Məhkəmə qərarları › İş №3(014)-312/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-312/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-312/2025 04.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Ələkbərova Fidan Vaqif qızının, məhkəmə iclas katibi X1, Ağdaş rayon Prokurorluğunun nümayəndəsi Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Ağdaş rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin(bundan sonra İnzibati Xətalar Məcəlləsinin ) 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Ağdaş rayon Prokurorluğundan “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında çıxış edən Şəxs izahatında uzun müddət hərbi xidmətdə olduğunu, lakin sonra hərbi xidmətə uyğunsuzluqla ehtiyata buraxıldığını, buna baxmayaraq təlimlərə çağırıldığını, təlimlərə getsə ailəsinin maddi vəziyyətinin çox ağırlaşacağını, buna görə də təlimlərə getməkdən imtina etdiyini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli çağırışını aldığını, xx.xx.2025-ci il tarixdə özü könüllü olaraq oraya getdiyini lakin yuxarıda qeyd etdiyi səbəblərdən təlim toplanışlarına getməkdən imtina etdiyini, hazırda hərbi vəzifəli olduğunu bildirmişdir. Məhkəmə iclasında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş Rayon Şöbəsinin rəis müavini vəzifəsində işləyən X4 izahatında Şəxs Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxıldığını, hərbi vəzifəli olduğunu, növbəti dəfə hərbi təlim toplanışında iştirak etməsi üçün dəvət olunduğunu lakin Şəxs ərizə ilə müraciət edərək ailə vəziyyətinin ağır olmasını əsas gətirməklə təlim toplanışına getməkdən imtina etdiyini göstərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Ağdaş rayon Prokurorluğundan daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzə icraatın başlanması haqqında qərardan görünür ki, fiziki şəxs Şəxs( FİN:xxxxxxx, xx.xx.1991-ci il tarxidə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin unvanda faktiki yaşayan) barəsində Azərbaycan Respublikası İXM-nin 606.3-cü maddəsilə inzibati xəta haqında iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları hərbi hissə komandirinin Nizami hissə üzrə xx.xx.2021-ci il tarixli, 0218 nömrəli əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan kapitan Şəxs hərbi rütbəsi bir pillə aşağı endirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları hərbi hissə komandirinin Nizami hissə üzrə xx.xx.2021-ci il tarixli, 0218 nömrəli əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidmətinin sərəncamında olan baş leytenant Şəxs Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.10-cu maddəsinə əsasən hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən bu Məcəllənin 606.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələrində baxırlar. Həmin Məcəllənin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin - Şəxs hərbi vəzifəli olduğunu nəzərə alaraq onun barəsində daxil olmuş qərar və əlavə edilmiş sənədlər baxılması üçün aidiyyyəti hərbi məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43 və 114-cü maddəsini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Ağdaş rayon Prokurorluğundan daxil olmuş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilsin. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar