Məhkəmə qərarları › İş №3(014)-315/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-315/2022

16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-315/2022 16.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və Ağdaş rayon Polis şöbəsinin sahə rəisi, polis baş leytenantı X3 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Ağdaş rayonu Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, Ağdaş rayonu Yuxarı Ləki kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 16 iyun 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 16 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, Şəxs 25 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları Ağdaş rayonu Ağzıbir kəndində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı zərərçəkmiş şəxs X4 döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 izah etdi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə 16 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş ondan ötrü ki, o, 25 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları Ağdaş rayonu Ağzıbir kəndində şəxsi münasibətlər zəmnində baş vermiiş mübahisə zamanı zərərçəkmiş şəxs X4 döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Faktla bağlı təhqiqat bölməsində araşdırma aparılmş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında Ağdaş rayonu Ağzıbir kəndində yaşadığını, X7 onun qonşusu olduğunu, əvvəllər onların arasında heç bir münaqişə və dava-dalaş olmadığını, 25 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evə gələn zaman Sahibənin əri Namədin yolda onun yanından keçərkən onun yonca sahəsinə suyu açıb batıran şəxsə nalayiq söyüşlər söydüyünü eşitdiyini, o həmin vaxt Namədin sözlərinin atasına aid olduğunu başa düşdüyünü, həmin vaxt Namədin yanında Fəraizin və Müşviqin olduğunu, lakin atası ilə Namədin arasında münaqişə olduğundan oradan çıxıb getdiyini, daha sonra yaşadığı evin həyətində olan zaman Sahibənin onun yaşadığı evin həyətinə gəldiyini, atası Meyxoşa nalayiq söyüşlər söydüyünü, Sahibəyə sözlərinə fikir verməsini, atasına söyməməsini bildirdiyini, buna görə də aralarında mübahisə yarandığını, mübahisə zamanı 2-3 dəfə Sahibəni vurduğunu, Sahibə də onu itələdiyini, dizi üstə yerə yıxıldığını, Sahibə isə sillə və yumruq ilə onun baş, sifət və bədəninin müxtəlif nahiyyələrinə vurduğunu, səsə gələn Sahibənin qızı onun saçını dartdığını, əlləri və kürək nahiyyəsindən vurduğunu, daha sonra atası Meyxoşun onları araladıqlarını, Sahibə və qızı onların həyətindən çıxıb getdiklərini, Sahibəni vurmadığını bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında Şəxs onun qonşusu olduğunu, əvvəllər Sahibə ilə onun arasında heç bir münaqişə və dava-dalaş olmadığını, 25 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evdə olduğunu, bu zaman evə gələn əri Namədin ona Meyxoşun onların yonca sahəsini suvararaq batırdığını bildirdiyini, daha sonra Namədin namaz qılmağa getdiyini, həmin məsələni Meyxoşun qızı Tənzilə ilə danışmağa getdiyini, küçədə Tənziləni çağırdığını, həmin vaxt Tənzilə küçəyə çıxdığını, Tənzilədən hansı səbəbə sahəni batırdıqlarını soruşduğunu, Tənzilə ona yaxşı etdiklərini bildirdiyini və əri Namədin ünvanına nalayiq ifadələr işlətdiyini, bundan sonra onların arasında mübahisə baş verdiyini, Tənzilə dırnaqları ilə onun üzünü və qollarını çırdığını, əlbə-yaxa olduqlarını, Tənzilə sillə ilə onun sifət, qol və boyun nahiyyələrinə vurduğunu, həmin vaxtı Meyxoşun onların yanına gəldiyini, Meyxoşda ona və əri Namədə qarşı nalayiq ifadələr işlədərək qızına onu döyməyə davam etməyi dediyini, daha sonra yaşadığı evə getdiyini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışmadığını, ona qarşı şikayətçi olduğunu, buna görə də onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini bildirdi. İnzibati xəta haqqında materiala əlavə edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi ekspertiza və X1” 283 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X7 bədənində olan xəsarət - sol bazunun yuxarı 1/3-nin qançırı, sol əlin üst barmağının sıyrığı, küt alət təsirindən törənmiş, törəmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Hakverdi Əliyevin 25 may 2022-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, 25 aprel 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadıqları Ağdaş rayonu Ağzıbir kəndində şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı zərərçəkmiş şəxs X4 döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Ağdaş rayon Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində bir azyaşlı uşağının olmasını məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində inzibati məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Məhkəmə Şəxs zərərçəkmiş şəxs X5 döyməməsi ilə bağlı verdiyi izahatına tənqidi yanaşaraq bu xüsusat üzrə izahatını özünü müdafiə kimi qiymətləndirir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi zərərçəkmiş şəxsin izahatı, ekspertiziya rəyi və iş materialları ilə tam sübuta yetir, həmin xətanı törətməkdə təqsirlidir, əməlin inzibati xəta olmasını aradan qaldıran və inzibati məsuliyyəti istisna edən halları yoxdur. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi xətanın xarakterini, törədilmə şəraitini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, işin hallarını, əməlində məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati tənbeh növü olan cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, inzibati tənbeh növü olan 300 (üç yüz) manat məbləgində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar