Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-306/2021 16.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, şikayətçi X4 və qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30 iyul 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30 iyul 2021-ci il tarixli, ******* saylı inzibati qərar üzrə İXM-nin 192.4-cü maddəsi ilə 700 manat məbləğində cərimə edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. X8 şikayətini müdafiə edərək göstərmişdir ki, qərarı qanunsuz və əsassız hesab edir ona görə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin ******* saylı 30 iyul 2021-ci il tarixli qərarı ilə X8 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsinin tələblərinə əsasən 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarı rəsmi surətdə 05 avqust 2021-ci il tarixdə almış, qərardadan qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddət tərəfindən buraxılmamışdır. Hesab edir ki, inzibati orqanın vəzifəli şəxs olaraq onun cərimə edilməsi barədə qərarının heç bir hüquqi əsası yoxdur və həmin qərar inzibati xətaya dair işə baxan məhkəmə tərəfindən ləğv edilməli, vəzifəli şəxsin əməlində inzibati xətama tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, həmin inzibati orqan təqdim olunan məktubunda da vətəndaş X12 11 mart 2021-ci il tarixindən əmək müqaviləsi xitam verilən 19 mart 2021-ci il tarixinədək (ümumilikdə 8 gün) X4 rəhbərlik etdiyi "EVİAR” MMC-də sürücü-ekspeditor vəzifəsində işləmiş, 19 mart 2021-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İsin xüsusiyyəti ondan ibarətdir ki. Ekspeditor-sürücü vəzifəsinə cəlb edilmiş şəxslər əmək müqaviləsi bağlanmamışdan əvvəl Cəmiyyət tərəfindən Bakı şəhəri və digər inzibati ərazilərdə paylanmasının və ərazi üzrə ticarət mərkəzlərinin yerinin daha təkmil öyrənilməsi məqsədi ilə 10-12 günlük bir təcrübə keçirlər. Təcrübə zamanı həmin şəxslər daha əvvəlcədən müəssisədə işləyən təcrübəli ekspeditor-sürücülərlə bərabər ərazini tanımağa çalışırlar. Bu müddətdən sonra işi davanı etdirmək istəyən şəxslə müvafiq qaydada əmək müqaviləsi bağlanılaraq əmək münasibətləri rəsmiləşdirilir. Yəni həmin müddətdən sonra işçi könüllü qaydada müəssisədə işləmək istəyibistəmədiyini bildirdikdən sonra onunla əmək münasibətləri rəsmiləşdirilir. 11 mart 2021-ci il tarixində işə başlamış olan X12 bundan bir gün sonra 12 mart 2021-ci il tarixində işə gəlməmişdir. 12 mart 2021-ci il tarixində üzürsüz səbəbdən işə gəlmədiyinə görə əraziyə çatdırılmalı olan çörəklər anbarda qalaraq yararsız hala düşmüşdür. Bununla bağlı Cəmiyyətdə işləyən rəhbərlik, satışın inkişafı üzrə mütəxəssis və bölgə müdiri tərəfindən tərtib edilmiş akta əsas X7 üzrsüz olaraq işə gəlməməsi səbəbindən 326,25 (üç yüz iyirmi altı manat 25 qəpik) manat Cəmiyyətə ziyan dəymişdir. İşə üzrsüz səbəbdən gəlməməsi ilə bağlı dəfələrcə izahat yazmağı təklif olunsa da X12 izahat yazmaqdan imtina elmişdir. İzahat yazmaqdan imtina edilməsi barədə müvaliq akt tərtib edilmiş, barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasa barəsində şiddətli töhmət intizam tənbehi tətbiq edilmişdir. X12 Cəmiyyət tərəfindən ona təhkim edilmiş olan **-MN- *** saylı avtomobillə inzibati xəta törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinin tələblərini əsasən dayanma durma qaydalarını pozduğuna görə 13 mart 2021-ci il tarixində 20 manat məbləğində cərimə olunmuş, halhazırdakı dövrə qədər həmin cəriməni ödəməmişdir. Dəfərlərcə ona tərtib edilmiş protokola uyğun olaraq hesablanmış cəriməni ödəməli olduğunu bildirilsə də X12 cəriməni ödəməkdən imtina etmişdir. Belə ki, 11 marı 2021-ci il tarixində ekspeditor-sürücü vəzifəsinə qəbul edilmiş X9 nəqliyyat vasitəsinin təhkim olunma aktı imzalatdırılmışdır. Həmin aktda da göstərildiyi kimi ekspeditor-sürücü Bakı Nəqliyyat Agentliyi (BNA), Mərkəzi Məlumat Xidməti (MMX) tərəfindən və yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnərsə də cərimələrin ödənişinə görə tam cavabdehlik daşıyır. Avtoqəza və ya digər səbəblərdən nəqliyyat vasitələrində hər hansı bir zədələnmə olarsa, təmir xərcləri ekspeditor-sürücü tərəfindən ödənilməlidir. İnzibati xəta törətməsi ilə yanaşı X12 Cəmiyyətdə işlədiyi dövrdə Cəmiyyət tərəfindən ona təhkim edilmiş **-MN-*** saylı “FİAT DOBLO” markalı avtomobillə yol nəqliyyat hadisəsi törədərək avtomobilə ümumilikdə 50 (əlli) manat məbləğində ziyan vurmuşdur. Belə ki, həmin qəza nəticəsində avtomobilə aid sağ güzgü tamamilə yararsız vəziyyətə düşmüş, dəymiş zərərin ödənilməsi dəfələrcə adı qeyd olunan şəxsdən istənilsə də, həımin şəxs dəymiş olan zərəri ödəməmişdir. Cəmiyyətlə X12 arasında 11 mart 2021-ci il tarixində tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Belə ki, həmin maddənin 1.4-cii maddəsinin tələblərinə əsasən İşçi xidmət göstərilməsi ilə əlaqədar ona təhkim olunmuş əşyaların, həmçinin avtonəqliyyat vasitələsi və onun ləvazimatlarım, daşınması etibar olunan şəxsin sağlamlığına və əşyaların keyfiyyətli və tam olmasına, həmçinin hər hansı qəza nəticəsində 3-cü şəxslərin həyat və sağlamlığına, əmlaklakına öz səhlənkarlığı, qevri-peşəkarlığı, etinasız münasibəti, eləcə də özünün təsbit etdiyi uğursuz, şəxsin və əşyaların sağlamlığına (tamlığına) mənfi təsir edən və ya onun fiziologiyasında və keyfiyyətində arzuolunmaz izlər buraxan hərəkət nəticəsində belə şəxs tərəfindən işəgötürənə qarşı verilən istənilən iddialara görə işəgötürən qarşısında məsuliyyət daşıyır. Belə məsuliyyət işəgötürənin, yaxud müvafiq şikayət və ya iddia ilə müraciət etmiş şəxsin tələbləri işçi tərəfindən tam ödənildikdən sonra itirmiş hesab olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 199-cu maddəsinin tələblərinə görə işçi qanunazidd hərəkətləri ilə vurduğu zivana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205.1-ci maddəsinin tələblərinə görə də işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Hər üç maddənin tələblərinə və yuxarıda qeyd edilən faktlara kompleks yanaşıldığında görülməkdədir ki, X6 özünün müəssisə ilə imzaladığı 11 mart 2021-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə əsasən müəssisəyə vurduğu zərərə görə məsuliyyət daşımalıdır. Ancaq qabaqlayıcı tədbir kimi dərhal Azərbaycan Respublikasının Baş Prokurorluğuna böhtan xarakterli şikayət ərizəsi göndərməklə müəssisə tərəfindən guya özünün əmək hüquqlarının pozulduğunu bildirməkdədir. Baş Prokurorluğuna ünvanlanmış böhtan xarakterli məktubda guya X7 dəfələrcə bizə əmək müqaviləsi imzalamaq barədə bildirdiyini, bizim hər dəfə bunu müxtəlif bəhanələr gətirərək uzatdığımızı, onun əmək müqaviləsi imzalamaq istəmədiyini qeyd etmişdir. Halbu ki, yuxarıda da qeyd edildiyi kimi işçilərin çörəklərin paylanmasını həyata keçirdikləri ərazini tanıması və işi təkmil öyrənə bilməsi üçün başqa ekspeditorların yanında əraziyə çıxaraq işi mənimsədikdən sonra işdə qalmaq istədiklərini könüllü surətdə bildirdikləri təqdirdə onlarla əmək müqaviləsi bağlanılırdı. X20 da bilirdi və işə bu şəkildə qəbul olunacağı əvvəlcədən ona bildirilmişdi. X6 rəsmi qaydada işə düzəldikdən 4 gün sonra cəmiyyətin mühasibatlığına müraciət edərək 100 (bir yüz) manat miqdarında avans almışdır. X7 bank kartı və həmin karta oturdulmuş son haqq-hesabı almaması işçinin işdən çıxdığı 19 mart 2021-ci il tarixə qədər 182.80 (bir yüz səksən üç manat 80 qəpik) manat son haqq-hesab hesablanmışdır. İşçinin işə düzəldiyi 11 mart 2021-ci il tarixdən sonra Cəmiyyətin hesablaşma hesabının olduğu "PAŞABANK” ASC-yə işçinin adına müvafiq əmək haqqı kartı sifarişi verilmiş, həmin kart mart ayının axırlarında Cəmiyyətə çatdırılmışdır. Həmin dövrdə artıq X12 ilə əmək münasibətlərinə artıq xitam verilmişdi. İşçinin əmək müqaviləsinə xitam verilərkən 12 mart 2021-ci il tarixdən işə gəlməməsi səbəbindən anbarda qalan çərək məhsullarının yararsız vəziyyətə düşməsinə görə dəyən ziyana görə 326,25 manatlıq ziyanın, təhkim edilmiş avtomobillə 12 mart 2021-ci il tarixində inzibati xəta törətməsi ilə bağlı hesablanmış 20 manatlıq cərimənin, o ümlədən tör\ətmiş yol nəqliyyat hadisəsinə görə təhkim edilmiş avtomobilin sağ güzgüsünün tam yararsız vəziyyətə düşməsinə görə dəyən 50 manatlıq ziyanın ödənilməsi tələb olunsa da, o bu zərəri ödəmək üçün imkanının olmadığını, ona bu vəsaiti qaytarmaq üçün vaxt verilməsini bildirmişdir. Buna baxmayaraq Cəmiyyət tərəfindən ona humanistlik göstərilərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndi ilə işçinin öz xahişi əsasında əmək müqaviləsinə xitam verilmişdir. X1 əmək müqaviləsinə xitam verildikdən sonra zərərin ödənilməsi ilə dələlərcə tələb etsək də, o, bu zərəri ödəmək əvəzinə barələrində heç bir əsası olmayan, böhtan xarakterli məlumatlar yayaraq hüquq mühafizə orqanlarına müraciət etmişdir. Cəmiyyətə vurmuş olduğu ziyana görə ümumilikdə 396,25 manatlıq zərər onun kart hesabına köçürülən 183,89 manatlıq son haqq-hesab əmək müqaviləsinə xitam verildiyi tarixdən etibarən təxminən iki ay sonra çıxarılmış və işçi tərəfindən vurulan ziyanın sərf edilməsinə yönəldilmişdir. Dələlərlə əmək kitabçasını və əmrinin surətini almaq üçün müəssisəyə çağırılsa da bu çağırışlara məhəl qoymamışdır. X7 öz xahişi ilə işdən azad edilməsinə baxmayaraq dəymiş olan zərərin ödənilməsi üçün tədbirlər görməyi tələb etdik, o isə bütün bunların əvəzində Cəmiyyət barəsində inzibati orqan tam şikayət edərək ona son haqq-hesabın gec ödənildiyini bildirdi. Biz bu xüsusatları Azərbaycan Respublikası ƏƏSMN X11 Bakı şəhər İdarəsinin rəisi tərəfimizdən qeyd etdiyimiz xüsusatlara məhəl qoyulmadı və vəzifəli şəxs qismində X3 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tələblərinə əsasən 700 (yeddi yüz) manat cərimə tətiq etmişdir. Həmçinin inzibati araşdırma zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12, 13 və 14-cü maddələrinin tələblərinə toxunulmuş, bu maddələrin tələblərinin birgə qiymətləndirilməsi nəticəsində Cəmiyyət tərəfindən vətəndaş X7 əmək müqaviləsinə xitam verilməsi zamanı hər hansı bir inzibati xətanın törədilmədiyi inzibati orqanın diqqətinə çatdırılmışdır. Belə ki, inzibati xəta törədilən zaman həmin xətanı törədən fiziki şəxsin, vəzifəli şəxsin və ya hüquqi şəxsin həmin xətaya münasibətdə subyektiv cəhəti formalaşmış olmalıdır. Yəni fiziki şəxs, vəzifəli şəxs və ya hüquqi şəxs həmin xətanı qəsdən və ya hüquqi şəxs həmin xətanı qəsdən və ya ehtiyatsızlıqla törətmiş olmalıdır. Buna görə də məhkəmədən xahiş etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30 iyul 2021-ci il tarixli, ******* saylı inzibati qərarı ləğv edilsin. Məhkəmə baxışında izahat vermiş qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X5 göstərmişdir ki, Cərimə tətbiq edilməsinə əsas vətəndaş X7 "EVİAR” MMC-də əmək hüquqlarının pozulması olmuşdur. Belə ki, vətəndaş X12 11 mart 2021-ci il tarixindən əmək müqaviləsi bağlanılmış və həmin müqaviləyə 19 mart 2021-ci il tarixdə xitam verilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilmişdir. Bundan başqa əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməli olduğu halda işçinin əmək hüquqları pozlmuş və işçiyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin Bakı şəhər İdarəsinin ******* saylı 30 iyul 2021-ci il tarixli qərarı ilə X8 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə əsasən 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Buna görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30 iyul 2021ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati xəta törətdiyindən 700 manat inzibati qaydada cərimə edilmişdir. İş üzrə şikayətçini və qərarından şikayət verilmiş orqanın nümayəndəsini dinləyən təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30 iyul 2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə razılaşmadığı barədə göstərdikləri xüsusatlar onun barəsində qəbul edilmiş qərarın ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin məcəllənin 134.1.1-ci maddəsinin tələbinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşaıdakı kimidir. 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Buna görə də məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində qeyd edilən pozuntular aşkar edilmədiyindən X4 şikayəti əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130, 131- 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilməsin. X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 30 iyul 2021-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsinə dair tələbi təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-306/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-306/2021
16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver