Məhkəmə qərarları › İş №3(014)-319/2024

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-319/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-319/2024 25.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində “Mercedes-Benz 308D” mikroavtobus markalı 50DC841 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sürücülük vəsiqəsi olmadan Ağdaş rayon Kotanarx kənd yolunda hərəkətdə olan zaman qarşısındaki hərəkətdə olan “Passat CC” markalı avtomobilin sürücüsü yolun sağ ehtiyat hissəsinə çıxmaq istədikdə hadisədən yayınmaq üçün sola dönmə işığın yandıraraq həmin avtomobili ötüb keçmək istədikdə toqquşaraq yol nəqliyyat hadisəni törətmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs avtomobilinə 4600 manat məbləğinə maddi ziyan dəymişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayonu Yol Patrul Xidməti baş inspektor polis baş leytenantı X9 bildirdi ki, Ağdaş rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində “Mercedes-Benz 308D” mikroavtobus markalı 50DC841 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sürücülük vəsiqəsi olmadan Ağdaş rayon Kotanarx kənd yolunda hərəkətdə olan zaman qarşısındaki hərəkətdə olan “Passat CC” markalı avtomobilin sürücüsü yolun sağ ehtiyat hissəsinə çıxmaq istədikdə hadisədən yayınmaq üçün sola dönmə işığın yandıraraq həmin avtomobili ötüb keçmək istədikdə toqquşaraq yol nəqliyyat hadisəni törətmişdir. Protokol RPŞ-nın İB-nin müstəntiqi Süleyman Süleymanovun qərarı əsasında tərtib olunub. Hadisə nəticəsində Zərərçəkmiş şəxs avtomobilinə 4600 manat məbləğinə maddi ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Ağdaş rayonu, Tofıqi kəndində daimi qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Onun özünə məxsus “Mercedes-Benz 308D” markalı, **- DC-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu vardır. O, həmin mikroavtobusu öz şəxsi işlərini görmək üçün istifadə edir. O, həmin mikroavtobusu “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir, “D” kateqoriyalı sürücülük vəsiqəsinin alınması üçün müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Ağdaş şəhərinə anasının narahat olması səbəbi ilə dərman almağa getmiş, saat 17 radələrində Ağdaş rayonu, Kotanarx kəndinə doğru geri qayıtmışdır. Ağdaş rayonu, Kotanarx kəndində 50 km/saat sürətlə hərəkət etmiş, ondan təxminən 20 metr qabaqda təxminən 50 km/saat sürətlə “Wolksvagen-Passat CC” minik markalı avtomobil hərəkət etmişdir. Yolun sol hissəsində parnikə giriş hissəsinin qarşısında olan vaxt “Wolksvagen-Passat CC“ minik markalı avtomobil yolun sağ hərəkət hissəsində dayanmışdır. O, hadisədən yayınmaq üçün əyləci basmış və sola dönmə hərəkət siqnalını yandıraraq əks istiqamətli hərəkət zolağına çıxmışdır. Həmin zaman “Wolksvagen-Passat CC“ minik markalı avtomobilin sürücüsü də sola doğru dönməyə başlamışdır. Həmin zaman idarə etdiyi mikroavtobusun ön sağ tərəfi ilə "Wolksvagen-Passat CC" minik markalı avtomobilin sol yan hissəsindən vurmuş və idarəetməni itirib yolun sol hissəsində yerləşən kol topasına girmişdir. Həmin zaman avtomobili saxlamış, aşağı düşdükdə maşının müxtəlif hissələrinə maddi ziyan dəydiyini görmüşdür. Həmin zaman “Wolksvagen-Passat CC” minik markalı avtomobilin sürücüsü və yanında əyləşən sərnişin də oraya gəlmişdir. Onların heç birində gözlə görünən xəsarət olmamışdır. Ətrafda olan şəxslər də oraya yaxınlaşmış, bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Daha sonra onun və digər sürücünün sərxoşluğu yoxlanılmış və ayıq vəziyyətdə olmaları müəyyən edilmişdir. Hadisənin baş verməsinə səbəb onun idarə etdiyi avtomobillə hərəkətdə olarkən “Wolksvagen-Passat CC" minik markalı avtomobilin ani olaraq yolun hərəkət hissəsində dayanması, özünün hadisənin qarşısına almaq üçün əyləci basaraq sola doğru çıxan vaxt digər avtomobilin də sola doğru dönməsi olmuşdur. O, hadisə zamanı heç bir xəsarət almamış. Əməlindən peşmandır. Zərərçəkmişlə barışmış, dəymiş ziyanla bağlı razılığa gəlmişlər. Bunları nəzərə alıb, ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Bakı şehəri Ə.Naxçıvani küçəsi, ev 5. mənzil 86-da qeydiyyatda olmaqla Ağdaş rayonu, Ağcayazı kəndində yaşayır. X1 məxsus “Wolksvagen-Passat CC” minik markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Anası həmin avomobili etibarnamə ilə ona vermiş, o da həmin avtomobili müvafiq kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində dostu X7 ilə birlikdə Ağdaş şəhər ərazisindən Ağdaş rayonu, Kotanarx kəndində yerləşən qohumuna məxsus parnikə getmiş, həmin zaman dostu Ceyhun ön sağ tərəfdə əyləşmişdir. Kənd ərazisində parnik yol kenarında yerləşir. Düz parnikin giriş hissəsində olan zaman sürətini tam dayanma həddinə çatdırmış, sola dönmə işığını yandırmışdır. Güzgüdən arxaya baxdıqda 50-60 metr məsafədə ağ rəngli mikroavtobusun gəldiyini görmüşdür. Sola dönməyə başlayan zaman qarşı hərəkət zolağında olarkən qəflətən avtomobilin sol yan tərəfindən nəyinsə dəydiyini hiss etmiş və həmin an idarə etməni itirməyərək avtomobili sağa doğru çekib saxlamışdır. Avtomobildən aşağı düşdükdə maşının müxtəlif hissələrinə maddi ziyan dəydiyini görmüşdür. Dostu ilə özünün heç bir xəsarəti olmamışdır. Mikroavtobusun yanına getdikdə sürücü aşağı düşmüş, sürücüdə gözlə görünən xəsarət olmamışdır. Ətrafda olan şəxslər də oraya yaxınlaşmış, bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Daha sonra özünün və diger sürücünün sərxoşluğu yoxlanılmış və ayıq vəziyyətdə olmaları müəyyən edilmişdir. Hadisənin baş verməsinə səbəb onun idarə etdiyi avtomobillə sola doğru dönərkən mikroavtobusun sürücüsünün sürətlə hərəkət edib əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə əməliyyatı etməsi olmuşdur. O, hadisə zamanı heç bir xəsarət almamış, hadisə zamanı xəsarət alan da olmamışdır. Ona dəymiş zərər sığorta tərəfindən ödəniləcəyindən onun Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Ağdaş rayon X5 Şöbəsinin müstəntiqi Süleyman Süleymanovun 10 iyun 2024-cü il tarixli qərarından görünür ki, hazırki material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin 24 iyun 2024-cü il tarixli arayışından görünür ki, Şəxs barəsində son bir il ərzində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü madəsinə əsasən inzibati xəta haqında protokol tərtib edilmədiyi müəyyən olunmuşdur. Beləliklə, Şəxs əməli barəsində tərtib olunmuş xx.xx.2024-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol, barəsində inzibatı xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları, eləcə də iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, həmin Məcəllənin 32.1.7-ci maddəsinə əsasən vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasının həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43,114 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar