Məhkəmə qərarları › İş №3(014)-323/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-323/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-323/2020 24.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, F.Kərimovanın katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 10:20 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi «Vaz 2101» 10DE601 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində işıqforda 1,1 işığı nizamlanma xəttinin tələbini pozaraq işıqforda gözləyən Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi VAZ 2110 markalı 99TM475 qeydiyyat nömrəli avtomaşının sol hissəsindən keçərkən həmin avtomobilin sol qabaq hissəsindən vurmuşdur, hadisədən sonra sürücü hadisə yerindən yayınmışdır. Sənədlərini yoxlama zamanı məlum olmuşdur ki, sürücü avtomobili sürücülük hüquq olmadan etibarnaməsiz idarə etmişdir. Hadisə zamanı bədən xəsarəti olmamış,lakin Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi VAZ 2110 markalı 99TM475 qeydiyyta nömrəli avtomobilə maddi ziyan dəymişdir. Buna görə Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq xx xxxxxx 2020-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 327.6-cı, 332.1-ci və 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bildi və bildirdi ki, «Vaz 2101» 10DE601 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Ağdaş şəhəri, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində işıqforda 1,1 işığı nizamlanma xəttinin tələbini pozaraq işıqforda gözləyən Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi VAZ 2110 markalı 99TM475 qeydiyyat nömrəli avtomaşının sol hissəsindən keçərkən həmin avtomobilin sol qabaq hissəsindən vurmuşdur, hadisə zamanı xəsarət alan olmamışdır, Zərərçəkmiş şəxs avtomobilinə ziyan dəymişdir və ziyanlığı ödəmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 10:20 radələrində etibarnamə ilə idarə etdiyi VAZ 2110 markalı 99TM475 qeydiyyat nömrəli avtomobillə Ağdaş şəhəri, H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində işıqforda dayanmış, yaşıl işıq yanan zaman hərəkətə başlamaq istəyərkən Şəxs idarə etdiyi «Vaz 2101» 10DE601 dövlət qeydiyyat nişanlı avtomobil onun idarə etdiyi avtomobilin sol qabaq hissəsindən vurmuş, bədən xəsarəti almasa da avotomobilinə ziyan dəymişdir, hazırda ziyan ödənilmişdir. Şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci, 327.6-cı, 332.1-ci və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətaların törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi ziyan vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitar-epidemioloci sağlamlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir.Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 327.2-ci,327.6-cı,332.1-ci maddəsində nəzərdə tutulmuş işlərə baxmadığı üçün Şəxs barəsində ancaq Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları,zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində 400 manat miqdarında cərimə tənbehi tətbiq edilməsini kifayət hesab edirəm. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxx 1990-cıildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Ağdaş rayonu, Maşad kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib dörd yüz manat cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar