Məhkəmə qərarları › İş №3(014)-314/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-314/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-314/2021 23.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X1 iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Ağdaş rayonu Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Ağdaş rayonu Ləki Qəsəbəsi M.Mustafayev küçəsi 11 saylı evdə qeydiyyatda olan Şəxs barəsində Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qax Rayon Məhkəməsinin 2(024)-559/2020 saylı 10 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 2000 manat aliment alınıb Zərərçəkmiş şəxs verilməlidir. Buna görə Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 tərəfindən onun barəsində 23 avqust 2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərmişdir ki, Qax Rayon Məhkəməsinin 2(024)-559/2020 saylı 10 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iki uşağın saxlaması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Maddi imkanı olmadığına görə tələb olunan alimenti ödəyə bilməmişdir, buna görə də 2000 manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasında göstərmişdir ki, Qax Rayon Məhkəməsinin 2(024)-559/2020 saylı 10 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs iki uşağın saxlaması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat alimentin tutulması qət edilmişdir. Şəxs işləsədə aliment borcunu ödəmir. Buna görədə Şəxs şikayətçidir və onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir Ağdaş rayon İcra və Probasiya şöbəsinin rəisi X2 məhkəmə iclasında göstərmişdir ki, 18 noyabr 2020-ci il tarixdə icraatına Qax Rayon Məhkəməsinin 2(024)-559/2020 saylı 10 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs iki uşağın saxlaması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Ondan həmin borcu ödəməsi tələb olunsa da, maddi imkanının zəif olmasını səbəb göstərərək borcunu ödəməkdən imtina edərək onun qanuni tələbini yerinə yetirmədiyi üçün tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Qax Rayon Məhkəməsinin 2(024)-559/2020 saylı 10 noyabr 2020-ci il tarixli icra sənədini üzürsüz səbəbdən icra etməməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, heç bir üzrlü səbəb olmadan tələbkara olan borcunu ödəməkdən yayındığını, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 gün müddətinə inzibati həbs tənbeh növü təyin edilsin. Həbsin əvvəli 21 avqust 2021-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar