Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-307/2024 20.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1996-cı ildə Ağdaş rayonu Ağcayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, Azəriqaz İBdə bağban vəzifəsində işləyən, Ağdaş şəhəri, İstiqlal küçəsi, dalan 14-də yaşayan, Ağdaş rayonu, Ağcayazı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 20 iyun 2024-cü il tarixdə saat 09:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində DYP əməkdaşları ilə mübahisə etmiş, küçədə ucadan səs-küy salaraq xırda xuliqanlıq etmiş, polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrinin tələbini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, Şəxs 20 iyun 2024-cü il tarixdə saat 09:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində DYP əməkdaşları ilə mübahisə etmiş, küçədə ucadan səs-küy salaraq xırda xuliqanlıq etmiş, polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 19 iyun 2024-cü il tarixdə polis əməkdaşları onun avtomobilini saxlayıb avtomobilin konstuksiyasını dəyişdiyinə görə onu cərimə etmişlər və avtomobili ilkin formasına qaytarmasını tələb etmişlər. 20 iyun 2024-cü il tarixdə saat 09 radələrində o, uşağı bağçaya qoyub qayıdan zaman Ağdaş rayon polis şöbəsinin YPX-nın əməkdaşları onun saxlayıb, avtomobili düzəldirməməsinə görə ona irad bildirmişlər, o, arvadını evə qoyub qayıdacağını bildirmiş, sonra polis əməkdaşları onun arxasınca gəlmişlər. O, arvadını evlərinə düşürüb polis şöbəsinin qarşısına gəlmiş və polis əməkdaşları ilə mübahisə etməyə başlamışdır. Hazırda əməlindən səmimi peşmandır, Vətən müharibəsi veteranı olmasını nəzərə alıb ona yüngül tənbeh verilməsini xahiş etdi. X4 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə YPXnin polis baş serjantı Mirzəyev Rövşən ilə birlikdə Ağdaş rayon H.Əliyev prospektində xidmətdə olarkən VAZ 21011 markalı **-BM-***-D.Q N-L avtomobil qayda pozuntusu törətdiyinə görə və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyinə görə saxlanılmışdır. Sonradan həmin nəqliyyat vasitəsinə baxış keçirən zaman sürücünün etibarnaməsinin olmadığını aşkar etmişlər və onu rayon polis şöbəsinə gətirmişlər. Həmin şəxs polis şöbəsinin qarşısında səs-küy salaraq onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə barəsində qanuni tədbir görülməsi üçün onu rayon polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. X1 digər X4nun izahatına oxşar izahat verdi. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin 03 iyun 2024-cü il tarixli arayışından görünür ki, Şəxs əvvəllər inzibati xəta törətməsi barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Elektron Məhkəmə İnformasi Sistemindən əldə olunmuş gəlir məlumatlarından görünür ki, Şəxs Vətən Müharibəsi iştirakçısı olduğuna görə 80 manat təqaüd alır. İş materiallarında olan qohumluq məlumatları haqqında arayışdan görünür ki, Şəxs himayəsində 29 aprel 2020-ci il təvəllüdlü X7 adlı 1 azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən Vətən müharibəsi veteranı olmasını və himayəsində bir azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-ciü maddəsi nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-307/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-307/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver