Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-321/2020 22.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Mubariz Nizam oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 Ağdaş rayon İcra və Probasiya Şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X1 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh edilməsi barədə Ağdaş rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, xx xxx 1978-ci il tarixdə Ağdaş rayonu Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Qaradeyin kəndində yaşayan Şəxs barəsində Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Ağdaş rayon Qaradeyin kəndi ərazisində yerləşən özünə məxsus çayxanada “koronavirus” infeksiyası ilə bağlı ölkə üzrə Nazirlər Kabinetinin Operativ Qərargahının müəyyən etdiyi xüsusi karantin qaydalarından kənara çıxarıb epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərini pozmuşdur. Ona görə də onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izah etdi ki, Azərbaycan Respublikası üzrə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyası ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirlərini və sosial məsafə ilə bağlı qaydanı pozaraq özünə məxsus çayxanada vətəndaşların sosial məsafəni qorumadan toplaşmağına şərait yaratmışdır. Hazırda əməlindən səmimi olaraq peşmandır, ona görə də məhkəmədən barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 inzibati protokoldakı xüsusatları təsdiq edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və işdə olan digər sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi nəzərə alır. Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, əməlindən səmimi peşmançılığını yüngülləşdirici hal kimi, ağırlaşdırıcı halların isə olmamasını nəzərə alaraq inzibati tənbehin məqsədlərinə nail olunmasını təmin etmək məqsədilə ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (yüz) manat inzibati cərimə edilsin. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin Hakimi: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-321/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-321/2020
22.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver