Məhkəmə qərarları › İş №3(014)-297/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-297/2020

11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-297/2020 11.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, 20 Yanvar küçəsində yerləşən geyim mağazasında şəxsi münasibətlər zəmnində Şəxs ilə Zərərçəkmiş şəxs arasında davadalaş baş vermiş və onlar bir-birinə sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir.Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Ağdaşşəhər M.Ə.Rəsulzadə 36/1 ünvanında yaşayan Zərərçəkmiş şəxs Ağdaş RPŞ-nəərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə Briliyant adlı qadının onu döyərək ona xəsarət yetirməsini bildirmiş və onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Həmçini həmin tarixdə Aödaşşəhər 20 Yanvar küçəsi ünvanında yaşayan Şəxs Ağdaş RPŞ-nəərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə Kifayət adlı qadının onu döyərək ona xəsarət yetirməsini bildirmiş və onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, ünvan 3 ünvanında yaşayan xx.xx.1959cu il təvəllüdlü Zərərçəkmiş şəxs və ünvan 4 ünvanında yaşayan xx.xx.1986-cı il təvəllüdlü Şəxs barələrində Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X4 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə Ağdaşşəhəri, 20 Yanvar küçəsində yerləşən geyim mağazasında şəxsi münasibətlər zəmnində Şəxs ilə Zərərçəkmiş şəxs arasında dava-dalaş baş vermiş və onlar bir-birinə sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs haqqında Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izahatında, Kifayət adlı qadınıəvvəllər tanıdığını, lakin aralarında mübahisələr və dava-dalaşlar baş vermədiyini, təxminən bir ay əvvəl Kifayət adlı qadının onun mobil telefonuna zəng edərək ona məxsus paltar dükanına yaxınlaşmağını istədiyini, dükanaonun yanına getdiyini, Kifayət adlı qadının “mənə 100 manat cərimə yazıblar, onu sildirmək üçün vəkil məndən 50 manat pul istəyib, sən dükanda ol, mən verib gəlirəm” deyə söyləyərək çıcıb getdiyini, təxminən 30 dəqiqədən sonra qayıtdığını, Kifayət adlı qadının dükana qayıdandan sonra yaşadığı evə getdiyini, orada Kifayət adlı qadın ona “ sən keçən dəfə mənim yerimə dükanda qalanda neynəmisən?” deyə sualını verdiyini, ona “mən heçnə eləməmiş\m” deyə söylədiyini, Kifayətin isə ona “paltarın altında dəftər var idi, həmin dəftərin arasında 200 manat pul olub, sən həmin pulu götürmüsən, get pulu gətir” deyə söylədiyini, ona “ pulu götürməmişəm” deyə söylədiyini və sonra evinəçıxıb getdiyini, bir gün sonra Kifayət adlı qadının onun yaşadığı evə gəldiyini, ondan pulu istədiyini, ona 20 manat puln verdiyini, Kifayətin isə ona “mən bu pulu demirəm, sənin götürdüyün 200 manat pulu deyirəm” deyə söylədiyini, ona “mən səndən pul götürməmişəm, çıx get buradan”deyə söylədiyini, Kifayətin çıxıb getdiyini,xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində Kifayət adlı qadının onun mobil telefonuna zəng edərək onun dükanına gəlməyini istədiyini, Kifayətin dükanına getdiyini, dükanda Kifayət adlı qadının yanında tanımadığı bir nəfər şəxsin də olduğunu, həmin şəxsin ona “sən Kifayətin pulunu qaytar” deyə söylədiyini, ona “mən ondan pul götürməmişəm” deyə söylədiyini, Kifayət adlı qadınla aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Kifayət adlı qadının ona nalayiq ifadələr işlətdiyini, Kifayətin onu əlləri ilə itələdiyini, daha sonra əli ilə Kifayətin onun üz nahiyəsindən vurduğunu, Kifayətin itələdiyini, vuran zaman Kifayətin əlindəki telefonun yerə düşdüyünü, dükanda Kifayət adlı qadın ilə mübahisə zamanı paltarların yerə töküldüyünü, həmin vaxt polis əməkdaşlarının gəldiyini və onları sakitləşdirdiklərinji bildirmişdir. Həmçinin Şəxs izahatında Kifayət ilə aralarındakı mübahisə və dava-dalaşın xx.xx.2020-ci il tarixdə saat 15:15 radələrində ünvan 4 ünvanında yerləşən Kifayət adlı qadına məxsus paltar dükanında baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Kifayət adlı qadın onu əlləri ilə itələdiyini və daha sonra əli iləüz nahiyəsindən vuraraq ona xəsarət yetirdiyini, dava-dalaş zamanı bir-birinə nalayiq ifadələr işlətmədiklərini, aralarında dava-dalaş zamanı Kifayət adlı qadını sinəsindən əlləri ilə itələmədiyini, Kifayət adlı qadını itələyən zaman onun əlindəki telefon yerə düşdüyünü, Kifayət adlı qadına məxsus dükandakı paltarı yerə tökmədiyini, dava-dalaş zamanı orada özündən və Kifayət adlı qadından başqa tanımadığışəxsin olduöunu, yaranmış səs-küyə də heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmə iclasında zərər çəkmişşəxs Zərərçəkmiş şəxs izahatında Briliyant adlı qadınıəvvəllər tanıdığını, aralarında əvvəllər mübahisələr və dava-dalaş baş vermədiyini, hal-hazırda aralarında olan dava-dalaşın xx.xx.2020-ci iı tarixdə təxminən saat 15:15 radələrində ünvan 4 ünvanında yerləşən ona məxsus paltar dükanında baş verdiyini və 3- 5 dəqiqə davam etdiyini, dava-dalaş zamanı Briliyant adlı qadının onu əlləri iləüz və sinə nahiyəsindən vuraraq, ona xəsarət yetirdiyini, dava-dalaş zamanı Briliyant adlı qadının ona nalayiq ifadələr işlətdiyini, ona nalayiq ifadələr işlətmədiyini, aralarındakı dava-dalaş zamanı Briliyant adlı qadının ona nalayiq ifadələr işlətdiyini, ona nalayiq ifadələr işlətmədiyini, aralarındakı dava-dalaş zamanı Briliyant adlı qadını vurmadığını, ona məxsus Samsung A5 markalı telefonun sınması nəticəsində 200 manat maddi ziyan dəydiyini, Briliyant adlı qadının onun paltarlarını tullaması nəticəsində ona 260 manat ziyan dəydiyini, Briliyant adlı qadının onun əynindəki donunu cırması nəticəsində 65 manat ziyan dəydiyini, boynundakı sepin qırması nəticəsində 35 manat ziyan dəydiyini, ümumilikdə ona 560 manat ziyan dəydiyini, dava-dalaş zamanı orada özündən və Briliyant adlı qadından başqa Tülfə adlı qadının olduğunu, yaranmış səs-küyə də heç kimin gəlmədiyini bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ŞəxsAzərbaycan RespublikasıİXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2, Ağdaş MTE və PA şöbəsinin xx xxxx 2020-ci il tarixli 408 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol gözaltı nahiyənin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. MəhkəməŞəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, işin yüngülləşdirici və ağırladırıcı haların olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxstəqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxx 1986-cı il tarixdə Ağdaş rayonu, Xosrov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Xosrov kəndindəyaşayan Şəxs Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üçyüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar