Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-314/2024 22.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X5, Ağdaş Rayon Polis X3 bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, 31 avqust 1981-ci ildə Ağdaş rayonu, Şordəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə mühəndis işləyən, Ağdaş rayonu, Şordəhnə kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Ağdaş Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 21 iyun 2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin qarşısında ucadan səs-küy salaraq, nalayiq ifadələr işlədib xırda xuliqanlıq etmiş, polis əməkdaşı ona yaxınlaşıb nizam-intizama dəvət etsə də polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Buna görə Şəxs barəsində 22 iyun 2024-cü il tarixdə MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş Rayon Polis X3 bölməsinin polis sahə rəisi, polis kapitanı X6 məhkəmə iclasında bildirdi ki, Şəxs 21 iyun 2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin qarşısında ucadan səs-küy salaraq, nalayiq ifadələr işlədib xırda xuliqanlıq etmiş, polis əməkdaşı ona yaxınlaşıb nizam-intizama dəvət etsə də polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilərək göstərdi ki, o, 21 iyun 2024-cü il tarixdə saat 12 radələrində iş yerinə gedərkən Yol Patrul Xidmətinin maşını onu saxladaraq reyid keçirildiyini bildirdi. Polis əməkdaşlarından biri Bakılı idi və həmin şəxs onu tanıdığını bildirmiş, o da onu haradan tanıdığını soruşmuşdur. Həmin şəxs isə onun hər dəfə bir kafedə yeyibiçdiyini və oradan tanıdığını bildirmişdir. Bundan sonra o, iş yerinə getmiş və işdən sonra Emin adlı polis əməkdaşına zəng edərək nə üçün onun barəsində danışıldığını soruşmuş və bundan əsəbləşərək etikadan kənar nalayiq ifadələr işlətmişdir. O, əməlindən peşmandır. Ona yüngül tənbeh verilməsni məhkəmədən xahiş edir. X1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 21 iyun 2024-cü il tarixdə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları ilə keçirilən reyd zamanı **-GU-*** dövlət qeydiyat nişanlı avtomobilə saxla işarəsi verilmiş və sənədlər qaydasında olduğundan həmin avtomobil buraxılmışdır. Axşam saat 23:00-da həmin avtomobilin sürücüsü Whatsapp sosial proqramı vasitəsi ilə ona səs göndərərək hədə-qorxu gəlmiş, daha sonra zəng edərək onlarla görüşmək istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs Polis Şöbəsinin qarşına gələrək onların başlarına oyun açacağını bildirmişdir. Onlar həmin şəxsi nizam intizama dəvət edərək sakitləşdirməyə çalışsalar da, həmin şəxs onların sözlərinə əhəmiyyət verməyərək onların ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. Bundan sonra həmin şəxsi gətirərək növbətçi hissəyə təhvil vermişlər. X7 digər X1nun izahatına oxşar izahat verdi. İş materiallarında olan raportdan görünür ki, Ağdaş RPŞ-nin DYPB-nin inspektoru Rövşən Mirzəyev raportla Ağdaş rayon Polis şöbəsinin rəisi VMİE polis polkovnik-leytenantı cənab İlkin Hüseynova raportla müraciət edərək 21 iyun 2024-cü il tarixdə saat təxminən 12 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ağdaş rayon ərazisində keçirdiyi reyddə Ağdaş rayon H.Əliyev prospektində Tayota Prado markalı, **-GU-*** dövət qeydiyyat nişanlı avtomobil sənədlərin yoxlanılması üçün saxlanılmış, sənədlər qaydasında olduğu üçün avtomobil buraxılmışdır. Axşam saat 23:00-da Toyato Prado markalı avtomobilin sürücüsü onunla xidmətdə olan inspektor X15 sosial proqramı vasitəsi ilə hədə-qorxu gələrək həmin səsləri mobil mobil telefona göndərib. Sonra onlara zəng edərək görüşmək istədiyini bildirmişdir. Ona polis şöbəsinin qarşında olduqlarını bildirmişlər. Həmin şəxs polis şöbəsinin qarşısına gələrək sizin hər ikinizin başınıza oyun açacağı kimi, eyni zamanda təhqiramiz ifadələr işlətmişdir. Onlar həmin şəxsi nizam intizama dəvət etsələr də, həmin şəxs polis şöbəsinin qarşısında səs küy salmağa başlamışdır. Onlar həmin şəxsi sakitləşdirməyə çalışsalar da, həmin şəxsin onların qanuni tələblərinə qəsdən tabe olmadığına görə Ağdaş rayon X11 hissəsinə dəvət edərək təhvil vermişlər. İş materiallarında olan arayışdan görünür ki, Şəxs əvvəllər inzibati xəta törətməmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs himayəsində 22 dekabr 2018-ci il təvəllüdlü X9 adlı bir azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların əlamətlərinin olması, inzibati xətaların onun tərəfindən törədilməsi və təqsirliliyi tamamilə sübut olunur. O, həmin maddələrlə təqsirli bilinərək tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən himayəsində bir azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 21 iyun 2024-cü il saat 23:30-da inzibati qaydada tutulmuşdur. Qanunun qeyd edilən müddəalarına istinad edərək məhkəmə hesab edir ki, Şəxs təyin olunacaq cərimənin həddi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilən cərimə tənbehinin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla ona həmin Məcəllənin 535.1ci maddəsi ilə 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-314/2024
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-314/2024
22.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver