Məhkəmə qərarları › İş №3(014)-312/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-312/2020

20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-312/2020 20.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxx 2020-ci il tarixdə saat 20:00 radələrində Ağdaş rayonu, Ləki kənd ərazisində yerləşən Məişət avadanlıqları mağazasında Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx.xx.2020ci il tarixdə Ağdaş rayonu, Hapıtlı kənd sakini Zərərçəkmiş şəxs Az.Res.DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə zəng edərək Orxan və Şahmar qardaşlarının onu döyməsi barədə məlumat vermişdir. Həmçinin Zərərçəkmiş şəxs həmin tarixdə ərizə ilə Ağdaş RPŞ-nə müraciət edərək xx.xx.2020-ci il tarixdə təxminən 20:00 radələrində Ağdaş rayonu, Yuxarı Ləki kənd sakinləri Şahmar və Orxan qardaşlarının onun baş nahiyəsindən bir neçə dəfə vuraraq onu döydüklərini bildirmiş və Şahmarla Orxan barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 xx xxxx 2020-ci il tarixli qərarı ilə, Ağdaş rayonu, Hapıtlı kəndində yaşayan Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış xx.xx.2020-ci il tarixli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis mayoru X5 izah etdi ki, Şəxs xx xxx 2020-ci il tarixdə saat 20:00 radələrində Ləki kənd ərazisində yerləşən Məişət avadanlıqlarını mağazasında Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, Allahverdini tanıdığını, onunla iş yoldaşı olduğunu, təxminən on beş gün öncə işlədiyi Ağdaş rayonu, Yuxarı Ləki kənd ərazisində yerləşən məişət avadınlıqları satışı olan yerdən çıxdığını, qardaşı Orxan Əsədov Bakı şəhərində fəhləliklə məşğul olduğunu, Ağdaş rayonuna da gec-gec vaxtlarda gəldiyini, xx.xx.2020-ci il tarixdə təxminən saat 19:30 radələrində qardaşı Orxanla Ağdaş rayon, Yuxarı Ləki dörd yolu deyilən ərazidə ərzaq mağazasında olduqlarını Orxanın ondan əvvəl yaşadıqları Ağdaş rayonu, Yuxarı Ləki kəndindəki evə yolun kənarı ilə getdiyini, təxminən iki-üç dəqiqə sonra yaşadıqları ev istiqamətində yolun kənarı ilə gedən zaman əvvəllər işlədiyi məişət avadanlıqları satışı olan mağazanın qarşısından qardaşı Orxanla əvvəllər tanıdığı Zərərçəkmiş şəxs mübahisə edərək əlbəyaxa olduqlarını gördüyünü, Orxanla Allahverdinin olduqları yerə yaxınlaşanda Ağdaş rayon Orta Ləki kənd sakini kimi tanıdığı usta Zeynal qardaşı Orxanı Allahverdidən ayıraraq, mübahisə etdikləri yerdən uzaqlaşdırdığını gördüyünü, həmin vaxt Allahverdiyə yaxınlaşaraq nə olduğunu soruşduğunu, həmin vaxt Allahverdinin ona “siz iki qardaş mənim üzərimə düşərək məni döyürsünüz” dediyini, Allahverdini işlədiyi mağazanın həyətinə salaraq “mən bura qardaşım Orxanla mübahisə etdiyinizi aydınlaşdırmaq üçün gəlmişəm” dediyini, həmin vaxt Zərərçəkmiş şəxs nalayiq küçə söyüşləri söyərək “sizi deşəcəm” deyərək onunla mübahisə etməyə başladığını, Allahverdiyə “sən məni deşə bilərsənsə gəl gedək kənarda söhbətimizi edək” dediyini sözünü deyib qurtardıqdan sonra Allahverdini onun ünvanına pis-pis nalayiq söyüşlər söyərək söyüb təhqir etdiyi üçün əsəbləşərək, qəsdən onun sifətinin gözaltı nahiyəsindən bir dəfə yumruqla vurduğunu, həmin vaxt Allahverdinin yerə yıxıldığını, Allahverdinin yerdə arxası üstə yerə yıxılan zaman onun üzərinə çıxaraq, qəsdən sağ gözaltı nahiyəsinə bir dəfə və baş nahiyəsinə bir neçə dəfə vuraraq Zərərçəkmiş şəxs döydüyünü, həmin vaxt məişət avadanlıqları mağazasının sahibi Orxan Hacıyevin gələrək onu Zərərçəkmiş şəxs ayıraraq, mağazanın həyətinin çölünə yola çıxartdığını, sonra yolun kənarıyla evə getdiyini, xx.xx.2020-ci il tarixdə təxminən saat 19:30 radələrində qardaşı Orxanla Zərərçəkmiş şəxs arasında olan dava-dalaş zamanı yanlarında heç kimin olmadığını, səslərinə sonradan mağazanın sahibi Orxan Hacıyevin gəldiyini, onunla Allahverdi arasında olan dava-dalaşın təxminən 2-3 dəqiqə davam etdiyini, həmin mübahisə zamanı Allahverdinin onun və qardaşı Orxanın heç bir yerlərindən vuraraq döymədiyini, heç bir kəsdən şikayət və tələbini olmadığını bildirmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında, 9 aydır ki, Ağdaş rayonu Yuxarı Ləki kəndində məişət avadanlıqları satılan yerdə gecə gözətçisi işlədiyini, Şahmarın da onun işlədiyi yerdə əvvəllər fəhlə kimi işlədiyini, təxminən on beş gün öncə Şahmarın işdən öz xoşluğu ilə çıxdığını, işinin gecə vaxtlarında başladığından 20:00 radələrində müdriyyətdən işi təhvil alıb səhərə kimi gözətçilik etmək üçün hər gün 19:30 radələrində işə gəldiyini, Orxanı da əvvəllər Şahmarın qardaşı olmasını bildiyini, təxminən on gün öncə Şahmarın gecə vaxtlarında işdə olan zaman yatdığı vaxt onun şəklini çəkərək müdiri olan Orxana göstərdiyini, xx.xx.2020-ci il tarixdə təxminən saat 20:00 radələrində işlədiyi iş yerinə gəlib iş yerinin qarşısında durduğunu, həmin vaxt Şahmarın qardaşı Orxanın yolun kənarı ilə öz yaşadıqları ev istiqamətində getdiyini, Orxana baxaraq nə üçün tərs-tərs baxdığını soruşduğunda Orxanın da onun olduğu yerdən çölə çağıraraq ona heç bir söz deməyib yumruq atdığını, Orxanla əlbəyaxa olduğunu, əlbəyaxa olan zaman Orxanı yumruqla onun baş nahiyəsindən bir neç dəfə vuran zaman Orxanın qardaşı Şahmarın da kənardan gələrək Orxanla birləşib başının və sifətinin müxtəlif yerlərinə yumruqlar vurmağa başladıqlarını, həmin vaxt işlədiyi iş yerinin sahibi Orxan adlı şəxsin otaqdan çıxaraq onların dava-dalaş etdikləri yerə gələrək onları biri-birilərindən ayırdığını, həmin vaxt Orxan və qardaşı Şahmarın qaçaraq çıxıb getdiklərini, əl-üzünü yuyub öz işinə davam edib xx.xx.2020-ci il tarixdə səhər saatlarında 08:00 radələrində işdən çıxaraq öz yaşadığı evə getdiyini, onunla Orxan və qardaşı Şahmarın arasında xx.xx.2020-ci il tarixdə təxminən 19:30 radələrində işlədiyi Ağdaş rayon, Yuxarı Ləki kəndi ərazisində olan Məişət avadanlıqları mağazasının qarşısında, sonra isə mağazanın həyətində Orxan və qardaşı Şahmarın yumruqlarla başını və sifətinin müxtəlif yerlərinə vuraraq onun döydüklərini, həmin zaman yanlarında heç kimi olmadığını, səslərinə sonradan obyektin sahibi Orxan adlı şəxsin gələrək onları mağazanın içərisində ayırdığını, dava-dalaşın təxminən 4-5 dəqiqə davam etdiyini, onunla Orxan və qardaşı Şahmarın arasında olan dava-dalaş zamanı Orxan və qardaşı Şahmarın heç bir yerlərindən vuraraq döymədiyini, onu Ağdaş rayon Yuxarı Ləki kənd sakinləri Orxan və qardaşı Şahmardan şikayəti olduğunu bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2, Ağdaş MTE və PA şöbəsinin xx.xx.2020-ci il tarixli 269 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ gicgah nahiyəsinin yumşaq toxumalarının əzilməsi, sol və sağ gözaltı nahiyənin qançırları, sol yanağın selikli qişasının səthi yarası, küt alət təsirindən törənmiş törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirici və ağırladşırıcı haların olmamasını, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx.xx.1988-ci il tarixdə Ağdaş rayon, Yuxarı Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar