Məhkəmə qərarları › İş №3(014)-297/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-297/2021

10.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-297/2021 10.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 (eyni zamanda Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi) iştirakları ilə xx.xx.1946-cı ildə Ağdaş rayonunun Hüşün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonu, Hüşün kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 18.06.2021-ci il tarixdə, saat 13:00 radələrində keçmiş gəlini Zərərçəkmiş şəxs1 və azyaşlı Zərərçəkmiş şəxs2 şəxsi münasibətlər zəmnində baş vermiş söz-söhbət zamanı qollarından dartaraq, sağlamlıqlarına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 12 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 10.08.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs1 tanıyır. Onun X9un keçmiş arvadıdır. Zərərçəkmiş şəxs1 ilə X9 2014-cü ildə rəsmi olaraq ayrılmışlar. X5 məhkəmə qaydasında ayrılan zaman məhkəmə Zərərçəkmiş şəxs1 oğluna məxsus evdə yaşamaq hüququ vermişdir. Lakin həmin vaxtdan bu günədək Zərərçəkmiş şəxs1 həmin evdə yaşamamışdır. 18.06.2021-ci il tarixdə təxminən saat 13:00 radələrində Zərərçəkmiş şəxs1 və onun yanında olan azyaşlı nəvəsi Zərərçəkmiş şəxs2 həmin evə gələrək orada yaşamaq istədiklərini bildirmişlər. O, həmin vaxt bazarda idi. Bazardan gələn zaman X9un yolun kənarında onu gözlədiyini görmüş və ondan nə baş verdiyini soruşmuşdur. Bundan sonra o, oğlu ilə birlikdə həmin evə getmiş və keçmiş gəlini Zərərçəkmiş şəxs1 və onun yanında olan kiçik nəvəsi Mələyin orada olduqlarını və orada yaşamaq istədiklərini görmüşdür. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 onunla birlikdə məhkəməyə gedərək məsələni həll etməyi təklif etmişdir. Zərərçəkmiş şəxs1 isə ona heç yerə getməyəcəyini, həmin evdə yaşayacağını və həmin evdə yaşamaq hüququnun olduğunu bildirmişdir. Bundan sonra o, X9a polisə getmələrini bildirmişdir. Bunu eşitdikdən sonra Zərərçəkmiş şəxs1 qalan əşyalarını gətirmək adıyla oradan çıxaraq getmişdir. O da X9la birlikdə Ağdaş rayon Polis şöbəsinə gəlmişdir. Şöbəyə gəldikdə keçmiş gəlini Zərərçəkmiş şəxs1 da orada olduğunu, onun və oğlu barəsində şikayət etdiyini bilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 (eyni zamanda Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi) izahatında bildirdi ki, 2014-cü ildə həyat yoldaşı Təbriz Sadıqovdan rəsmi olaraq ayrılmışdır. Həmin vaxt məhkəmə qərarında onun və onunla birlikdə olan iki azyaşlı qızının Ağdaş rayonu Hüşün kəndində yerləşən Təbriz Sadıqova məxsus evdə yaşamaq hüququnun olması qeyd edilmişdir. Həmin vaxtdan etibarən iki azyaşlı qızı ilə birlikdə böyük qızı və onun həyat yoldaşı Bəkir Mustafayevlə birlikdə yaşamış, lakin artıq onlarla birlikdə yaşamaq istəmədiyi uçün 18.06.2021-ci il tarixdə məhkəmənin qərarında göstərilən evə getmişdir. Bu zaman keçmiş həyat yoldaşı Təbriz Sadıqov və onun anası Şəxs onu və onunla birlikdə olan azyaşlı qızı Zərərçəkmiş şəxs2 həyətdən çıxartmaq istəmişlər. Həmin vaxt azyaşlı qızı Zərərçəkmiş şəxs2 sol ayağından və qol nahiyəsindən Şəxs xəsarət yetirmişdir. Həmçinin, Şəxs onun da qolundan dartaraq xəsarət yetirmişdir. Keçmiş həyat yoldaşı Təbriz Sadıqov onu balta ilə hədələmiş, lakin həmin vaxt onun əlində balta və ya baltaya bənzər əşya olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 anası (digər zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X4 izahatında bildirdi ki, 18.06.2021-ci il tarixdə, saat 13:00 radələrində Şəxs keçmiş gəlini Zərərçəkmiş şəxs1 və azyaşlı Zərərçəkmiş şəxs2 şəxsi münasibətlər zəmnində baş vermiş söz-söhbət zamanı qollarından dartaraq, sağlamlıqlarına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X3 12 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi əlaməti olduğundan onlun barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 10.08.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün, zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Eyni zamanda, Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 13 iyul 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və 10 avqust 2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi barədə qərarlarından görünür ki, Şəxs RPŞ-yə gəlməsi mümkün olmadığından iş üzrə icraat 13 iyul 2021-ci il tarixdən 10 avqust 2021-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.4-cü maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar