Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-321/2021 03.09.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mübariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi ilə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş 18 avqust 2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanı törətməsinə görə inzibati tənbeh edilməsi barədə qərar qəbul edilmiş, qanuni qüvvəyə minmiş qərarları 3 ay müddətinə qanunla müəyyən edilmiş əsaslar olmadan, icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəmyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmamasını xahiş etməmişdir. Hesab edirəm ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılması mümkündür. İş materiallarına əlavə edilmiş 29.03.2021-ci il tarixli, EQ ******* saylı, 03.04.2021-ci il tarixli, EQ ******* saylı, 21.02.2021-ci il tarixli, EQ ******* saylı, 16.03.2021-ci il tarixli, EQ ******* saylı qərarlardan görünür ki, idarə etdiyi “VAZ-212140” yük markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İnzibati Xətalar Məcəlləsinin 328.3-cü, 327.2-ci, 339.1-1-ci, və 328.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində inzibati cərimə olunması qərarı qəbul edilmişdir. Sözügedən qərarın və cərimənin ödənilməsinə dair bildirişlərin surətini almasına baxmayaraq, qanunla müəyyən edilmiş müddətdə cəriməni dövlət büdcəsinə ödəməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdaş RPŞ-in DYPB-nin rəisi Polis mayoru Namiq Qənbərov tərəfindən verilmiş 01.09.2021-ci il tarixli arayışdan görünür ki, Şəxs adına hal-hazırda heç bir cərimə borcu yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529cu maddəsinin qeydinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə hesab edir ki, Şəxs inzibati cəriməni ödədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan09 Respublikası İXM-nin 115, 128.2.1, 130.1ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad edilsin. Qərardan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-321/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-321/2021
03.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver