Məhkəmə qərarları › İş №3(014)-301/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-301/2021

12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-301/2021 12.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta protokolu tərtib edilmiş Şəxs və Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1960-cı il tarixdə Ağdaş rayon Cüvə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağdaş rayon, Cüvə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Ağdaş rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Ağdaş şəhərində 12 avqust 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X4 tərəfindən 12.08.2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Ağdaş rayon məhkəməsinin 2(014)-529 saylı 18.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 8030 manat pul X2 ödənilməlidir. İnzibati xəta törətmiş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilməyərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-529 saylı 18.06.2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan 8000 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 8030 manat borcu Zərərçəkmiş şəxs ödənilməli olduğunu, lakin onun Zərərçəkmiş şəxs heç bir borcunun olmadığını, buna görə də ona heç bir ödəniş etmədiyini bildirmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında 18 avqust 2020-ci il tarixdə icraatına Ağdaş Rayon Məhkəməsinin 2(014)-529 saylı 18.06.2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs 8000 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 8030 manat borcu X2 ödəməli olduğuna dair icra vərəqəsi daxil olmuşdur. İcra işinə əsasən ondan həmin borcun ödəməsi tələb olunsa da, maddi imkanının zəif olmasını səbəb göstərərək borcunu ödəməkdən imtina edib onun qanuni tələbini yerinə yetirmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə baxılması üçün məhkəməyə göndərilmişdir İş materiallarına əlavə edilmiş Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 17 noyabr 2020-ci il tarixli aktdan görünür ki, icra məmuru X3 və hal şahidləri Şəxs yaşadığı kənddə olmuş, lakin tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar olunmamışdır. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Ağdaş rayon İcra və Probasiya Şöbəsininin icra məmuru X3 tərəfindən 12.08.2021-ci il tarixdə inzibati xəta protokolu tərtib edilmişdir ondan ötrü ki, Ağdaş rayon məhkəməsinin 2(014)-529 saylı 18.06.2020-ci il tarixli icra vərəqəsini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətaları Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir, inzibati xətanı törətməsi haqqında Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 500 manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar