Məhkəmə qərarları › İş №3(014)-296/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-296/2020

10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-296/2020 10.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(014)-128/2017 saylı icra vərəqəsinə əsasən 336.12 manat xidmət haqqı vəödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi yaranmış 356,12 (üç yüz əlli altı manat on iki qəpik) manat xidmət haqqıborcunun ödəməsi tələb olunsa da, o, həmin borcu ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görəAğdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən onun barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün məhkəməyə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(014)-128/2017 saylı icra vərəqəsi Ağdaş rayon İcra Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası iləəlaqədar olaraq, borclu Şəxs Ağdaş rayon İcra Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin zərərçəkmişşəxsə olan borcunu ödəməmişdir. İcra hərəkətlərinin həyata keçirilməsi üçün bütün qanuni tədbirlər görülmüş, lakin borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmədə işə baxılarkən borclu Şəxs borcunu ödəməsi üçün vaxt istədiyini və 356.12 manat xidmət haqqı borcunu işləyib az vaxta ödəyəcəyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək məhkəmə iclasında izah etdi ki, Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(014)-128/2017 saylı icra vərəqəsinəəsasən ondan 336,12 manat xidmət haqqı vəödənilmiş 20 manat dövlət rüsumu , cəmi 356,12 manat məbləğində xidmət haqqı borcu tutularaq Zərərçəkmiş şəxs MMC-nin xeyrinə verilməlidir. Hal- hazırda zərərçəkmişşəxsə olan borcu 356,12 manat təşkil edir. Xüsusi karantin rejimi ilə bağlı olaraq Rusiyaya gedə bilmədiyi üçün işləyə bilmədiyini və maddi imkanı zəif olduğundan zərərçəkmişşəxsə olan borcunu ödəyə bilmədiyini bildirdi.Ən yaxın zamanda işə başlayacağını, borcunu ödəyəcəyini bildirdi və buna görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmişşəxs Zərərçəkmiş şəxs MMC-ə məlumat verilməsinə baxmayaraq, zərərçəkmişşəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı heç bir məlumat verməmişdir. Məhkəmə zərərçəkmişşəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədən barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs barəsində işüzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 dinləyib, Şəxsərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs 336.12 manat xidmət haqqı vəödənilmiş 20 manat məbləğində dövlət rüsumu, cəmi yaranmış 356,12 (üç yüz əlli altı manat on iki qəpik) manat xidmət haqqıborcunun tutulması barədəAğdaş rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(014)-128/2017 saylı icra vərəqəsi xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, işAğdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 icraatına daxil olduqdan sonra borclu X3 356,12 manat xidmət haqqı borcunu ödəməli olduğu halda, həmin məbləğdən daha az məbləğdə vəya ümumiyyətləödəməmiş, buna görəŞəxs həmin qətnaməüzrə356,12 (üç yüz əlli altı manat on iki qəpik) manat xidmət haqqıborcu yaranmış, icra məmuru tərəfindən borcludan yaranmış xidmət haqqı borcunu ödəməsi tələb olunsa da, o, borcunu ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, buna görə də icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasıüçün məhkəməyə göndərilmiş, məhkəmədə işə baxılarkən borclu Şəxs borcunu tam ödəməsi üçün vaxt istəmişdir. Bununla da inzibati xətanın tərkibini yaradan hallar aradan qaldırılmışdır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinəəsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloci salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinəəsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinəəsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinəəsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinəəsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar