Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-310/2021 09.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə, xx.xx.1949-cu il tarixdə Ağdaş rayonu, Kotavan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə Göyçay rayon Yol Patrul xidmətinin inspektoru polis baş serjantı X3 tərəfindən tərtib edilmiş AP ******* saylı inzibati xəta protokolu üzrə materiala Ağdaş şəhərində 09 sentyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 27.07.2021-ci il tarixdə saat 09:00 radələrində Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Ağdaş rayonu ərazisindən keçən 262-ci kilometirliyində Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21065” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman həmin yolda yolun əksi istiqamətində hərəkətdə olan X1 idraə etdiyi “VAZ 21041” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ 21041” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 xəsarət almışlar. . İş üzrə inzibati xəta törətmiş şəxsə və zərərçəkmiş şəxsə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. İnzibati materiala əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsi barədə 11.08.2021-ci il tarixli qərarından görünür ki, 27.07.2021-ci il tarixdə saat 09:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ağdaş rayonu ərazisindən keçən 262-ci kilometirliyində Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21065” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman həmin yolda yolun əksi istiqamətində hərəkətdə olan X1 idraə etdiyi “VAZ 21041” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “VAZ 21041” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 xəsarət almışlar. . İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin Həmin məcəllənin 327.8.-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-310/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-310/2021
09.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver