Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-3/2023 09.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimiNəsibov Famil Hümbət oğlu, Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs yol hərəkəti qaydaları əleyhinə inzibati xətaların törətdilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə barəsində Ağdaş RPŞ-nin Yol Patrul xidmətinin baş inspektoru E.Vəliyev tərəfindən 21 dekabr 2022ci il tarixdə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında LXP ******* №-li protokol tərtib edilərək 23 dekabr 2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə çağırışı göndərilməsinə baxmayaraq inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4cü maddələrinə əsaslanaraq Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2022-ci il tarixli EQ 11337412 №-li inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Şəxs 12 sentyabr 2022-ci il tarixdə idarə etdiyi «MERSEDES C180» markalı 99HC274 dövlət qeydiyyat nişanlı minik avtimobili ilə hərəkətdə olarkən dayanma qaydalarını pozduğuna görə barəsində 20 (iyirmi) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəməyə təqdim edilmiş ********** №-li qəbzdən görünür ki, Şəxs cəriməni və dəbbə pulunu – cəmi 32 (otuz iki) AZN-i xx.xx.2022-ci il tarixdə Mərkəzi PŞ-nin Ağdaş PF vasitəsilə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin Qeyd: hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs xx.xx.2022-ci il tarixli EQ 11337412 №-li inzibati tənbeh vermə haqqında elektron qərara əsasən inzibati cəriməni və dəbbə pulunu ödədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105, 114, 115, 128, 130-cu maddələrini maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1980-ci ildə Ağdaş rayonu, Qarağan-Sədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan və yaşayan Şəxs xx.xx.2022-ci il tarixli EQ 11337412 №-li inzibati tənbeh vermə haqqında elektron qərara əsasən inzibati cəriməni və dəbbə pulunu ödədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-3/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-3/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver