Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-313/2020 20.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə Ağdaş rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 2(004)-3079 saylı icra vərəqəsinəəsasən yaranmış 8800 (səkkiz min səkkiz yüz) manat aliment borcunu ödəməsi tələb olunsa da, o, həmin borcu ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Buna görəAğdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən onun barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün məhkəməyə göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında protokolda göstərilənləri müdafiə edərək izah etdi ki, Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 2(004)-3079 saylı icra vərəqəsi Ağdaş rayon İcra Şöbəsinin icraatına daxil olmuş və qanunla müəyyən olunmuş qaydada icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası iləəlaqədar olaraq, borclu Şəxs Ağdaş rayon İcra Şöbəsinə rəsmi qaydada çağırılmış və barəsində olan borcu ödəməsi tələb olunmuşdur. Lakin zərərçəkmişşəxsə olan borcunu ödəməmişdir. İcra hərəkətlərinin həyata keçirilməsi üçün bütün qanuni tədbirlər görülmüş, lakin borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmədə işə baxılarkən borclu Şəxs borcunu ödəməsi üçün hər ay 100 manat aliment pulu, köhnə borcdan isə 10 manat, hər ay cəmi 110 manat ödəyəciyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək məhkəmə iclasında izah etdi ki, tələbkar şəxslə Yasamal rayon məhkəməsinə gedərək tələbkarın uşaqdan imtina tələbini yerinə yetirən zaman məhkəmədən bunun mümkünsüzlüyünü bildirdikdə tələbkarla birlikdə məhkəmədən çıxdıqdan sonra və tələbkar hal-hazırki aliment barədə ona məlumat verməmişdir. 2013-cü ildə olan məhkəmə proseseiyləəlaqədar tələbkar şəxs onunla görüşündən 4 il keçməsinə baxmayaraq niyə həmin vaxt ona bir söz deməmiş və yaxud da hal-hazırda ona məlum olan icraaçı Mahir Abbasova onunla görüşdüyünü bildirməmiş, onun əlaqə nömrəsini nə səbəbdən verməmişdir. İstifadəsində olan ***-***-**- ** mobil nömrə o tələbkarla birgə olduğu vaxtdan onun istifadəsində olub, hər zaman işlək vəziyyətdə olmuşdur. Onun qeydiyyat yeri ünvan 1 ünvanıdır. Lakin o həmin ünvanda özü yox, qonşusu yaşayır. Bu illər ərzində heç bir bildiriş gəlməmişdir. O taksi fəaliyyəti ilə məşğul olduğu üçün ölkə daxili vəölkə xarici postlardan keçmiş və həmin müddət ərzində də ona heç bir məlumat verilməmişdir. Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 2(004)-3079 saylı icra vərəqəsinəəsasən ondan xx xxxxxx 2009-cu il təvəllüdlüX1 18 yaşına çatana qədər saxlanılmasıüçün Qulamova KəmaləƏli qızının xeyrinə hər ay 100 manat aliment tutulmalıdır. Hal-hazırda zərərçəkmişşəxsə olan borcu 8800 manat təşkil edir. Səhəti ilə bağlı problemi olduğundan, ölkədə mövcud karantin rejimi olduğundan, daimi iş yeri olmadığından, maddi imkanı zəif olduğundan və zərərçəkmişşəxsə olan borcunu ödəyə bilmir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunub baxılmasıüçün məhkəməyə göndəriləndən sonra yaranmış 8800 manat aliment borcunu hər ay 100 manat aliment pulu, köhnə borcdan isə 10 manat ödəyəcəyini, hər ay cəmi 110 manat ödəyəcəyini bildirmişdir və buna görə də barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Qulamova KəmaləƏli qızı məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinən Şəxs ona olan 8800 manat aliment borcunun hər ay 100 manat aliment pulu, köhnə borcdan 10 manat ödədiyini, hər ay cəmi 110 manat verəcəyini və beləliklə hal-hazırda barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmədən barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs oğlu barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatlarını dinləyib, zərərçəkmişşəxs X2 ərizəsini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakıəsaslara görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs xx xxxxxx 2009-cu il təvəllüdlü X1 18 yaşına çatana qədər saxlanılması üçün X2 xeyrinə hər ay 100 manat aliment tutulması barədə Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 2(004)-3079 saylı qətnaməsi xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, iş Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 icraatına daxil olduqdan sonra borclu Şəxs hər ay 100 manat aliment ödəməli olduğu halda, həmin məbləğdən daha az məbləğdə vəya ümumiyyətlə aliment ödəməmiş, buna görəŞəxs həmin qətnaməüzrə 8800 (səkkiz min səkkiz yüz) manat aliment borcu yaranmış, icra məmuru tərəfindən borcludan yaranmış aliment borcunu ödəməsi tələb olunsa da, o, borcunu ödəməkdən imtina edərək icra məmurunun qanuni tələbini yerinə yetirməmiş, buna görə də icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılmasıüçün məhkəməyə göndərilmiş, məhkəmədə işə baxılarkən borclu Şəxs borcunu tam ödəməsi üçün vaxt istəmiş və 8800 manat aliment borcunu hər ay 100 manat aliment pulu, köhnə borcdan isə 10 manat, cəmi hər ay 110 manat ödəyəcəyini bildirmişdir. Həmçinin işüzrə zərərçəkmiş şəxs X4 məhkəməyəərizə təqdim edərək işüzrə icraata xitam verilməsini xahiş etmişdir. Bununla da inzibati xətanın tərkibini yaradan hallar aradan qaldırılmışdır. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinəəsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Həmin Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırki halda Şəxs əməlində inzibati xəta tərkibi yoxdur, onun barəsində olan Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43,105,114,115, 28-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-313/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-313/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver