Məhkəmə qərarları › İş №3(014)-299/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-299/2020

11.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-299/2020 11.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhərində yerləşən Röyanın anası Fərqanənin yaşadığı evin həyətində Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə olmuş, Şəxs Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Ağdaş rayonu Qaradeyin kənd sakini Zərərçəkmiş şəxs ərizə ilə Ağdaş RPŞ-nə müraciət edərək həmin tarixdə Şəxs öz yaşadıqları evin həyətində onu döyərək ona xəsarət yetirməsini bildirmiş və onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Ağdaş rayonu Aşağı Ləki kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış xx xxxx 2020-ci il tarixli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ağdaş rayonu Qarağan-Sədi kəndində qeydiyyatda olan, Ağdaş şəhəri M.İsayev küç.,45-də yaşayan xx.xx.1985-ci il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X2 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhərində yerləşən Röyanın anası Fərqanənin yaşadığı evin həyətində Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə olmuş, Şəxs Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, Zərərçəkmiş şəxs tanıdığını, onun qardaşının keçmiş qaynanası olduğunu, qardaşının həyat yoldaşından boşanandan sonra onun ilə birlikdə qaldığını, qardaşının da həmin uşağa görə aliment ödədiyini, 6 ildən sonra Sevdanın qardaşı uşağını onlara gətirdiyini, anasının da onlara 2 dəfə orada olanda yemək gətirdiyini, Sevdanın etiraz etdiyini və yemək yemədiyini, sonradan Sevdanın onun, bacılarının və qardaşlarının ünvanına nalayiq ifadələr işlətməyə başladığını, ona görə aralarında mübahisə baş verdiyini, mübahisə vaxtı Sevdanın onun üstünə gələndə əsəbləşib onun üz nahiyəsində əli ilə vurduğunu, sonra da paltarını cırdığını, həmin vaxt anası Fərqanənin onları aralaşdırdığını, Sevdanın da nəvəsini götürüb getdiyini bildirmişdir. Həmçinin Şəxs izahatında Sevdanın üz nahiyəsindən əli ilə vurduğunu, sonra da paltarını cırdığını, aralarındakı mübahisə və dava-dalaşın anasının evində olduğunu, həmin vaxt orada özlərindən başqa anası Fərqanənin olduğunu, özünün heç bir xəsarəti olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında Şəxs tanıdığını, Röyanın qızı Günelin baldızı olduğunu, Röya ilə aralarında əvvəllər mübahisələr və dava-dalaşlar baş vermədiyini, xx xxxx 2020-ci il tarixdə 09 radələrində qızı Günelin qayınanası Fərqanənin Ağdaş şəhərində yerləşən yaşadığı evinə getdiyini, həyətdə Günelin qayınanası Fərqanənin, Fərqanənin oğlu Mosunun olduğunu, Fərqanənin onu yaxşı qarşıladığını, oturduqlarını və çay içdiklərini, həmin vaxt Röya Yusibova gəldiyini, Röyanın qızı Günelin 7 yaşlı oğlu Ömər ilə oynamaq istədiyini, lakin uşağın ona tərəf getmədiyini, Röyanın da onlarla əyləşdiyini və ona “mənim qardaşım sizin qızınız Günelə niyə aliment ödəməlidir ki” deyə söylədiyini, onun sözlərinə əsəbləşib onunla bu cür danışmamağını istədiyini, bunun üstündə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Röyanın ona nalayiq ifadələr işlədərək əlləri olə onun üz nahiyəsindən vurduğunu, həmin vaxt Röyanın anası Fərqanənin Zərərçəkmiş şəxs izahatında Röya Yusibova ilə aralarındakı dava-dalaşın xx.xx.2020-ci il tarixdə Ağdaş şəhərində yerləşən qızı Günelin qaynanası Fərqanənin yaşadığı evin həyətində baş verdiyini və 3-5 dəqiqə davam etdiyini, Röya Yusibovanı xx.xx.2020-ci il tarixdə vurmadığını, Röya Yusibovanın onun üz nahiyəsindən əlləri ilə vuraraq ona xəsarət yetirdiyini, dava-dalaş zamanı orada özündən və Röyadan başqa, Röyanın anası Fərqanənin olduğunu və yaranmış səs-küyə qonşuların gəldiyini, dava-dalaş zamanı Röya Yusibovaya nalayiq ifadələr işlətmədiyini, lakin Röyanın ona nalayiq ifadələr işlətdiyini bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs qızının barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3, Ağdaş MTE və PA şöbəsinin xx xxxx 2020-ci il tarixli 434 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – üzün sağ nahiyəsinin, boynun yuxarı 1/3-nin sol nahiyəsinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, işin yüngülləşdirici və ağırladırıcı haların olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxxxxx 1985-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Qarağan-Sədi kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar