Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-310/2025 01.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi ilə xx xxxxxxx 2002-ci ildə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş rayonunun Yenicə kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon prokuroru, baş ədliyyə müşaviri X2 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 13 iyun 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlaması haqqında” qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, fiziki şəxs Şəxs “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun 45-ci maddəsinin tələblərini pozaraq 15 may 2025-ci il tarixdə təlim toplanışına cəlb edilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, çağırış üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə X1 rayon şöbəsinə üzrlü səbəblər olmadan gəlməmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlar 15 may 2025-ci il tarixli məktub, 30 may 2025-ci il və 12 iyun 2025ci il tarixli arayışlarla təsdiq edilir. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən Ağdaş rayon Polis Şöbəsinə ünvanlanmış 15 may 2025-ci il tarixli, 3-43- 3/2-588/2025 nömrəli məktubun surətindən müəyyən olunur ki, Ağdaş rayonu, Yenicə kənd sakini xx xxxxxxx 2002-ci il təvəllüdlü Şəxs təlim toplanışında iştirak etməkdən yayındığı üçün məsuliyyətə cəlb edilməsi məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə məcburi gətirilməsi xahiş olmuşdur. Ağdaş rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas Niftəliyev ilqar Elbrus oğlu tərəfindən tərtib edilmiş 30 may 2025-ci il tarixli və 12 iyun 2025-ci il tarixli arayışlardan müəyyən olunur ki, Şəxs istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmış, sonuncu hal-hazırda Bakı şəhərində yaşadığını, maddi imkanı olmadığından Ağdaş rayon prokurorluğuna və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinə gələ və təlim toplanışında iştirak edə bilmədiyini bildirmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin Şəxs təlim toplanışına cəlb edilməsindən yayınması və sonuncunun məsuliyyətə cəlb edilməsi barədə məlumatı olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Ağdaş rayon Porokurorluğuna və barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs Şəxs rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq, 01 iyul 2025-ci il tarixdə keçirilən məhkəmə iclasına prokurorluğun nümayəndəsi və Əli Hüseyinov hər hansı üzrlü səbəb olmadan iştirak etməmişdir. Məhkəmə, inzibati işə prokurorluğun nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Ağdaş rayon Prokurorluğunun 13 iyun 2025-ci il tarixli qərarına əsasən xx xxxxxxx 2002-ci il tarixdə Ağdaş rayonu, Yenicə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati xətaq haqqında iş üzrə icraata başlanması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi tərəfindən Ağdaş rayon Prokuroruna ünvanlanmış 15 may 2025-ci il tarixli, 3-433/2-587/2025 nömrəli məktubunun surətindən görünür ki, 25 aprel 2025-ci İl tarixdə SHXÇDX-nin Ağdaş rayon şöbəsinin Hərbi Həkim komisiyyası tərəfindən tibbi müayinə edilərək hərbi xidmətə yararlı hesab olunmasına, 15 may 2025-ci il tarixində təlim toplanışına cəlb edilməsi barədə xəbərdar edilməsinə baxmayaraq, Ağdaş rayonu Yenicə kəndində qeydiyyatda olan xx.xx.2002-ci il təvəllüdlü Şəxs (**********, **********) müxtəlif bəhanələr (Bakı şəhərində yaşamasını əsas gətirir) gətirərək təlimdə iştirak etməkdən özü bilərəkdən yayındığından sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsinə əsasən çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Həmin Məcəllənin 606-cı maddəsinin Qeyd hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məhkəmə qərar qəbul edənədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) gəldikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə, Şəxs sonradan təlimdə iştirak etmək üçün çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməsini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin müşayiət məktubu ilə məhkəməyə tədqim edilmiş Şəxs əl yazması ilə yazılmış ərizəsinin surətindən görünür ki, Şəxs 15 may 2025-ci il tarixdə hərbi təlim toplanışlarına cəlb edilməsi barədə xəbərdar edilmişdir. Bakı şəhərində müvəqqəti yaşadığı və Ağdaş şəhərinə gəlməsi üçün maddi imkanı olmadığından çağırışa gələ bilməmişdir. Ona qanunvericiliyin tələbləri izah edilmiş, əməlindən peşmandır. Növbəti təlim çağırışlarına gəlib iştirak edəcəyini bildirmişdir. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizəsini, müvafiq icra hakimiyyəti orqanının arayışını və eyni zamanda inzibati xəta haqqında iş materialında olan digər sənədləri nəzərdən keçirib, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunssun. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-310/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-310/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver