Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-309/2023 26.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 iclas katibliyi Qərardan şikayət vermiş şəxs X4 Qərarından şikayət verilmiş orqan Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin əməkdaşı X8 iştirakları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin xx.xx.2023-cü il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti tərəfindən X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidməti tərəfindən xx.xx.2023-cü il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan görünür ki, X9 yol hərəkət qaydaları əleyhinə olan inzibati xəta törətmiş, buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X1 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin baş inspektorunun TP ******* nömrəli 09 may 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə ona, yəni X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərarı tərtib olunmasına səbəb 09 may 2023-cü il tarixdə saat 09:50 radələrində idarə etdiyi “FORD TRANSİT” markalı 99UV615 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağdaş-Zarağan avtomobil yolunun 7-ci km-də hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmaqla inzibati xəta törətməyi olmuşdur. Həmin qərarla razı deyil. Belə ki, qeyd edilən tarixdə o, özünə məxsus yük avtomobili ilə Ağdaş-Zarağan avtomobil yolunun 7-ci km-də üzü Qəbələ rayonu istiqamətində hərəkətdə olarkən ondan təxminən 30-40 metr irəlidə sonradan adını öyrəndiyi X5 idarə etdiyi “Mercedes Benz” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini dönmə nişanını qoşmadan yolun sağ hissəsinə çıxarmış, o, idarə etdiyi avtomobilin surətini azaltmadan və yolda ötmə qadağan deyil işarəsi (qırıq-qırıq xətt) olmadığına görə həmin avtomobili yolun sol tərəfindən ötmək istəyəndə, həmin sürücü qəflətən yolun soluna iti bucaq altında dönmə hərəkətləri etmiş, o, hadisənin qarşısını almaq məqsədi ilə idarə etdiyi avtomobili yolun əks istiqamətinə sürsə də, həmin avtomobil iti bucaq altında dönmə əməliyyatı etdiyinə görə yolun əks istiqamətinin kənar zolağında həmin avtomobil onun avtomobilinin sağ hissəsindən vurması nəticəsində avtomobillər toqquşmuşdur. Zərbənin təsirindən idarə etdiyi avtomobilin təkəri çıxdığından aşmasın deyə o, avtomobili dərhal saxlamamış və 100 metrdən çox irəliləyərək ağaca dəyib dayanmışdır. Hadisənin baş verməsi həmin yolun sol tərəfində yerləşən su anbarına quraşdırılmış kamera ilə müşahidə olunub. Hadisə zamanı heç kim xəsarət almayıb, hər iki avtomobilə zərər dəymişdir. Hadisə yerinə gələn Yol patrul xidmətinin baş inspektoru onları alkovision cihazla müayinə etmiş, heç birində sərxoşluq dərəcəsi müəyyən edilməmişdir. Hadisə yerinin müayinəsi zamanı xidmətin baş inspektoru ona hansısa formada olan boş blanka imza etdirmişdir. Bundan sonra həmin baş İnspektor tərəfindən onlar hər ikisi rayon Polis şöbəsinin Yol polis bölməsinə dəvət olunmuşalr. Orada ona məlum olmuşdur ki, yol-nəqliyyat hadisəsi onun tərəfindən törədildiyinə görə barəsində hadisə zamanı tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli protokola və yolnəqliyyat hadisəsinin sxeminə əsasən hadisəni törətmiş X3 hadisə zamanı İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində həmin maddə ilə təqsirli bilinərək 60 manat inzibati qaydada cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Həmin gün hadisə qeyd etdiyi kimi baş verməsinə baxmayaraq hadisəni araşdıraraq qərar qəbul etmiş yol patrul xidmətinin baş inspektoru hadisəni düzgün və obyektiv araşdırmamış, tərəfindən tərtib edilmiş “yol-nəqliyyat hadisəsinin sxemini’ni hadisənin baş verdiyi vəziyyətdə əks etdirməyibdir. Belə ki, sxemə görə o, idarə etdiyi avtomobillə arxadan gəldiyi üçün və qarşıda gedən avtomobil dönmə əməliyyatı aparmaq üçün yolun sol zolağına çıxmışdısa, o, elə onun avtomobilinin sağ tərəfində boş zolaqla düzgün ötmə manevri edərdi və bu zaman heç bir qanun pozuntusuna yol verməmiş olardı. Bütün bu faktlara aydınlıq gətirilməsi üçün hadisə yerinin sol tərəfində yerləşən su anbarına quraşdırılmış müşahidə kamerasına baxış keçirilməsini həmin inspektordan və bölmənin rəisindən xahiş etsə də, onlar hadisənin obyektiv araşdırılması üçün həmin kameraya baxış keçirməkdən dolayısı ilə imtina etmişlər. Əgər həmin kameraya baxış keçirilərsə, hadisənin qeyd etdiyi formada baş verməsi öz əksini tapar. Lakin bütün bunlara baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş vəzifəli şəxs tərəfindən hadisə tam, hərtərəfli və obyektiv araşdırılmamış, qərarında buna düzgün hüquqi qiymət verməmişdir. Əgər hadisə tam, hərtərəfli və obyektiv araşdırılsaydı, hadisənin baş verməsində onun yox məhz X2 hərəkətində qeyd edilən maddənin tərkibinin yarandığı müəyyən edilərdi. Etiraf edir ki, hadisə baş verən zaman o, həmin yolda müəyyən edilmiş sürət həddini aşdığına görə həmin əməlinə görə barəsində inzibati tənbeh təqdim edilməli, X5 isə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində həmin maddə ilə icraat açılaraq tənbeh tədbiri görülməli idi. Qeyd etdiyi işin faktiki hallarından göründüyü kimi 09 may 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilməmişdir və hərəkətlərimdə həmin maddə ilə inzibati xəta tərkibi yaranmadığından onun barəsində inzibati icraat başlana bilməzdi və qeyd etdiyi faktlara görə onun barəsində başlanmış icraata xitam verilməlidir. Lakin göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş vəzifəli şəxs tərəfindən qərarda onun avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmağı qeyd edilsə də, inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq edən həmin sübutları qərarında düzgün əsaslandırmamış, təqdim edilmiş sxemin dəqiqliyini müəyyən etmək üçün hadisə yerində quraşdırılmış müşahidə kamerasına baxış keçirməmiş, həmin sübutları qərarında tədqiq etməmiş, yalnız özləri tərəfindən sərf edilən qaydada tərtib edilmiş “yol-nəqliyyat hadisəsinin sxemi”nə və özü tərəfindən tərtib edilmiş protokola əsaslanmış, qanunsuz olaraq qəbul etdiyi qərarı ilə o, qeyd etdiyi kimi qeyd edilən Maddədə nəzərdə tutulmuş inzibati xəta törətdiyi halda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Göstərilənlərə əsasən Ağdaş rayon Yol Patrul xidmətinin baş inspektoru polis baş leytenantı X8 onun, yəni X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə olunmağı barədə TP ******* nömrəli 09 may 2023-cü il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsi, onun Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə barəsində olan inzibati icraata xitam verilməsi, X2 barəsində həmin maddə ilə inzibati icraatın başlanılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqan Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin əməkdaşı X11 şikayətə etiraz etmiş və bildirmişdir ki, onlar Ağdaş- Zarağan avtomobil yolunun 7-ci km-nə getdikərində görmüşlər ki, yol nəqliyyat hadisəsi olmuşdur. Hadisə yerinin protokolu tərtib olunmuş, sxemi çəkilmişdir. Şahidlərin ifadələri və işin digər halları ilə müəyyən olunmuşdur ki, toqquşma qarşı hərəkət zolağında olub. Rahid Məhərov idarə etdiyi avtomobili ilə dönmə zamanı Möhlüd Rəşidbəylinin avtomobilini arxa hissəsindən vurub. Hərəkət zamanı Rahid Məhərovun idarə etdiyi avtomobildə sürət həddi çox olduğundan, manevri görən zaman geri çəkilə bilməyib və nəticədə yol nəqliyyat hadisəsi baş verib. Bu şikayət sığorta şirkətinin müraciəti əsasında BDYPİ-də də daha əvvəl araşdırılmışdır. İnzibati xəta haqqında protokol əsaslı olduğundan qüvvəsində saxlanılmışdır. Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işin materiallarda olan fotoşəkillərdən və inzibati xətanın baş verməsini təsvir edən sxemdən də görünür ki, inzibati xəta nəticəsində X4 İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.5-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, X4 şikayəti əsassızdır və onun inzibati xətanı törətməsi işin materialları ilə tam sübuta yetirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş rayon Polis şöbəsinin Yol patrul xidmətinin xx.xx.2023-cü il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-309/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-309/2023
26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver