Məhkəmə qərarları › İş №3(014)-300/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-300/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-300/2021 12.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştiraki ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Ağdaş Rayon Məhkəməsinin 2(014)-117/18 saylı, 18.12.2018-ci il tarixli icra vərəqəsinə əsasən 25.09.2017-ci il tarixdən başlayaraq, 16.07.2017-ci il tarixdə anadan olmuş X2 18 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyirinə ödənilməlidir. Həmin icra vərəqəsinə əsasən hesablanmış 2098 manat aliment borcunun Şəxs tərəfindən ödənilməsi tələb edilsə də, borclu tərəfindən icra məmurunun qanuni tələbləri qərəzli olaraq yerinə yetirilməmiş, buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən onun barəsində 12 avqust 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-117/18 saylı, 18.12.2018-ci il tarixli icra vərəqəsinə əsasən 25.09.2017-ci il tarixdən başlayaraq, 16.07.2017-ci il tarixdə anadan olmuş X2 18 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməli olduğunu, imkanı olmadığına görə tələb olunan borcu ödəyə bilmədiyini, buna görə də 2098 manat borcunun yarandığını, məhkəmə zalında 300 manat ödədiyini, qalan borcunu az vaxtda ödəyəcəyini və buna görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-117/18 saylı, 18.12.2018-ci il tarixli icra vərəqəsinə əsasən 25.09.2017-ci il tarixdən başlayaraq, 16.07.2017-ci il tarixdə anadan olmuş X2 18 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq ona ödənilməli olduğunu, Şəxs imkanı olmadığına görə borcunu vaxtında ödəmədiyini, bu səbəbdən 2098 manat borcunun yarandığını, borcundan 300 manat pulu məhkəmə zalında ödədiyini, qalan az vaxtda ödəyəcəyinə söz verdiyini nəzərə alaraq iş üzrə icraaata xitam verilməsi xahiş etmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında Ağdaş Rayon Məhkəməsinin 2(014)-117/18 saylı, 18.12.2018-ci il tarixli icra vərəqəsinə əsasən 25.09.2017-ci il tarixdən başlayaraq, 16.07.2017-ci il tarixdə anadan olmuş X2 18 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyirinə ödənilməli olmasına dair icra vərəqəsinin 21 yanvar 2019-cu il tarixdə icraatına daxil olduğunu, həmin icra vərəqəsinə əsasən borclunun 2098 manat borcunun yarandığını, ondan həmin borcun ödəməsi tələb olunsa da, maddi imkanının zəif olmasını səbəb göstərərək borcunu ödəməkdən imtina edib onun qanuni tələbini yerinə yetirmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərildiyini, məhkəmədə işə baxılarkən borclu Şəxs məhkəmə zalında borcundan 300 manat ödədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 117/18 saylı, 18.12.2018-ci il tarixli icra vərəqəsinə əsasən 25.09.2017-ci il tarixdən başlayaraq, 16.07.2017-ci il tarixdə anadan olmuş X2 18 yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 100 (yüz) manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyirinə ödənilməsi barədə Ağdaş Rayon Məhkəməsinin 2(014)-117/2018 saylı icra vərəqəsi 21 yanvar 2019-cu il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-117/2018 saylı icra vərəqəsinə əsasən borclunun 2098 AZN aliment borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar