Məhkəmə qərarları › İş №3(014)-313/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-313/2024

22.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-313/2024 22.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1986-cı ildə Ağdaş rayonu Qəribli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, heç yerdə işləməyən, Ağdaş rayonu Qəribli kəndində yaşayan və qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 21 iyun 2024-cü il tarixdə radələrində Ağdaş rayonu Qəribli kəndində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədib xırda quliqanlıq etmiş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə Şəxs barəsində 22 iyun 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrinin tələbini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, X5 bildirdi ki, Şəxs 21 iyun 2024-cü il tarixdə radələrində Ağdaş rayonu Qəribli kəndində ucadan qışqırıb səs-küy salaraq ünvansız nalayiq ifadələr işlədib xırda quliqanlıq etmiş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, 21 iyun 2024-cü il tarixdə Ağdaş rayonu Qəribli kəndində olarkən Mahmud Abdullayev adlı şəxsə zəng vurub onun torpaq yerini sürdürməməsinin səbəbini soruşmuş, daha sonra aralarında mübahisə yaranmış və o, telefonda nalayiq ifadələr işlətmişdir. Həmin vaxt ətrafda 7-8 nəfər kənd sakini olmuşdur. Bir müddət sonra polislər yaxınlaşıb ona ictimai qaydanı pozduğuna görə polis şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşmandır, ona yüngül tənbeh verilməsini xahiş edir. X1 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 21 iyun 2024-cü il tarixdə saat 20:30 vətəndaş X4 müraciəti əsasında Ağdaş rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Rauf Yunusov ilə birlikdə Ağdaş rayonu Qəribli kəndinə getmişdir. Orada küçədə olarkən bir nəfər şəxsin küçədə ictimai yerdə, ucadan qışqırıb səs-küy saldığını, ünvansız küçə söyüşləri söydüyünü görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr həmin şəxs onlara əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmişdir. Onların qanuni tələbinə qəsdən tabe olmamış, həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün onu Ağdaş RPŞ-nə dəvət etmişlər. Ağdaş RPŞ-də məlum oldu ki, həmin şəxs Ağdaş rayonu Qəribli kəndində qeydiyyatda olan xx xxxx 1986-cı il təvəllüdlü Şəxs Müğdət oğludur. X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 21 iyun 2024-cü il tarixdə saat 20:30 vətəndaş X4 müraciəti əsasında Müşfiq Bilalov ilə birlikdə Ağdaş rayonu Qəribli kəndinə getmişlər. Orada küçədə olarkən bir nəfər şəxsin küçədə ictimai yerdə, ucadan qışqırıb səs-küy saldığını, ünvansız küçə söyüşləri söydüyünü görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr həmin şəxs onlara əhəmiyyət verməyərək öz hərəkətlərini davam etdirmişdir. Onların qanuni tələbinə qəsdən tabe olmamış, həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün onu Ağdaş RPŞ-nə dəvət etmişlər. Ağdaş RPŞ-də məlum oldu ki, həmin şəxs Ağdaş rayonu Qəribli kəndində qeydiyyatda olan xx xxxx 1986-cı il təvəllüdlü Şəxs Müğdət oğludur. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs Müğdət oğlu 21 iyun 2024-cü il tarixdə saat 22:01-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin 22 iyun 2024-cü il tarixli arayışından görünür ki, Şəxs Müğdət oğlunun əvvəllər inzibati xəta törətməsi barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Müğdət oğlunun törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın əlamətlərinin olması, inzibati xətanın onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən Şəxs Müğdət oğlunun səmimi peşmançılığı onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmədə Şəxs Müğdət oğlunun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Müğdət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs Müğdət oğlunun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Müğdət oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Müğdət oğlu 21 iyun 2024-cü il tarixdə saat 22:01-da inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs Müğdət oğluna təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Müğdət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1-ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Müğdət oğlu dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar