Məhkəmə qərarları › İş №3(014)-306/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-306/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-306/2024 13.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə 06 avqust 1977-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs satış məqsədi olmadan az miqdarda, yəni təmiz çəkisi 0,61 qram olan bitki mənşəli narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 31 mart 2024-cü il tarixdə üzərində saxlayıb daşımaqla və narkotik vasitədən istifadə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərini pozmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 06 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün 13 iyun 2024-cü tarixdə qərar qəbul edilərək aidiyyətı üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 izahatında göstərdi ki, 31 mart 2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs üzərindən narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,61 qram olması müəyyən edilmişdir. Həmin kütlə şəxsi istehlak miqdarından az olduğundan cinayət işi başlanmamış və İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibini yaratdığından Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün X2 həvalə edilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərdib olunmuş, lakin Şəxs yeri məlum olmadığından icraat dayandırılmışdır. 13 iyun 2024-cü il tarixdə icraat təzələnərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü tam təqsirli bilərək, izahatında göstərdi ki, kənddən gələrkən kanalın üzərində narkotik vasitəyə bənzər bitki kollarını görmüş və şəxsi istifadəsi üçün həmin kolun yarpaqlarından az miqdarda yığmış, yarısını istifadə etmiş, yarısını isə üzərində saxlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, üzərində aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Belə ki, şəkər xəstəliyindən əzab çəkir və ağrıları olduğundan narkotik vasitədən istifadə edir. Himayəsində 11 yaşlı qız övladı vardır. İlkin Cabbarov daha sonra izahatında əməlindən peşman olmasını bildirib, barəsində daha yüngül tənbeh verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-bioloji ekspertizasının 31 mart 2024-cü il tarixli, 3-16-16-2-17/328 saylı rəyinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız büküm...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,61 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2024-cü il tarixli, 577 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitlərdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Ağdaş rayon X5 Bölməsinin müstəntiqi Nahid Rəhimovun “Sübutların qiymətləndirilməsi haqqında” 05 aprel 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Ağdaş rayon Polis Şöbəsinin X2 göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması və inzibati araşdırmanın aparılması haqqında 06 may 2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi yarandığından onun barəsində inzibati qaydada tədbir görülməsi üçün Ağdaş rayon X5 Bölməsinin müstəntiqi Nahid Rəhimovun qərarı əsasında inzibati iş üzrə icraat başlanılmışdır. Ağdaş rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi Orxan Lətifzadə tərəfindən Ağdaş rayon Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 20 may 2024-cü il tarixli raportun surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan, 06 avqust 1977-ci il təvəllüdlü Şəxs yerinin əməliyyat yolu ilə müəyyən edilməsi istiqamətində köməklik göstərilməsinə aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şəxs yeri müəyyən edilmədiyindən onun barəsində olan İnzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Şəxs yeri müəyyən edildiyindən onun barəsində olan İnzibati xəta haqqında iş üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.7ci maddəsinə əsasən təzələnmişdir. Ağdaş rayon Polis Şöbəsinin 13 iyun 2024-cü il tarixli arayışından görünür ki, Şəxs rayon Polis Şöbəsinin növbətçi hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekasından yoxlanılmış, lakin Şəxs kartotekasında heç bir məlumat olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həmin izibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəlişəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəlişəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam vəobyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs qanunsuz olaraq üzərində nakrotik vasitə saxlayaraq daşımış və istehlak etmişdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini və İlkin Cabbarovun şəxsiyyətini nəzərə alaraq inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 (bir) ay müddətə inzibati həbs edilməli, həbs müddətinin əvvəli 13 iyun 2024-cü il tarixdən, saat 17:00-dan hesablanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmədə tədqiq edilmiş Ağdaş Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, eyni zamanda Şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilməklə, onun ərazi narkoloji kabinetdə qeydiyyata alınmasına dair yekun qərar qəbul edilmişdir. Odur ki, hazırki iş üzrə Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsini məhkəmə zəruri hesab etmir. Məhkəmə həmçinin hesab edir ki, qərar qanuni qüvvəyə mindikdən sonra hazırki iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis Şöbəsinin maddi sübutların saxlama yerində saxlanılan Şəxs üzərindən aşkar edilərək götürülmüş 0,61 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsdə olması nəzərə alınsın. Həbsetmənin əvvəli 13 iyun 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağdaş rayon Polis şöbəsində saxlanılan 0,61 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar