Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-320/2020 22.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs , İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : xx.xx.2020-ci il tarixdə Ağdaş rayon, Şordəhnə kəndində çöl sahəsində həmin kənd sakinləri Şəxs və Zərərçəkmiş şəxs aralarında baş vermiş şəxsi münasibətlər zənnində dava-dalaş zamanı bir-birilərini döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdirlər. Ağdaş rayonu Şordəhnə kəndində yaşayan 13.051970-ci il təvəllüdlü Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxx 2020-ci il tarixli «cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxxx 2020ci il tarixdə Ağdaş rayonu Şordəhnə kəndində həmin kənd sakinləri Zərərçəkmiş şəxs ilə Şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə və dava-dalaş baş vermiş, münaqişə zamanı onlar qarşılıqlı olaraq bir-birlərinin sağlamlığına zərər vurmayan xəsarət yetirmişlər. Əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs və Şəxs Davud oğlunun əməllərində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan müvafiq tədbir görülməsi üçün qərarın surəti Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X3 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə Ağdaş rayonu, Şordəhnə kəndində həmin kənd sakinləri Zərərçəkmiş şəxs ilə Şəxs arasında baş vermiş münaqişələr və dava-dalaş zamanı bir-birlərinə döyərək qarşılıqlı olaraq sağlamlığlarına zərər vurmayan xəsarətlər yetirmişlər. Bununla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Sahil onun həmkəndlisidir. Əvvəllər də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı qarşılıqlı olaraq bir-birlərinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlərdir. Məhkəməyə ərizə təqdim edərək, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izah etdi ki, Şəxs onun həmkəndlisidir, əvvəllər də aralarında münaqişələr yaranmışdır. Hazırkı münaqişə zamanı qarşılıqlı olaraq bir birilərinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişlərdir. Məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbinin olmamasını və hazırda onunla barışdığını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Ağdaş RPŞ-nin sahə rəisi, polis leytenantı X1 izahatlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmamasını bildirmiş və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157-ci və 158-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 105.1, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, ŞəkiApellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim : Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-320/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-320/2020
22.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver