Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-312/2022 14.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı X2 iştirakı ilə xx.xx.2002-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İİ Vətən Müharibəsi iştrakçısı, Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi 3/7 saylı evdə qeydiyyatda olan və yaşayan. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 14 iyun 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 15 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, Şəxs 15 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində yaşadıqları Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 izah etdi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 14 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 15 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində yaşadıqları Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində şəxsi münasibətlər zəmnində baş vermiiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Faktla bağlı təhqiqat bölməsində araşdırma aparılmş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi 3/7 saylı evdə yaşadığını, evli olduğunu, İİ Vətən Müharibəsi iştrakçısı olduğunu, müharibədə kələ beyin travması xəsarəti aldığını, Şuşanın, Füzulinin və Xocavədin azad olunmasına görə medalları və “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunduğunu, əvvəllər Elman Məmədovun onun qonşusu olduğunu, əvvəllər onların arasında heç bir münaqişə və dava-dalaş olmadığını, atası Elşənin bibisi tərəfindən tutulmasına görə Elmanın onlara irad tutduğunu, 08 aprel 2022-ci il tarixdə arvadı Ruqiyyə ilə bazarlıq etməyə getdikləri vaxt Elmanın küçədə arvadı Rəqiyyənin üzünə tüpürərək çıxıb getdiyini, Elmanın arxası ilə getmək isyətən zaman arvadının dava düşəcəyini bildirərək ona getməməyi bildirdiyini, bundan sonra evlərinə qayıtdıqlarını, bu barədə anasına dediyini, 15 aprel 2022-ci il tarixdə evdə olarkən küçədə səs-küy gəldiyini, küçəyə çıxanda Elmanın onun anasına nalayiq ifadələr işlətdiyini, əsəbləşərək həyətində olan lomu götürərək Elmanın yanına getdiyini, Elmanı vurmaq istəyən zaman anası onu qucaqlayaraq lomu oun əlindən aldığını, lakin Elmanın onun sol qol nahiyyəsindən vurduğunu, Elmanı həmin ərazidən çıxıb getdiyini, Elmanı vurmadığını bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında Şəxs onun qonşusu olduğunu, əvvəllər Azadla onun arasında heç bir münaqişə və dava-dalaş olmadığını, Azad arvadı Rəqiyyə ilə onun yanına gəldyini, ondan nə üçün Rəqiyyənin üzünə tüpürdüyünü, onlara Rəqiyyənin üzünə tüpürmədiyini, bunu sübut edəcəyini bildirdiyini, Rəqiyyənin dediyi marketə getdiyini, oradan video görüntüləri çıxartdığını, Rəqiyyənin iş yerinə ona həmin video görüntüləri göstərdiyini, Rəqiyyə həmin video görüntülərin montaj olduğunu dediyini, daha sonra oradan çıxıb getdiyini, 15 aprel 2022-ci il tarixdə Azadın yaşadığı evin qarşısından keçən zaman anası Natavanın onun yolunu kəsdiyini, ona nə səbəbə gəlininin üzünə tüpürdüyünü bildirdiyini, Natavana Rəqiyyənin üzünə tüpürmədiyini, gəlinin ona böhtan atdığını, bu zaman Natavan onu söyərək təhqir etdərək üzünə tüpürdüyünü, buna görə də Natavan ilə arasında mübahisə baş verdiyini, mübahisədən uzaqlaşmaq üçün arxa-arxaya gedərək oradan uzaqlaşmaq istədiyini, lakin Natavan bir neçə dəfə sillə ilə onun qol və sifət nahiyyəsindən, təpiklə ayaq nahiyyəsindən vurduğunu, həmin vaxt Azad lom ilə ona tərəf gəldiyini, onu vurmaq istəyən zaman geri çəkildiyini, lomu Azaddan almaq istəyən zaman Natavan onu tutduğunu, Azad lom ilə bir dəfə onun bel nahiyyəsindən vurduğunu, daha sonra oradan çıxıb getdiyini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, buna görə də onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini bildirdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X1” 247 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət - sol kürəkaltı nahiyyənin qançırı, küt alət təsirindən törənmiş, törəmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Elçin Mütəllimovun 15 may 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs 15 aprel 2022-ci il tarixdə saat 13:30 radələrində yaşadıqları Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ Vətən Müharibəsi iştrakçısı olmasını, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavədin azad olunmasına görə” medalları və “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində inzibati məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs Zərərçəkmiş şəxs döyməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi zərərçəkmiş şəxsin ifadəsi, ekspertiziya rəyi və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, işin hallarını, əməlində məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh növü olan 300 (üç yüz) manat məbləgində cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-312/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-312/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver