Məhkəmə qərarları › İş №3(014)-317/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-317/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-317/2020 21.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ AğdaşRayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmişşəxs – Ağdaşrayon icra və probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs –İsrayılov Şəxs iştirakı ilə, xx xxxxx 1976-cı il tarixdəAğdaşrayonu, Gürcuva kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görəəvvəllər məhkum olunmuş, Ağdaş rayonu, Gürcuva kəndindəyaşayan İsrayılov Şəxs barəsində Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Qərara aldı: İsrayılov Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 12:20-dən hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar