Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-314/2022 10.10.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, məhkəmə iclas katibi U.Mustafayevanın, şikayət vermiş şəxs Ə.Hacıyevin nümayəndəsi və vəkili Nümayəndə, qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi S.Kərimlinin iştirakı ilə, X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin 01 iyun 2022-ci il tarixli ******* №-li inzibati xəta haqqında qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X4 “XOLDİNQ” LTD-nin direktoru kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 1500 manat inzibati cərimə tənbeh növü tətbiq edilməsinə dair MN ******* saylı, 01 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsinə və işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayəti müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi inzibati tənbeh vermə haqqında qərarını bununla əsaslandırmışdır ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış, bununla da İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin qərarlarla razı deyillər və aşağıda göstərdiyi əsaslara görə həmin qərarları qanunsuz hesab edirlər. Belə ki, şikayət vermiş şəxs X3 “XOLDİNQ” LTD-nin direktoru olmaqla kərpic emalı və satışı ilə məşğul olur. Şirkət ziyanlıqla işlədiyinə görə, bir müddət fəaliyyətini dayandırmışdır. Hazırda Şirkətin fəaliyyətini bərpa etmişdir. Şirkətin fəaliyyətini bərpa edəndən sonra şirkətdə işləyən 37 nəfərlə 19 may 2022-ci il tarixdə icbari sığorta müqaviləsi bağlanmışdır. 21 may 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsindən şirkətə 12 may 2022-ci il tarixli məktub daxil olmuşdur. Həmin məktubda bildirilmişdir ki, “müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə “Əmək müqaviləsi bildirişi” altsisteminin müqayisəli təhlilləri nəticəsində tərəfinizdən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmadığı və əməllərində inzibati xəta əlamətlərinin olması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq X3 20 may 2022-ci il tarixdə saat 12:00-da X5 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinə dəvət olunmuşdur. Bundan sonra X1 nümayəndəsi həmin şöbədə olmuş, orada ona bildirilmişir ki, bu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolun baxılmasının yeri və tarixi barədə sizə əlavə məlumat veriləcəkdir. Lakin bununla bağlı o, həmin şöbəyə dəvət olunmamışdır. 04 iyun 2022-ci il tarixdə X2 məlum olmuşdur ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisinin 01 iyun 2022-ci il tarixli qərarı ilə “XOLDİNQ” LTD-nin direktoru kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törəydiyinə görə barəsində 1500 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, X1 “XOLDİNQ” LTD-nin direktoru kimi 20 may 2022-ci il tarixdə xəbəri və iştirakı təmin olunmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilən vaxtadək, yəni 19 may 2022-ci il tarixdə artıq işə götürdüyü işçilərlə "xxxx" ASC arasında icbari sığorta müqaviləsi bağlamış və bunun üçün Cəmiyyətin hesabına tələb olunan məbləğ köçürülmüşdür. Beləliklə “XOLDİNQ” LTD-nin direktoru kimi X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilənədək işçilərlə icbari sığorta müqaviləsi bağlandığına görə hesab edirəm ki. İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulan hallar aradan qaldırılmışdır. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi işə baxarkən çox səthi araşdırma aparmış, yuxarıda qeyd etdiyi işin faktiki hallarını, yəni “XOLDİNQ” LTD-nin direktoru kimi qərar qəbul edilənədək işçilərlə icbari sığorta bağlanaraq İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulan halları aradan qaldırılmasını, belə olan halda başlanmış inzibati icraata xitam vermək əvəzinə, özünün 01 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilməsinə qərar verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Yuxarıda sadaladığı hallarla və məhkəməyə təqdim etdiyi sənədlərlə X3 tərəfindən heç bir inzibati xəta törədilməməsi və qərarından şikayət edilən orqanın vəzifəli şəxsi tərəfindən onun haqqında tamamilə qanunsuz inzibati xəta haqqında qərar qəbul edilməsi tam sübut olunur. Ona görə də hesab edir ki, X5 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin rəisinin X3 barəsində 01 iyun 2022-ci il tarixli inzibati xəta haqqında qanunsuz qərarını qəbul etməklə onun qanunla qorunan hüquqlarını pozduğundan ləğv edilməli və işin icraatına xitam verilməlidir. X5 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin nümayəndəsi Seymur Kərimli məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin J bəndinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq əmək mqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən işə əmək müqaviləsinin şərtlərinə onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi əktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindəndir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Bağlanmış əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək münasibətləri və Məşğulluq altsisteminə daxil edildikdən sonra hüquqi qüvvəyə minir və işçinin əmək fəaliyyətinə aid məlumatlar həmin sistem vasitəsilə izlənilir. Həmçinin həmin sistem üzərindən işəgötürənlərə qanunvericiliyn tələblərini izah edən və inzibati məsuliyyətə səbəb olacaq pozuntuların aradan qaldırılması üçün elektron bildiriş xəbərdarlıq göndərilir. Və o cümlədən də işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etdirməyən işəgötürənlərə də elektron qaydada bildiriş xəbərdarlıq göndərilərək işçilərin sığorta olunmasının ünzibati məsuliyyət yaratdığı və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə uyğun olaraq “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilməsi bildirilir. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, şikayət əsassızdır. Odur ki, X1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin 01 iyun 2022-ci il tarixli ******* №-li inzibati xəta haqqında qərarından verdiyi şikayətin təmin edilməməsini xahiş edir. İş materialları ilə müəyyən olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Ucar regional ərazi şöbəsi tərəfindən X2 12 may 2022-ci il tarixli məktub göndərilərək müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə “Əmək müqaviləsi bildirişi” altsisteminin müqayisəli təhlilləri nəticəsində tərəfindən bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmadığı və əməllərində inzibati xəta əlamətlərinin olmasının müəyyən edilməsi, həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq onun 20 may 2022-ci il tarixdə saat 12:00-da X5 Xidmətinin Mərkəzi Aran Regional şöbəsinə dəvət olunması bildirilmiş, 19 may 2022-ci il tarixdə “XOLDİNQ” LTD "xxxx" ASC ilə arasında işə götürdüyü işçilərlə bağlı icbari sığorta müqaviləsi bağlamış və bunun üçün "xxxx" ASC-nin hesabına “XOLDİNQ” LTD tərəfindən 1442,76 AZN köçürülmüş, “XOLDİNQ” LTD-nin X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 20 may 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunduğu barədə məlumat verilməklə, tərtib olunmuş protokolun surəti ona göndərilmiş, daha sonra isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X4 MN ******* saylı, 01 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə “XOLDİNQ” LTD-nin direktoru kimi X1 barəsində 1500 manat məbləğdə inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanıvə ictimai təhlükəsizliyi, ətraf mühiti idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə sasən Yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərinini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq , qanun qarçısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında icraat başlana bilməz, başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 135.1 və 135.1.5-1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşə əlavə olunmuş zərfin surətindən görünür ki, inzibati qərarın surəti qərardan şikayət vermiş şəxs X2 poçt vasitəsilə 27 may 2022-ci il tarixdə təqdim edilmişdir. İşə əlavə olunmuş zərfin surətindən görünür ki, X1 inzibati qərardan verdiyi şikayətin surəti 04 iyun 2022-ci il tarixdə Poçt Şöbəsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinə görə meşə fonduna aid olmayan ağac və ya kol əkililərinin zədələnməsinə, kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər iki min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Həmin Məcəllənin 131.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1, 134.1.1, 134.1.2, 134.1.3, 134.1.4 və 134.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1, 135.1.1, 135.1.2, 135.1.3, 135.1.4, 135.1.5 və 135.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi,inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi,tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlirəm ki, “XOLDİNQ” LTD-nin direktoru kimi X3 işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin edilməməsi hallarını aradan qaldırdıqdan sonra, yəni 19 may 2022ci il tarixdə “XOLDİNQ” LTD "xxxx" ASC ilə arasında işə götürdüyü işçilərlə bağlı icbari sığorta müqaviləsi bağladıqdan və bunun üçün "xxxx" ASC-nin hesabına “XOLDİNQ” LTD tərəfindən 1442,76 AZN köçürüldükdən sonra barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi X4 MN ******* saylı, 01 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə “XOLDİNQ” LTD-nin direktoru kimi X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1500 manat məbləğdə inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Beləliklə də Buna görə hesab edirəm ki, X1 şikayəti əsaslı olduğundan təmin edilməli, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğdə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi E.Əliyevin MN ******* saylı, 01 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və barəsində olan inzibati xəta haqqında icraata xitam verilməlidir. X3 tərəfindən şikayət verilməsi müddəti buraxılmamışdır. Qeyd edilənlərə əsalanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğdə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin rəisi E.Əliyevin MN ******* saylı, 01 iyun 2022ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və barəsində olan inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №3(014)-314/2022
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-314/2022
10.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver