Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-310/2023 18.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Ağdaş rayonunun Yuxarı Ləki kəndində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı X1 05 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə Şəxs əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən 18 may 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2009-cu ildə evləniblər. 14 yaşında Nihad adlı oğulları və 11 yaşında Nuray adlı qızları var. Piyalə ilə əvvəllər aralarında heç bir problem və ya narazılıq olmamış, lakin son vaxtlar qayınanası X3 onların ailə məsələlərinə müdaxilə etməsi səbəbindən tez-tez Piyalə ilə arasında narazılıq yaranmışdır. X8 rayonunda yerləşən biyan zavodda işləyir. Piyalənin orada və ya başqa hər hansı bir yerdə işləməsini istəməmişdir. O, bir neçə dəfə bu barədə Piyaləyə sözünü demiş, lakin Piyalə onun sözlərinə məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində yaşadığı evin həyətində Piyalənin işləməsinə razı olmadığı üçün onunla Piyalə, qayınanası Şəlalə və qayınatası Əhliman arasında mübahisə baş vermiş, yenə qayınanası Şəlalə onun sözünün əksinə çıxaraq qızı Piyalənin işləyəcəyini söyləmiş, həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində o, yaşadığı evdə yatmışdır. O, yuxudan qalxan zaman arvadı Piyalənin və qızı Nurayın evdə olmadığını görmüşdür. Həmin vaxt Piyalə ona əsəbləşdiyinə görə qızı Nurayı götürüb getməsini fikirləşmiş, daha sonra qohumlarından Piyalə barəsində maraqlanmış, lakin Piyalənin yerini öyrənə bilmədikdə onun itkin düşməsini fikirləşib 102 xidmətinə Piyalənin və qızı Nurayın itkin düşmələri barədə məlumat vermişdir. Lakin sonradan saat təxminən 20 radələrində qayınatası Əhlimana zəng etdikdə Əhliman ona qızı Nurayın və arvadı Piyalənin onun yaşadığı evdə olduğunu və onların itkin düşmədiyini, arvadı Piyalənin işləməsinə icazə vermədiyinə görə əsəbləşib onun evinə gəlməsini söyləmişdir. Arvadı Piyalə və qızı Nurayın itkin düşmədiklərini, arvadı Piyalə ona əsəbləşdiyinə görə xx.xx.2023-cü il tarixdə qızı Nurayı da, götürərək atası Əhlimanın Ağdaş rayonu Yuxarı Nemətabad kəndində yerləşən evinə getmiş və hazırda onlar Əhlimanın evindədirlər. Piyalənin xx.xx.2023-cü il tarixdə onun tərəfindən döyülməsi barədə söylədikləri yalandır. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində yaşadıqları evin həyətində Piyalə ilə onun arasında heç bir davadalaş baş verməmişdir, o, Piyaləni vurmamış, ona heç bir xəsərət yetirməmişdir. Həmin vaxt onların aralarında söz mübahisəsi baş vermişdir. Mübahisə zamanı orada ondan və Piyalədən başqa qayınatası Əhliman, qayınanası Şəlalə, atası Rafiq, anası Rita və gəlinləri Cəmilə və Vəzzuha var idi. Buna görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs onun əridir. Onlar 2009-cu ildə evləniblər. Onların 14 yaşında Nihad adlı oğulları və 11 yaşında Nuray adlı qızları var. Mərdan ilə əvvəllər aralarında heç bir problem və ya narazılıq olmamışdır. Lakin son vaxtlar Mərdan ilə aralarında narazılıqlar və poblemlər yaranmış, belə ki, aralarındakı narazılığa səbəb əri Mərdanın onun işləməsinə narazı olması idid. O, Ağdaş rayonunda yerləşən biyan zavodda işləyir. Əri Mərdan onun işdən çıxmasını istəmiş, o, da işdən çıxmaq istəmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, iş yoldaşının əsgər getmə məclisində iş yoldaşları ilə iştirak etmişdir. Həmin vaxt məclisə iş yerindən çıxıb getmişlər. İş yerindən getdiyinə görə də, əynindəki iş paltarını dəyişib başqa paltar geyinmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində yaşadıqları evdə olarkən əri Mərdan onunla söhbəti olduğunu söyləmiş və atası Əhliman ilə anası Şəlaləni çağırmışdır. Daha sonra isə yaşadıqları evin həyətində olan zaman Mərdan ondan əsgər getmə məclisinə nə üçün iş paltarında deyil başqa paltarda getməsini soruşmuş, o da, Mərdana iş paltarının toz olduğunu və həmin paltarda məclisə iştirak edə bilmədiyini söyləmişdir. Mərdan da, bunu bəhanə edərək onu işləməyə qoymayacağını söyləmişdir. Bu səbəbdən aralarında söz mübahisəsi baş vermişdir. Həmin vaxt atası Əhliman və anası Şəlalə də, orada idilər. Mübahisə zamanı əri Mərdan ona “sənə işləməyə icazə verməyəcəyəm” deyərək onun ağız nahiyyəsinə bir dəfə yumruqla və baş nahiyyəsinə bir dəfə atverka ilə vurmuş, o da, huşunu itirərək yerə yıxılmışdır. Həmin vaxt Mərdan onun atası Əhlimanı və anası Şəlaləni küçə söyüşləri ilə təhqir edərək onları həyətdən çıxarmışdır. O da, bundan sonra xx.xx.2023-cü il tarixdə saat təxminən 14 radələrində azyaşlı qızı Nurayı götürərək ata evinə gəlmiş və ata evindəki zirzəmidə gizlənərək saat təxminən 17 radələrinədək orada olmuşdur. Həmçinin Həyat yoldaşı Mərdan ilə birgə yaşadıqları evin həyətində xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində onunla mübahisə və davadalaş etməyə başlamış, dava-dalaş zamanı onu döyərək ona xəsarət yetirdiyi üçün o da, həmin günü təxminən saat 14 radələrində azyaşlı qızı Nurayı götürərək, heç kimə məlumat vermədən ata evinə gəlmiş və ata evindəki zirzəmidə gizlənərək, saat təxminən 17 radələrinədək orada olmuşdur. İtkin düşməmiş və hazırda atası Əhlimanın evində qalır. Əri Mərdan ilə aralarındakı dava-dalaş zamanı o, Mərdanı vurmamış, dava-dalaş zamanı orada ondan və Mərdandan başqa atası Əhlima, anası Şəlalə, qayınanası Rita, eltiləri Cəmilə və Lamiyə var idi, səs-küyə də heç kim gəlməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında mübahisə və dava-dalaş baş vermiş, Şəxs Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərini pozmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanmasının rədd olunması haqqında qərar və daha sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 18 may 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq Şəxs onun təqsirli hesab olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №3(014)-310/2023
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-310/2023
18.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver