Məhkəmə qərarları › İş №3(014)-296/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-296/2021

06.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-296/2021 06.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Müğdət oğlu Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X2 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Ağdaş rayonu Gürcuva kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağdaş rayonu, Məşəd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Müğdət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Ağdaş Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X5 tərəfindən Şəxs Müğdət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 06 avqust 2021-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, Şəxs Müğdət oğlu 06.08.2021-ci il tarixdə saat təxminən 11:00 radələrində Ağdaş rayon, Məşəd küçəsində polis əmakdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X5 izahatında göstərdi ki, Şəxs Müğdət oğlu 06.08.2021-ci il tarixdə saat təxminən 11:00 radələrində Ağdaş rayon, Məşəd küçəsində polis əmakdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də, Şəxs Müğdət oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Müğdət oğlu izahatında bildirdi ki, 06.08.2021-ci il tarixdə saat 11:00 radələrində yaşadığı evə gedən zaman səs-küy saldığı üçün polis əməkdaşları onlara yaxınlaşaraq nizam intizama dəvət etmiş, lakin o polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamış, səs küy salmağa davam etmişdir. Məhkəmə iclasıında əməlinə görə peşman olduğunu, gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nın CAB əməliyyat müvəkkili X1 izahatında, 06.08.2021-ci il tarixdə 11:00 radələrində Ağdaş şəhəri Məşəd küçəsində hərəkətdə olan zaman Ağdaş rayon Məşəd kəndində yaşayan Şəxs adlı şəxsin ictimai qaydanı pozmasını müşahidə etdiyini, ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirdiyini, ictimai qaydanı qorumağa və hüquqazidd hərəkətlərdən çəkindirməyə dair tövsiyə verdiyini, lakin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını, bundan sonra onları RPŞ-na gətirdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ağdaş RPŞ-nın CAB əməliyyat müvəkkili X4 izahatında, 06.08.2021-ci il tarixdə 11:00 radələrində Ağdaş şəhəri Məşəd küçəsində hərəkətdə olan zaman Ağdaş rayon Məşəd kəndində yaşayan Şəxs adlı şəxsin ictimai qaydanı pozmasını müşahidə etdiyini, ona yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirdiyini, ictimai qaydanı qorumağa və hüquqazidd hərəkətlərdən çəkindirməyə dair tövsiyə verdiyini, lakin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığını, səs-küy salmağa davam etdiyini, bundan sonra onları RPŞ-na gətirdiklərini bildirmişdir. Şəxs Müğdət oğlu polis əməkdaşları ictimai qaydanı mühafizə edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması və beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, şahid izahatı, inzibati xəta haqqında protokol və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Buna görə də Şəxs Müğdət oğlu İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə ona 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın sanksiyası çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1 -ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxsin əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörtdə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətaların xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi və ağırlaşdərəcə hallarının isə olmamasını, habelə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Müğdət oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli onun tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: xx.xx.1985-ci il tarixdə Ağdaş rayonu Gürcuva kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Ağdaş rayonu, Məşəd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Müğdət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Ağdaş rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar