Məhkəmə qərarları › İş №3(014)-294/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-294/2020

07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-294/2020 07.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs X3 İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis başleytenantı X11 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx xxxxx 2020-ci il tarixdə saat təxminən 18:00 radələrində Ağdaş rayon Yuxarı Nemətabad kəndində yerləşən torpaq sahəsində şəxsi münasibətlər zəmnində Şəxs Məhəmmmədəli oğlu kənd sakini X4 döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxxxx 2020-ci il tarixdə X13 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək nitq qüsurlu olan çobanı Asif adlışəxsin Şahin adlışəxs tərəfindən döyülməsini bildirmişdir. Eyni zamanda X13 xx.xx.2020-ci il tarixdə Aödaş RPŞ-na ərizə ilə müraciət edərək Şahin adlışəxsin onu təhqir etdiyini, oğlu Asifi döymədiyini və ona məxsus olan qoyunun qılçasını sındırdığını bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu Yuxarı Nemətabad kəndində yaşayan X2 RPŞnəərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə Əli, Əlibəy, Vidadi və Dilqəm tərəfindən döyülməsini bildirmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X12 xx xxx 2020-ci il tarixli qərarı ilə, Ağdaş rayonu Yuxarı Nemətabad kəndində yaşayan X3 və X9 müraciətləri əsasında toplanmış xx xxx 2020-ci il tarixli materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərarın surəti Şəxs və Zərərçəkmiş şəxs2 barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilsin. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis baş leytenantı X16 izah etdi ki, xx xxxxx 2020-ci il tarixdə saat təxminən 18:00 radələrində Ağdaş rayon Yuxarı Nemətabad kəndində yerləşən torpaq sahəsində şəxsi münasibətlər zəmnində Şəxs Məhəmmmədəli oğlu kənd sakini X4 döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs oğlu izah etdi ki, Şahin Abdurəhmanovu əvvəllər tanıdığını, əvvəllər aralarında heç bir mübahisənin və ya münaqişənin olmadığını, Əlinin onun qardaşı olmasını, Vidadinin onun əmisi Qəşəmin oğlu olmasını, Dilqəmin onun əmisi Nizaminin oğlu olmasını, xx.xx.2020-ci il tarixdə Ağdaş rayonu Yuxarı Nemətabad kəndində yerləşən torpaq sahəsində Vidadi ilə onlara məxsus iri və xırdabuynuzlu heyvanları otardıqlarını, həmin zaman Şahin ilə rastlaşdıqlarını, Şahinin onları görən kimi onlara yaxınlaşaraq “siz burada heyvanları otara bilmərsiniz” deyə söylədiyini, onların ona “bura otlaq sahəsidir biz burada həmişəözümüzə məxsus heyvanları otarmışıq” deyə söylədiyini, Şahinin onlara “çıxın gedin buradan, yoxsa o biri qoyunlarınızın da qılçasını sındıracam” deyə söylədiyini, Şahinin onlara nalayiq ifadələr işlətdiyini, buna görə aralarında mübahisə baş verdiyini, Şahini itələdiyini, daha sonra biz çıxıb getdiklərini bildirmişdir. Həmçinin Şəxs izahatında Şahin ilə aralarında olan mübahisənin və dava-dalaşın xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Ağdaş rayonu Yuxarı Nemətabad kəndində yerləşən onlara məxsus torpaq sahəsində baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, Şahinin onu vurmadığını, Şahinin onlara nalayiq ifadələr işlətdiyini, Şahini vurmadığını, Şahini itələdiyini, Şahinlə mübahisə edən zaman yanlarında Vidadinin olmasını, yaranmış səs-küyə heçkimin gəlmədiyini, Şahin Abdurəhmanova məxsus telefonu götürmədiklərini, Şahinin onlara şər-böhtan atdığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izah etdi ki, Ağdaş rayonu Ərəbocaq kəndində yerləşən Türyançay MMC şirkətində gözətçi vəzifəsində işlədiyini, xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində işdə olduğunu, həmin vaxt işlədiyi şirkətə məxsus olan torpaq sahəsində Ağdaş rayonu Nemətabad kəndində məskunlaşmış məcburi köçkünlər Əlinin, Əlinin qardaşı Elbəyin, Dilqəmin və Vidadinin iribuynuzlu və xırdabuynuzlu heyvanları otardıqlarını görməsini, özünə məxsus olan telefona onlarıçəkib rəhbərliyə məruzə etmək istədiyini, onların ona qarşı nalayiq ifadələr işlətdiklərini, onların onu döyməyə başladıqlarını, həmin vaxt yerə yıxıldığını vəəli ilə baş nahiyəsindən tutduğunu, onların onun ağız, baş və qarın nahiyələrindən vurduqlarını, onun telefonunu, əlindən aldıqlarını, aldığı xəsarətlərdən dolayıözündən getdiyini, ayılanda yanında Şəmsəddin müəllimin və Sahib adlı şəxsləri gördüyünü, daha sonra Şəmsəddin və Sahib adlışəxsin onu Ağdaş RMX-na apardıqlarını bildirmişdir. X1 izahatında Əlinin, Əlinin qardaşı Elbəyin, Dilqəmin və Vidadinin onun ağız, baş və qarın nahiyələrindən vurub xəsarət yetirdiklərini, ona məxsus olan telefonun markasının “Samsung A10” markalı olduğunu, həmin telefonu 3-4 ay əvvəl 400 manata aldığını, telefonu Əlinin götürdüyünü, onun videoçəkiliş etdiyinə görə telefonu Əli tərəfindən götürməsini bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5, Ağdaş MTE və PA şöbəsinin xx xxxxx 2020-ci il tarixli 180 saylı rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – başın sol təpə nahiyəsinin şişkinliyi (dərialtı hematoması) burun yəhərinin qançırı, alt dodağın diş səthinin sıyrığı, sağ gözətrafı nahiyənin qançırı küt alət təsirindən törənmiş, törənmə müddəti xx xxxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. MəhkəməŞəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, işin yüngülləşdirici və ağırladşırıcı haların olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxx 1998-ci il tarixdə Ağdaş rayon, Aşağı Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Yuxarı Nemətabad kəndindəyaşayan Şəxs Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar