Məhkəmə qərarları › İş №3(014)-320/2025

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-320/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-320/2025 04.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Mustafayeva Ulduzə Mütdəlif qızının katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Fiziki şəxs Şəxs həyat yoldaşı X14 ilə birgə nikahından olan xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X9 Abşeron rayonu, Masazır kənd 2 nömrəli tam orta məktəbində tədris edilən dərslərə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müddətdə getməmələrinə şərait yaratmaqla təhsilin pilləsindən, səviyyəsindən və formasından məhrum etdiyi üçün barəsində Ağdaş rayon prokuroru Anar Əliyev tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsinin) 181.0.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli “inizbati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək həyat yoldaşı X14 ilə aralarında ailə-məişət problemləri olduğu üçün nikahın pozulması qərarına gəldiyini, övladlarını da götürərək Bakı şəhərində yaşadıqları evdən çıxdığını, atasının Ağdaş rayonu, Hüşün kəndinə yaşadığı evə gəldiyini, bu səbəbdən də övladları X5, X3 və X6 xx.xx.2025-ci il tarixdən Abşeron rayonu, Masazır kənd 2 saylı orta məktəbə getmədiklərini, ataları X10 uşaqların sənədlərini ondan xəbərsiz götürdüyünü, Ağdaş rayon kənd məktəbində uşaqların təhsili davam etdirə bilmədiklərini, uşaqlarını təhsildən yayındırmaq fikri olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliaksı Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X15-Xızı Regional Təhsil İdarəsi Abşeron rayonu Masazır kəndi 2 nömrəli tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli, 26 nömrəli məktubundan görünür ki, X12 məktəbin V sinfində, X11 məktəbin İİİ sinfində, X13 İ sinfində təhsil alır. Bu şagirdlərin 2024-2025-ci tədris ilində dərsə davamiyyətlərində problem olmayıb.lakin 19 may 2025-ci il tarixindən anaları X7 uşaqlarını da götürərək Ağdaş rayonuna getmişdir.X7 məktəbin direktoruna rəsmi məktub ünvanlamış, ailədaxili problem və həyat yoldaşının ona təzyiq göstərməsi səbəbindən uşaqlarını götürüb atası evinə getdiyini bildirmişdir. Məktəb olaraq valideynə məktub ünvanlanmış, X5 xx.xx.2025-ci il tarixdə BSQ-lərdə iştirakının vacib olduğunu bildirmişlər. X1 V sinif şagirdini xx.xx.2025-ci il tarixində məktəbə gətirmiş və şagird qiymətləndirilməsində iştirak etmişdir. X2 əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, təhsil haqqında qanunvericiliyi pozaraq xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 təhsil aldığı Abşeron rayonu, Masazır kənd 2 nömrəli tam orta məktəbdə icbari ümumi orta təhsil almasını təmin etməmiş, hal-hazıradək övladları X8 , X4 , X9 icbari ümumi orta təhsil almaq hüququndan məhrum etmişdir. Azərbaycan Respublikası İXM-nin 181.0.1-ci maddəsinə əsasən, təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə - fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, özünün etirafedici izahatını, məsuliyyətini yüngülləşdirən hal qismində himayəsində azyaşlı uşaqlarının olmasını və məsuliyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1993-cü il tarixdə Ağdaş rayonu, Hüşün kəndində anadan olmuş (FİN xxxxxxx), Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.1993-cü il tarixdə Ağdaş rayonu, Hüşün kəndində anadan olmuş (FİN xxxxxxx), Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar