmançılıq çəkməsini və bir daha belə hallara yol vermiyəcəyini nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında izahatı alınmış işüzrəşahid Ağdaş rayon Polis Şöbəsinin əməkdaşı X4 izah etdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 15:00-da Heydər Əliyev prospektində iş yoldaşıX12 oğlu ilə xidmətdə olarkən bir nəfər şəxsin uca səsləünvansız nalayiq söyüşlər söydüyünü görüb ona yaxınlaşmışlar. Onlar özünü həmin şəxsə təqdim edərək, nizamintizama dəvət etmişlər. Həmin şəxs onların qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Onlar həmin şəxsi Ağdaş RPŞ-nə gətirib, növbətçi hissəyə təhvil vermişdir. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs Ağdaş rayon, Qaradağlı kənd sakini Şəxsdur. Məhkəmə iclasında izahatı alınmış işüzrə digər şahid Ağdaş rayon Polis Şöbəsinin əməkdaşıX12 oğlu da X2 izahatına uyğun izahat vermişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinəəsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər başa düşülür. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, işüzrəşahidlər X1, X7 və Ağdaş RPŞ-nin sahə rəisi polis baş leytenant X3 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyəti, əməlindən səmimi peşmançılığı və inzibati xətanın xarakteri nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi olaraq peşmançılıq çəkməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, yüngülləşdirici və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1999-cu il tarixdə AğdaşRayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, müvəqqəti işsiz, Ağdaş rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan RespublikasıİXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar