Məhkəmə qərarları › İş №3(014)-319/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-319/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-319/2022 17.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Ağdaş rayonunun Aral Bir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində Ağdaş rayonunun Aral Bir kəndində Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd “Note 5” markalı telefonu oğurlamışdır. Ağdaş rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X3 15 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Ağdaş rayonunun Aral Bir kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022ci il tarixdə Zərərçəkmiş şəxs qonşusu Elşad İsrəfilovun yaşadığı evin həyətində motorlu otbiçənlə ot biçmişdir. Qonşusu Elşad da Mərfətin yanında dayanmışdır. Təxminən saat 13:30 radələrində o da onların yanına getmişdir. Bir neçə dəqiqə Mərfət və Elşad ilə söhbət etdikdən sonra Elşadın yaşadığı evin həyətindən qayıdarkən orada dəmir qutunun üzərində bir ədəd mobil telefon görmüşdür. Telefonun Zərərçəkmiş şəxs məxsus olmasını bilmişdir. Həmin vaxt Mərfət və Elşadın başları qarışıq olmuş və orada onlardan başqa heç kimin olmadığından istifadə edərək, həmin mobil telefonu gizlin götürüb əynindəki şalvarın cibinə qoyaraq oğurlayıb yaşadığı evə getmişdir. Daha sonra mobil telefonun sim kartlarını çıxartmış, səhəri gün yəni xx.xx.2022-ci il tarixdə Mərfət Mırzəmmədovdan oğurladığı mobil telefonu Ağdaş şəhərində Anar adlı şəxsin işlətdiyi telefon mağazasında Anar adlı şəxsə 20 (iyirmi) manat pula satmışdır. Əməlindən peşmandır. Ona yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Ağdaş rayonunun Aral Bir kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 13:30 radələrində qonşusu Elşadın yaşadığı evin həyətində motorlu otbiçən ilə Elşadın yaşadığı evin həyətyanı sahəsində evin həyətinin otunu biçmişdir. Həmin vaxt özünə məxsus bir ədəd “note 5” markalı, üzərində ***- ***-**-** və ***-***-**-** nömrəli mobil telefonunu qonşusu Elşadın yaşadığı evin həyətində olan dəmir qutunun üzərinə qoymuşdur. Özü də Elşadın həyətində işləmişdir. Elşad da onun yanında olmuş, həmin vaxt digər qonşusu Şəxs da Elşadın həyətinə yəni, onların yanına gəlmişdir. İlham İsrəfiovun ona “ot biçəni ver biraz mən biçim" demiş, həmin vaxt Şəxs spirtli içkinin iyinin gəlməsinə görə onun sərxoş olmasını fikirləşib ot biçəni Şəxs verməkdən imtina etmişdir. Daha sonra Şəxs oradan çıxıb getmiş, o da işini davam edib, işini qurtardıqdan sonra özünə məxsus mobil telefonu qoyduğu yerdə aşkar etməmişdir. Özünə məxsus mobil telefonu naməlum şəraitdə itirməsini zənn edib, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib özünə məxsus bir ədəd mobil telefonun itirməsini bildirmişdir. Daha sonra bununla bağlı Ağdaş RPŞ-yə ərizə ilə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə Ağdaş şəhərində yerləşən telefon satılan mağazalarla maraqlanmış, xx.xx.2022-ci il tarixdə təxminən saat 11:00 radələrində Ağdaş şəhərində yerləşən bir neçə telefon mağzasına baxmış, lakin özünə məxsus mobil telefonu tapa bilməmişdir. Anar adlı şəxsin işlətdiyi telefon mağazasına baxarkən Anar adlı satıcıdan onun işlətdiyi mağazaya telefon satan şəxslərin olub-olmamasını soruşmuşdur. Anar adlı şəxs də ona mağazaya bir neçə dəqiqə əvvəl İlham adlı şəxsin mobil telefon satmasını bildirmiş, daha sonra Anar adlı satıcı İlham adlı şəxsin ona satdığı mobil telefonu ona göstərmişdir. Onun da həmin mobil telefona baxarkən həmin telefonun ona məxsus telefon olmasını görmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixində Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə zəng edərək,özünə məxsus 1 (bir) ədəd “Note 5” markalı telefonu itirməsi haqqında məlumat vermişdir. Sonra Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:30 radələrində Ağdaş rayonunun Aral Bir kəndində Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd “Note 5” markalı telefonu oğurlaması faktı aşkar olunmuşdur. Hadisə araşdırılaraq cinayət işinin başlanması rədd olunmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi əlaməti olduğundan onun barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol, özünün və zərərçəkmiş şəxsin məhkəməyə verdikləri izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi şəraiti nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həbs növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onu xarakterizə edən digər halları nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və ona 23 (iyirmi üç) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixindən, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar