Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-305/2021 17.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs , İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X4 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs 10.07.2021-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs sonuncunun yaşadığı evdə habelə, 11.07.2021-ci il tarixdə saat 21:00-da Ağdaş rayonu, Gürcüva kəndində çöl sahəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyərək ona sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin 05 avqust 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 10- 11.07.2021-ci il tarixlərdə Zərərçəkmiş şəxs oğlu ilə Şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş baş vermiş, dava-dalaş zamanı Həsənov X1 Röya Akif qızını döyərək, ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elçin Mütəllimovun 05 avqust 2021-ci il tarixli qərarı ilə, Ağdaş rayonu Gürcüva kəndində yaşayan xx.xx.1995-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi Polis baş leytenantı X5 izah etdi ki Şəxs 10.07.2021-ci il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs sonuncunun yaşadığı evdə habelə, 11.07.2021-ci il tarixdə saat 21:00-da Ağdaş rayonu, Gürcüva kəndində çöl sahəsində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyərək ona sağlamlığına zərər vurmayan xəsarətlər yetirmiş, bununla da İXM-nin 157-ci maddəsinin tələbini pozmuşdur. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs tanıdığını, onların təxminən 6 aya yaxındır ki, qeyrirəsmi yaşadıqlarını, onun son bir neçə gündə evlənmək qararına gəldiyini və ona görə də, Röya ilə münasibətinə son verməyi qərarlaşdırdığını, 10.07.2021-ci il tarixdə onun Röyanın telefonuna zəng edərək ona yaxın zamanda evlənəcəyini söylədiyini və ona görə də, ondan ayrılmaq qərarına gəldiyini bildirdiyini, Röyanın isə ona “məndən ayrıla bilmərsən, ayrılsan səndən şikayət edəcəyəm” deyə söylədiyini, həmin vaxt onun Röyanın nömrəsini bloka atdığını, elə həmin günü, yəni 10.07.2021-ci il tarixdə saat təxminən 18 radələrində onun Röyanın yaşadığı evə getdiyini, həmin vaxt onun bir daha Röyaya ondan ayrılacağını söylədiyini, Röyanın isə evin qapısını bağladığını və onu getməyə qoymayacağını söylədiyini, onun da, həmin vaxt Röyanı şirin dilə tutub qapının açarını alıb qapını açıb çıxıb getdiyini, 11.07.2021-ci il tarixdə saat təxmin 21 radələrində yaşadığı kənddə dükanın yanında olarkən Röyanın oraya gəlməsini gördüyünü, onun həmin vaxt Röyadan nə üçün gəlməsini soruşduğunu, Röyanın da, ona “məni niyə bloka atmısan, məni blokdan çıxar” deyə söylədiyini, onun da, kənd sakinlərindən utandığını və Röyaya kənarda söhbət etmələrini təklif etdiyini, sonra onların yaxınlıqdakı su arxı tərəfə getdiklərini, həmin vaxt Röyanın ona “məndən ayrılsan səndən şikayət edəcəyəm, deyəcəyəm ki, sən məni dəymüsən və pulumu oğurlamısan, həmçinin kənddə səni biabır edəcəyəm” deyə söylədiyini, onun da, Röyaya sakit olmasını və çıxıb evinə getməsini söylədiyini, onların aralarındakı münasibətin artıq bitdiyini bildirdiyini, daha sonra isə oradan çıxıb getdiyini, Röyanın isə ona arxadan “görərsən polisləri tökəcəyəm buraya” deyə söylədiyini, Röyanın yalan danışdığını, 10.07.2021-ci il tarixdə onun Röyanı döymədiyini, ona heç bir xəsarət yetirmədiyini, 11.07.2021-ci il tarixdə onun Röyanın yaşadığı evdə olmadığını, 11.07.201-ci il tarixdə həmçinin onun yaşadığı Gürcuva kəndində çöl sahədə Röyanı döymədiyini, ona heç bir xəsarət yetirmədiyini, həmin vaxt Röya ilə aralarında yalnız söz mübahisəsinin baş verdiyini, Röyanın ondan ayrıldığıa görə onun barəsində yalan və böhtan xarakterli məlumatlar yaydığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında, Şəxs Həsən oğlunu tanıdığını, onların təxminən 2 ilə yaxındır ki, qeyri-rəsmi yaşadıqlarını, 10.07.2021ci il tarixdə saat təxminən saat 23:30 radələrində Rəvanın onun yaşadığı evdə olduğunu, həmin vaxt Rəvanın ondan telefonunu ona verməsini istədiyini, onun da, Rəvana telefonunu ona verməyəcəyini söylədiyini və nə üçün telefonunu istədiyini soruşduğunu, Rəvanında ona vayfayın kodunu dəyişmək istəməsini söylədiyini, onun da, Rəvana “sən keçən dəfə telefonumu götürəndə oyun yükləmişdin, sonradan oyundan mənə mesaj gələndə mənim başqa şəxslərlə danışdığımı söyləyərək məni ittiham edirdin” deyə söylədiyini, lakin Rəvanın onun sözlərinə məhəl qoymadığını və ona nalayiq ifadə işlətdiyini, buna görə də, Rəvan ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı isə Rəvanın onun boyun nahiyəsindən tutub sıxdığını və onu yerə yıxdığını, daha sonra isə yumruq və təpiklə onun baş nahiyəsindən, ayaq nahiyələrindən və bədəninin digər nahiyələrindən vurduğunu, həmin vaxt 8 yaşlı qızı X3 onları aralaşdırmaq istəyərkən Rəvanın Zəhranı bir dəfə sillə ilə sifət nahiyəsindən vurduğunu və qızı Zəhranı itələdiyini, daha sonra isə Rəvanın çıxıb getdiyini, həmin vaxt orada ondan, Rəvandan və Zəhradan başqa heç kimin olmadığını, səs-küyə də, heç kimin gəlmədiyini, onun həmin vaxt Rəvanı vurmadığını, ona heç bir xəsarət yetirmədiyini, 11.07.2021-ci il tarixdə yaşadığı evdə olarkən Rəvanın onun yaşadığı evə gəldiyini, həmin vaxt Rəvanın onunla barışmaq istədiyini söylədiyini və onların barışdıqlarını, aradan təmxinən 2-3 saat keçdikdən sonra Rəvanın çıxıb getdiyini, daha sonra isə Rəvanın ona zəng etdiyini və ona yataq otağında termonun üstündə olan qaş döymə aparıtının içərisindəki 700 manat pulunu götürdüyünü və yaxın vaxtda pulunu qaytaracağını söylədiyini, onun da, Rəvandan pulu nə üçün istifadə edəcəyini soruşduğunu, Rəvanın da, ona maşının təmirə ehtiyyacı olduğunu söylədiyini, onun da, Rəvana pulun evinin pulu olduğunu və tezliklə pulunu qaytarmasını söylədiyini, aradan təxminən 1-2 saat keçdikdən sonra Rəvanın mənə zəng etdiyini və onun başqa şəxslərlə əlaqə saxlamasını söylədiyini, onun da, Rəvana ona yalandan böhtan atmamasını, onun heç kimlə əlaqə saxlamadığını söylədiyini, 11.07.2021-ci il tarixdə saat təxminən 21 radələrində qızları Rəqsanə və Zəhranı da, götürüb gedib Rəvan ilə onun yaşadığı Gürcuva kəndində çöl sahədə görüşdüyünü, həmin vaxt onun Rəvandan nə üçün belə etməsini soruşduğunu, Rəvanın isə ona başqa şəxslərlə danışmasını söylədiyini, onun da, Rəvana “Rəvan sən məndən aldığın 700 manat borc pulu qaytarmaq istəmirsən, ona görə də, mənə şər atırsan” deyə söylədiyini, Rəvanın da, ona yaxşı edirəm deyə cavab verdiyini, buna görə də, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Rəvanın onun qollarından tutub itələdiyini və onun yerə yıxıldığını, daha sonra Rəvanın bir dəfə sillə ilə onun sifət nahiyəsindən vurduğunu, bundan sonra isə Rəvanın çıxıb getdiyini, həmin vaxt orada ondan, Rəvandan, Rəqsanədən, Zəhradan başqa heç kimin olmadığını, səsküyə də, heç kimin gəlmədiyini, həmin vaxt onun Rəvanı vurmadığını, ona heç bir xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanı törətməkdə təqsirlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomoiya Birliyinin, Ağdaş MTE və PA şöbəsinin 12.07.2021-ci il tarixli 425 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər- sol bazunun 1/3-nin ön səthinin, sol diz oynağının ön səthinin, sağ ayağən üst səthinin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddətləri 10- 11.07.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırladıran hallarının olmamasını, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx.xx.1995-ci il tarixdə Ağdaş rayonu, Gürcüva kəndində anadan olmuş, Ağdaş rayonu, Gürcüva kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-305/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-305/2021
17.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver