Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-311/2025 17.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə xx xxxxxxxx 1988-ci ildə Ucar rayonu, Qazıqumlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 16 iyun 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs 16 iyun 2025-ci il tarixdə saat 11:30 radələrində Ağdaş rayonu, Ləki qəsəbəsində və Ağdaş rayon Polis Şöbəsinin inzibati binasının qarşısında uca səslə ünvansız söyüşlər söyüb xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X1 polis sahə rəisi X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 16 iyun 2025-ci il tarixdə Ağdaş rayon X6 Bölməsindən aparılan araşdırma ilə bağlı Ağdaş rayonu, Ləki qəsəbəsində qeydiyyatda olan Şəxs Ağdaş rayon X6 Bölməsidən izahatının alınması üçün gətirilməsi ilə bağlı daxil olmuş raporta əsasən 16 iyun 2025-ci il tarixdə saat 11:30 radələrində rayon X11 Patrul Xidməti Bölməsinin əməkdaşları Şəxs yaşadığı Ləki qəsəbəsi ərazisində küçədə ona yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təhqiqat Bölməsində aparılan araşdırma ilə bağlı izahatının alınması üçün onu Ağdaş rayon Polis Şöbəsinə dəvət etmişlər. Lakin Şəxs Polis Şöbəsinə getmək istəmədiyini bildirərək ucadan qışqırıb səs-küy salmağa, ünvansız söyüşlər söyməyə başlamış, polis əməkdaşları ondan sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etmişlər. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Daha sonra Şəxs Ağdaş rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsinin qarşısında Şəxs yenidən səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Dəfələrlə ondan sakit olması, ictimai qaydanı pozmaması bildirilsə də, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bu səbəbdən də rayon X7 Hissəsinə təhvil verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, qayınanası ilə aralarında problemlər var və qayınanasıgil ondan Polis Şöbəsinə şikayət etmişlər. Polis Şöbəsindən ona zəng edilərək Polis şöbəsinə gəlməsi tələb olunmuş, lakin o, getməmişdir. Daha sonra 16 iyun 2025-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək onu Polis Şöbəsinə dəvət etmişlər. O da həmin vaxt telefonla qayınanası ilə danışarkən əsəbi olduğundan söyüş söymüşdür. Polis əməkdaşlarının göstərişinə tabe olmamış və Polis Şöbəsinə gəlməkdən imtina etmişdir. Polis əməkdaşları onu nizam intizama dəvət etsələr də, o əsəbi olduğundan uca səslə söyüşlər söymüş və polisin qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladları var və özü moykada işləməklə ailəsinin dolanışığını təmin edir. Odur ki, qeyd olunanların nəzərə alınıb barəsində həbslə əlaqəli olmayan tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirdi ki, 16 iyun 2025-ci il tarixdə Ağdaş rayon X6 Bölməsində aparılan araşdırma ilə bağlı Ağdaş rayonu, Ləki qəsəbəsində qeydiyyatda olan Şəxs Ağdaş rayon X6 Bölməsində izahatının alınması üçün gətirilməsi ilə bağlı icraatına raport daxil olmuşdur. 16 iyun 2025-ci il tarixdə saat 11:30 radələrində rayon X11 Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid1 ilə birlikdə Şəxs yaşadığı Ləki qəsəbəsi ərazisində küçədə ona yaxınlaşmışlar. Özlərini Şəxs təqdim edib, Təhqiqat Bölməsində aparılan araşdırma ilə bağlı izahatının alınması üçün onu Ağdaş rayon Polis Şöbəsinə dəvət etmişlər, lakin Şəxs Polis Şöbəsinə getmək istəmədiyini bildirərək ucadan qışqıraraq səs-küy salmağa, ünvansız söyüşlər söyməyə başlamışdır. Ondan sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etsələr də, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdirmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərini pozuduğu üçün Ağdaş rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinin qarşısında Şəxs yenidən səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə başlamış, dələlərlə sakit olmasını, ictimai qaydanı pozmamasını bildirsələr də, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Onlar Şəxs rayon Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid3 izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 16 iyun 2025-ci il tarixli raportdan görünür ki, 16 iyun 2025-ci il tarixdə Ağdaş rayon X6 Bölməsində aparılan araşdırma ilə bağlı Ağdaş rayonu, Ləki qəsəbəsində qeydiyyatda olan xx.xx.1988-ci il təvəllüdlü Şəxs Ağdaş rayon X6 Bölməsində izahatının alınması üçün gətirilməsi ilə bağlı raport daxil olmuşdur. 16 iyun 2025-ci il tarixdə saat 11:30 radələrində Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 Post Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid1la birlikdə Şəxs yaşadığı Ləki qəsəbəsi ərazisində küçədə ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra Təhqiqat Bölməsində aparılan araşdırma ilə bağlı izahatının alınması üçün onu Ağdaş rayon Polis Şöbəsinə dəvət etmişlər. Lakin Şəxs Polis Şöbəsinə getmək istəmədiyini bildirərək ucadan qışqırıb səs-küy salmağa, ünvansız söyüşlər söyməyə başlamış, ondan sakit olmasını, ictimai qaydanı pozmamasını tələb etmişlər. Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz əməllərini davam etdiyi üçün onu rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsinin qarşısında Şəxs yenidən səs-küy salmağa, ünvansız küçə söyüşləri söyməyə başlamış və Şəxs nizamintizama dəvət edib rayon Polis Şöbəsinə gətirib Növbətçi Hissəyə təhvil vermişlər. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 16 iyun 2025-ci il tarixdə, saat 12:30-da inzibati qaydada tutulmuşdur. “AZEMİS” X2 əldə edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində üç azyaşlı övladı var. Azərbaycan Respublikası DİN-nin xx.xx.2001-ci il tarixli, 239 nömrəli əmrinə əsasən rayon X7 Hissəsində yaradılmış inzibati məsuliyyətə cəlb edilmiş şəxslərin kartotekası yoxlanılan zaman müəyyən edilmişdir ki, vətəndaş Şəxs kartotekasında əvvəllər inzibati məsuliyyətə cəlb edilməsi barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 5-ci maddəsində qeyd olunur ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 12-ci maddəsində qeyd olunur ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsində polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, proses iştirakçılarının izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Ağdaş rayonu, Ləki qəsəbəsi ərazisində və Ağdaş rayon Polis Şöbəsinin inzibati binasının qarşısında səs-küy salaraq ünvansız küçə söyüşləri söyüb xırda xuliqanlıq etmiş, eyni zamanda polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tələbini pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Mahmudov X8 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, həmin Məcəllənin 34.3 maddəsi nəzərə alınmaqla ona daha ciddi xətaya görə, yəni İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını və himayəsində üç azyaşlı övladının olmasını İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, barəsində qərar qəbul edilən Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq edilməli və inzibati qaydada tutulduğundan, ona təyin olunacaq cərimənin həddi sanksiya ilə müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox olmamalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə haqq ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin əmək haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 04 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128- 130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mahmudov X8 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Məhəmməd Bağırov
Məhkəmə qərarları › İş №3(014)-311/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-311/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver