Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-314/2020 20.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx xxxx 2020-ci il tarixdə Ağdaş rayon Güvəkənd kəndində baldızı Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir.Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Ağdaş rayonu Güvəkənd kənd sakini Şəxs Ağdaş RPŞ-nəərizə ilə müraciət edərək baldızı Zərərçəkmiş şəxs onu döyməsini bildirmiş və Könül barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Ağdaş rayonu Güvəkənd kəndində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və xx.xx.1993-cü il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi əlaməti olduğundan onların barələrində inzibati qaydada tədbir görülməsi üçün qərarın sürəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, X5 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə Ağdaş rayonu, Güvəkənd kəndində Şəxs baldızı Abyramova Könül Ağabəy qızınışəxsi münasibətlər zəmnində vuraraq ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir.Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Könülün onun baldızı olduğunu, münasibətlərinin yaxşı olmadığını, Könülün Bakışəhərində yaşadığını, son zamanlar Könülün atası evinə yəni onun yaşadığı evə gələrək, evi öz adına sənədləşdirəcəyini, onları evdən çıxaracğını dediyini, bu səbəbdən dəfələrlə aralarında mübahisə baş verdiyini, evdə bütün işlərinə qarışdığını, həyətdə ev quşlarına və ev heyvanlarına baxmağa imkan vermədiyini, bu səbəbdən də dəfələrlə aralarında mübahisə və dava-dalaş olduğunu, sonuncu dəfə mübahisələrinin xx.xx.2020-ci il tarixdə baş verdiyini, həmin gün axşam saatlarında yenə Könülün onunla mübahisə etməyə başladığını, gah qoyunları bəhanə etdiyini, gah toyuqları bəhanə etdiyini, ona “mən bu evin sakiniyəm, mən burada toyuğa da baxacam, qoyuna da” dediyini, sonra öz otağına getdiyini və “mən artıq bunların əlindən bezmişəm” dediyini, həmin vaxt Könülün onun üstünə gəldiyini, onu yataq otağına çarpayının üstünə yıxdığını, boğazından tutub “səni öldürərəm” dediyini, sonra onu itələyib evdən çıxıb qaçdığını, sonra birbaşa Ağdaş RPŞ-nə gəlib bu barədə ərizə ilə müraciət etdiyini bildirmişdir. Həmçinin Şəxs izahatında Könülün onun boğaz nahiyəsinəəlləri ilə xəsarət yetirdiyini, Könülə heç bir xəsarət yetirmədiyini, mübahisələrinin yaşadığı evdə baş verdiyini, həmin vaxt orada onlardan başqa yoldaşı Alqışın da olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında, Əsmərin onun qardaşının arvadını olduğunu, münasibətlərinin yaxşı olmadığını, tək yaşadığını, özünün alverlə məşğul olduğunu, ona görə də işi ilə bağlı çox vaxt Bakı şəhərində yaşadığını, indi də Respublikada mövcud olan karantin rejimi ilə bağlı işləyə bilmədiyini və məcbur olub ata evində qaldığını, həmin müddətdə gəlinləri Əsmərin onunla dolanmadığnı,tanıdığını, Əsmərin iki il yarımdır ki, onların ailəsinə gəlin gəldiyini, gələndən bəri də nə anası nə də onla dolanmadığını, karantinlə bağlı rayona gəlib qalandan bəri, onunla da dolanmadığını, tez-tez evdə münaqişələr yaratdığını, evin əşyalarını, qab-qacağını dağıtdığını, sındırdığını, barəsində bir neçə dəfə şikayət etdiyini, xx.xx.2020-ci il tarixdə axşam saatlarında evdə iş gördüyünü, anasının da “ocağın yanından çəkil səndən hiss iyi gələcək”, həmin vaxt anasına “eybi yox qoy məndən hiss iyi gəlsin başqalarından gül iyi gəlsin” dediyini bunu deyən zaman Əsmərin səs-küy salaraq evdə münaqişə yaratmağa başladığını, “ səni nəzərdə tutub demirdim, sakit dayan” dediyini lakin Əsmərin ona nalayiq ifadələr deyərək səs-küy saldığını, evdəki əşyaları vurub dağıtmağa başladığını, sonra da ayaqyalın evdən çıxıb getdiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs izahatında Əsməri döymədiyini və ona heç bir xəsarət yetirmədiyini, aralarındakı mübahisə yaşadıqları evdə baş verdiyini, həmin vaxt orada onlardan başqa anasının olduğunu, qardaşının yəni Əsmərin əri Alqışın da həmin vaxt həyətdə olduğunu, Əsmərin həmin vaxt onun üstünə gəlib qolundan tutub onu itələyib yıxdığını, ola bilsin xəsarət aldığını bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3, Ağdaş MTE və PA şöbəsinin xx xxxx 2020-ci il tarixli 444 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ budun 1/3-nin bayır səthinin qançırı, sağ saidin yuxarı 1/3nin bayır səthinin sıyrığı, küt alət təsirindən törənmiş, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, işin yüngülləşdirici və ağırladırıcı haların olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx xxxx 1993-cü il tarixdə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdaş rayonu, Güvəkənd Ərazi D., Güvəkənd K,, ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-314/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-314/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver