Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-32/2021 26.01.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdaş şəhər, H.Əliyev prospekti 9/9-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə Ağdaş RPŞ-nın Ağdaş rayonu Yol patrul xidməti baş inspektoru polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta protokolu üzrə materiala Ağdaş şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş rayon Məhkəməsinə göndərilmişdir, ona görə ki, Şəxs özünə məxsus olan Mercedes Benz C-180 markalı **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsindən üzü H.Əliyev prospekti istiqamətində 20 km/saat sürətlə hərəkətdə olan zaman yolun sağından soluna keçən piyada Ağdaş rayonu, Qulbəndə kənd sakini xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 vuraraq beyin silkələnməsi, sağ diz oynağının əzilməsi, alt dodağının əzilməsi, sağ qulaq sırğalığının sıyrığı ilə nəticələnən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. İnzibati xəta törətmiş şəxs qismində izahat vermiş Şəxs əməlini etiraf edərək göstərmişdir ki, Ağdaş şəhəri H.Əliyev prospekti 9/9-da yaşayan xx.xx.1976-cı il təvəllüdlü Şəxs izahatında bildirmişdir ki, özünə məxsus olan Mersedes Benz-C-180 minik markalı **-FL-*** qeydiyyat nişanlı avtomobili olduğunu, həmin avtomobili idarə etmək üçün müvafiq sənədlərinin olduğunu. xx.xx.2020-ci il tarixdə həmin avtomobillə Ağdaş şəhəri M.Ə.Rasulzadə küçəsi ilə hərəkət edib Maliyyə idarəsinin yerləşdiyi ara küçə ilə H.Əliyev prospektinə çıxmaq istəyəm zaman avtomobilinin təxminən 20 km/saat sürət1ə idərə etdiyini, M.Ə.Rasulzadə küçəsindən Maliyyə idarəsinin yer1əşdiyi küçəyə döndüyünü və təxminən 7-8 metr getdiyini. Həmin vaxt yolun sağı ilə iki nəfər 14-15 yaşlarında bir qız va bir oğlan uşağının piyada hərəkətdə olduqlarını, həmin uşaqların ondan qabaqda sağda hərəkətdə olduqlarını, öz yolu ilə hərəkətdə olarkən həmin uşaqlar bir biri il zarafat etmayə başladıqlarını və qəfildən həmin uşaqlardan oğlan uşağı sola doğru tullandığını və onun avtomobilimin sağ qabaq qanadı həmin oğlan uşağına dəydiyini, dərhal əyləci basdığını və avtomobili saxladığını, bu zaman həmin uşağın yerə asfalt hissəyə yıxıldığını, hadisədən sonra avtomobildən yerə düşdüyünü və həmin uşağı avtomobilinə əyləşdirib xəstəxanaya apardığını ki, ona ilk tibbi yardım göstərsinlər. Belə ki, həmin uşağın dodağının partladığını. RMXda həmin uşağa ilk tibbi yardım göstərildikdən sonra hadisə yerinə gəldiyini və hədisə yerinin müayinəsində iştirak edib va hadisənin necə baş verməsini göstərdiyini, hadisənin baş verməsinə səbəb həmin uşağın ani bir vaxta onun avtomobilimin qarşısına tullanmağının olduğunu. Hadisə vaxtı spirtli içki qəbul etmədiyini. Həmçinin həkim müayinəsindən də keçdiyini. Hadisə yerində heç bir görüntü kamerasının olmadığını. Hadisə xx.xx.2020-ci il tarixdə saat təxminən 09:00 radələrində Ağdaş şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə Maliyyə idarəsinin yerləşdiyi küçənin kəsişməsində baş verdiyini. Hadisə zamanı avtomobili təxminən 20 km/saat sürətlə idarə etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Zərərçəkmiş şəxs2 və X3 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən işə Zərərçəkmiş şəxs2 və X1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati materiala əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nın 263.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində cinayət işi başlanması rədd edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və X4, Ağdaş MTE və PA şöbəsinin xx.xx.2020-ci il tarixli 751 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər- beyin silkələnməsi, sağ diz oynağının əzilməsi, alt dodağının əzilməsi, sağ qulaq sırğalığının sıyrığı küt alət təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi subuta yetir. Azərbaycan Respublikası İXM-nin Həmin məcəllənin 327.8.-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törətdiyi əməli etiraf etməklə səmimi peşman olduğunu və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib, ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əliyev Nizam
Məhkəmə qərarları › İş №3(014)-32/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-32/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver