Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-304/2020 13.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Ağdaş rayon polis şöbəsinin İTB-nin sahə rəisi X1 iştirakı ilə, Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM : İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, M.İsayev küçəsi bina 49 blokundan Zərərçəkmiş şəxs məxsus 85 manat dəyərində olan velosipedi oğurlamışdır. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Ağdaş rayon polis şöbəsinin İTB-nin sahə rəisi X2, xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, M.İsayev küçəsi bina 49 mənzil 4-də yaşayan X3 Azərbaycan Respublikası DİN-in 102 Xidməti-Zəng mərkəzi sisteminə müraciət edərək yaşadığı binanın blokundan ona məxsus velosipedin oğurlanması barədə məlumat vermişdir. Eyni zamanda Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə yaşadığı binanın blokundan təxminən 8 il əvvəl 85 manata aldığı velosipedin oğurlanmasını bildirmişdir. Daxil olmuş müraciət xx xxxx 2020-ci il tarixdə Ağdaş RPŞ-də HK-1-739 saylı nömrə ilə qeydə alınaraq icrası Ağdaş RPŞ-nin TQ-nin təhqiqatçısı, polis baş leytenantı X4 həvalə edilmişdir. Daxil olmuş müraciət əsasında təhqiqatçı Yaqublu Ruhid tərəfindən araşdırma aparılmış və toplanmış materialda cinayət tərkibi olmadığına görə toplanmış material üzrə təhqiqatçı, polis baş leytenantı X5 tərəfindən xx xxxx 2020-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respubilkası İXM-in 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Aparılmış araşdırma zaman yuxarıda qeyd edilən əşyanın Ağdaş şəhəri, H.Əliyev prospekti 67-də yaşayan, Şəxs tərəfindən oğurlanması müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə Ağdaş şəhəri, M.İsayev küçəsi bina 49-un blokundan Zərərçəkmiş şəxs məxsus velosipedi oğurlamış və tanımadığı şəxsə 40 manata satmışdır. Törətdiyi əməldən səmimi olaraq peşmandır və gələcəkdə belə hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmədən əməlindən səmimi peşmançılığını bildirərək, barəsində yüngül cəza tənbehi tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında o, 2012-ci ildə Bakı şəhərində yerləşən Ticarət mərkəzindən 85 manat dəyərində özünə 01 ədəd velosiped almış, həmin velosipedin həmişə yaşadığı binanın blokunda saxladıqını, xx.xx.2020-ci il tarixdən gecə saat 01-00 radələrində onun yaşadığı evə gələn zaman ona məxsus olan velosipedin yerində olmasını, yəni blokda olmasını, xx.xx.2020-ci il tarixdə yaşadığı mənzildən blokdan çıxardığını və velosipedin yerində olmamasını görməsini, buna görə Azərbaycan Respublikası DİN-in 102 Xidmətinə zəng etdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında ona məxsus olan velosipedin göy rəngdə olmasını, üzərində Super markasına aid olmasına görə Super sözü yazıılmasını, arxa oturacağın dairəvi formada olmasını, qabaq ramasının metalik rəngdə olmasını, ona məxsus velosipedin xx.xx.2020-ci il tarixdə oğurlandığını, velosipedin oğurlanmasında heç kimdən şübhələnmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs,zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Ağdaş rayon polis şöbəsinin İTB-nin sahə rəisi X1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-ci maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti və inzibati xətanın xarakteri nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməldən səmimi peşmançılığını inzibati xətanı yüngüllüəşdirən hal kimi nəzərə alır. Şəxs əməlində inzibati xətanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati xətanın xarakterini və mahiyyətini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi, törətdiyi əməldə ağırlaşdırıcı halın olmamasını, həmçinin işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati qaydada ictimai işlər tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1996-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Ağdaş şəhəri, H.Əliyev Prospekti 67-də qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş Şəxs 23 (iyirmi üç) gün inzibati həbs tənbehi tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-304/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-304/2020
13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver