Məhkəmə qərarları › İş №3(014)-295/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-295/2021

06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-295/2021 06.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Ağdaş Rayon Məhkəməsinin 2(014)-855/2020 saylı, 27.07.2021-ci il tarixli icra vərəqəsinə əsasən 25 mart 2007-ci il tarixdə anadan olmuş X8 və 07 sentyabr 2008-ci il tarixdə anadan olmuş X9 18 yaşına çatanadək saxlanılması üçün cəmi 240 manat aliment borclu Şəxs tutularaq X1 xeyirinə ödənilməlidir. Həmin icra vərəqəsinə əsasən hesablanmış 1870 manat aliment borcu Şəxs tərəfindən ödənilməsi tələb edilsə də, borclu tərəfindən icra məmurunun qanuni tələbləri qərəzli olaraq yerinə yetirilməmiş, buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən onun barəsində 05 avqust 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında Ağdaş Rayon Məhkəməsinin 2(014)-855/2020 saylı icra vərəqəsinə əsasən 25 mart 2007-ci il tarixdə anadan olmuş X8 və 07 sentyabr 2008-ci il tarixdə anadan olmuş X4 18 yaşına çatanadək saxlanılması üçün cəmi 240 manat alimentin ondan tutularaq X1 xeyirinə ödənilməli olduğunu, borcunu tam olaraq ödədiyini, X2 heç bir borcunun olmadığını bildirmiş və məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında izahatında Ağdaş Rayon Məhkəməsinin 2(014)-855/2020 saylı, 27 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən 25 mart 2007-ci il tarixdə anadan olmuş X8 və 07 sentyabr 2008-ci il tarixdə anadan olmuş X4 18 yaşına çatanadək saxlanılması üçün cəmi 240 manat alimentin borclu Şəxs tutularaq X1 xeyirinə ödənilməsinə dair icra vərəqəsinin 17 sentyabr 2020-ci il tarixdə icraatına daxil olduğunu, həmin icra vərəqəsinə əsasən borclunun 1870 AZN aliment borcunun yarandığını, X5 tərəfindən daxil olmuş 06.08.2021-ci il tarixli teleqramda Şəxs 1870 manat borcunu tam olaraq aldığını, 01.08.2021-ci il tarixə qədər borclunun ona heç bir borcunun olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cavabdeh Şəxs 25 mart 2007-ci il tarixdə anadan olmuş X8 və 07 sentyabr 2008-ci il tarixdə anadan olmuş X9 18 yaşına çatanadək saxlanılması üçün cəmi 240 manat alimentin borclu Şəxs tutularaq X1 xeyirinə ödənilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 2(014)-855/2020 saylı icra vərəqəsinə əsasən borclunun 1870 AZN aliment borcu yaranmış, bununla əlaqədar olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, X5 tərəfindən daxil olmuş 06.08.2021-ci il tarixli teleqramda Şəxs tələbkara heç bir borcunun olmaması bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar