Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-321/2025 24.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Ağdaş Rayon Məhkəməsinin 2(014)-364/2023 saylı xx.xx.2023-cü il tarixli və icra vərəqəsi üzrə yaranmış 24432,80 manat borcunu ödəməyərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-364/2023-ci il saylı 26 aprel 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs Zərərçəkmiş şəxs3 xeyrinə 6800 (altı min səkkiz yüz) manat, Zərərçəkmiş şəxs2 xeyrinə 5000 (beş min) manat, X2 xeyrinə 3000 (üç min) manat, Zərərçəkmiş şəxs1 xeyrinə 4300 (dörd min üç yüz) manat, Zərərçəkmiş şəxs4 xeyrinə 5500 ( beş min beş yüz) manat məbləğində pul alınaraq verilmədinə, 163,80 ( yüz altmış üç manat, səksən qəpik) dövlət rüsumunun əvəzi alınaraq iddiaçılara verilməsinə dair icra vərəqəsi üzrə 13 sentyabr 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya bildiriş göndərilsə də borclu həbsdə olduğundan izahatı 14 mart 20243-cü il tarixdə alınmış, həmin icra vərəqəsində olan borcla razılaşmayaraq, borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Yəni gündəlik 10 manata işlədiyini, öz ehtiyaclarını çıxdıqdan sonra yerdə qalan pulu tələbkarlara verəcəyini bildirmişdir. Tələbkarların müvafiq qurumlara israrlı şikayətlərindən sonra 24 iyun 2025-ci il tarixdə borclunun yenidən izahatı alınmış və o, hər ay ümumilikdə 100-110 manat ödəniş edəcəyini bildirmişdir. Borclu 3 ay ərzində Zərərçəkmiş şəxs2 ümumilikdə 70 manat (hər dəfə 33, 19, 18 manat olmaqla), Zərərçəkmiş şəxs1 58 manat (hər dəfə 27, 16.80, 15 manat olmaqla), Zərərçəkmiş şəxs4 71 manat (hər dəfə 31, 21, 20 manat olmaqla), Zərərçəkmiş şəxs3 93 manat (hər dəfə 42, 25, 25 manat olmaqla) ödəniş etmişdir. Tələbkarlar heç cür ödənilən məbləğlə razılaşmayaraq mütəmadi İcra və Probasiya Şöbəsinə gəlib icra vərəqəsinin icra olunmasını tələb etmişlər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, zərərçəkmiş şəxslərin şikayəti əsasında azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 3 aydır cəzasını çəkib qurtarmışdır. O, həbs olunmazdan əvvəl atası zərərçəkmiş şəxslərlə razılıq əldə etməyə çalışmış, onlar isə razılaşmamışlar. Daha sonra isə o, həbs olunmuşdur. Hazırda həmin məbləği ödəməyə maddi imksnı yoxdur. Günü 10 manata fəhlə işləyir. Qazandığı puldan öz ehtiyaclarını ödədikdən sonra qalanını tələbkarlara ödəyə bilər. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-364/2023-ci il saylı 26 aprel 2023-cü il tarixli icra vərəqəsinə əsasən, Şəxs Zərərçəkmiş şəxs3 6800 (altı min səkkiz yüz) manat, Zərərçəkmiş şəxs2 5000 (beş min) manat, X3 3000 (üç min) manat, Zərərçəkmiş şəxs1 4300 (dörd min üç yüz) manat, Zərərçəkmiş şəxs4 5500 ( beş min beş yüz) manat məbləğində pul alınaraq verilməsi, 163,80 ( yüz altmış üç manat, səksən qəpik) dövlət rüsumunun əvəzi alınaraq iddiaçılara verilməsi qət edilmişdir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərardan görünür ki, 13 sentyabr 2023-cü il tarixdə həmin icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsinin 13 sentyabr 2023cü il tarixli № 219350/2023-71-6-004 saylı bildirişin surətindən görünür ki, Şəxs borcun ödənilməsi üçün bildiriş 13 sentyabr 2023-cü il tarixdə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icraya yönəldiyi vaxtdan bu günə kimi hərəkətsiz qaldığını, borclu tərəfindən hissə-hissə ödəmə aparmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən “ədalətli məhkəmə baxışına olan hüququ”nun pozulacağını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbs etmənin əvvəli 24 iyun 2025-ci il tarixdən saat 12:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 15 (on beş) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 24 iyun 2025-ci il tarixdən saat 12:35-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(014)-321/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-321/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver