Məhkəmə qərarları › İş №3(014)-323/2022

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-323/2022

17.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-323/2022 17.06.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.1980-ci ildə Ağdaş rayonunun Qarağan- Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə günorta saatlarında Ağdaş rayonu Yenikənd kəndində küçədə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus dəyəri 175 manat olan 5 ədəd hinduşkanı və X1 məxsus 1 ədəd 55 manat dəyərində hinduşkanı oğurlayıb sonunculara maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Ağdaş şəhəri, E.Əhmədov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətinə qanunsuz daxil olaraq 3 ədəd hinduşkanı və 5 ədəd toyuğu oğurlayıb sonuncuya 90 manat maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X6 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə günorta saatlarında Ağdaş rayonu Yenikənd kəndində küçədə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus dəyəri 175 manat olan 5 ədəd hinduşkanı və X1 məxsus 1 ədəd 55 manat dəyərində hinduşkanı oğurlayıb sonunculara maddi ziyan vurmuşdur. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Ağdaş şəhəri, E.Əhmədov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətinə qanunsuz daxil olaraq 3 ədəd hinduşkanı və 5 ədəd toyuğu oğurlayıb sonuncuya 90 manat maddi ziyan vurmuşdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun barəsində Ağdaş rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə verilmişdir. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla heç bir ədavəti və düşmən münasibəti yoxdur. Pulu olmadığı üçün dolana bilmir. Asan yolla pul qazanıb dolanışığını təmin etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Ağdaş şəhəri ərazisində oğurluq etmək üçün yer axtarmışdır. xx.xx.2022-ci il tarixində günorta saatlarında Zərərçəkmiş şəxs1 evinin ətrafında heç kimin olmadığına əmin olmuş, həmin həyətə daxil olmuş, özü ilə gətirdiyi 2 ədəd torbaya Azadın həyətindən 3 ədəd hinduşkanı, 5 ədəd toyuğu yığmış və oradan uzaqlaşmışdır. Həmin gün Ağdaş şəhərində hinduşkanın birini 12 manata, toyuğun birini isə 6 manata satmışdır. Əldə etdiyi etdiyi 66 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş və bu barədə heç kimə heç nə deməmişdir. Bundan başqa, daha əvvəl, yəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Ağdaş rayonu Yenikənd kəndində küçədə kənd sakini Zərərçəkmiş şəxs2 məxsus 5 ədəd hinduşkanı və X1 məxsus 1 ədəd hinduşkanı oğurlamışdır. Həmin şəxsləri də əvvəllər tanımamış, onlarla heç bir ədavəti və düşmən münasibəti olmayıb. Əməllərindən peşmandır. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixində saat 16:00 radələrində arvadı evlərində olan ev quşlarına dən verən zaman 3 ədəd hinduşkanın və 5 ədəd toyuğun olmadığını aşkar etmişdir. Onlar həmin quşları hər yerdə axtarmışlar, lakin tapa bilməmişlər. Ev quşlarının oğurlanmasını başa düşdükdən sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində onlara 150 manat maddi ziyan dəymişdir. Oğurluq edənin hərəkətində inzibati xətanın deyil, cinayətin tərkibi olduğundan, cinayət işinin başlanması üçün işin materiallarının prokurora göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Eyni zamanda, Zərərçəkmiş şəxs1 təhqiqat zamanı quşların dəyərinin 90 manat olmasını bildirmədiyini, əksinə Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə məlumat verərkən quşların dəyərinin 150 manat olduğunu bildirdiyini, latın qrafikası ilə yazıb oxuya bilmədiyindən təhqiqatçı tərəfindən tərtib edilmiş sənədləri izahatının olduğu kimi yazıldığını güman edərək oxumadan imzaladığını bildirmişdir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, işin materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın deyil, cinayətin əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş üzrə materiallar istintaq orqanına və prokurora göndərilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş materiallara əsasən törədilmiş üç epizoddan ibarət əməllər bir il ərzində təkrar törədilmiş (iş üzrə birinci əməl 28 fevral 2022-ci il tarixdə, ikinci və üçüncü əməllər isə 08 aprel 2022-ci il tarixdə törədilmiş), həmin əməllərin birinci və ikinci epizodu üzrə zərərçəkmiş şəxslərə 100 manatdan yuxarı məbləğdə (müvafiq olaraq 150 və 175 manat) maddi ziyan vurulmuş, eyni zamanda üçüncü epizod üzrə əməllər zərərçəkmiş şəxsin yaşadığı evin həyətinə daxil olmaqla törədilmişdir. Üçüncü epizod üzrə zərərin məbləğinin təhqiqat zamanı 90 manat qiymətləndirilməsi isə aşkar surətdə əsassızdır. Belə ki, əvvəla, zərərçəkmiş şəxs özü Daxili İşlər Nazirliyinin “102” xidməti - zəng mərkəzi sisteminə məlumat verərkən quşların dəyərinin 150 manat olduğunu bildirmişdir. Bundan başqa, aşağıdakı sənədlərdə də zərərin məbləğinin 150 manatı olması göstərilmişdir: - Ağdaş RPŞ-nin xx.xx.2022-ci il tarixli, 13/132-11575-1222 saylı məktubu - İnzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında xx.xx.2022-ci il tarixli qərardad - xx.xx.2022-ci il tarixli raport - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarın əsaslandırması təsviri hissəsi Bundan əlavə, təhqiqat hazırkı iş üzrə birinci epizod üzrə 5 ədəd hinduşkanın qiymətini 175 manat kimi qəbul etməklə, 1 ədəd hinduşkanın qiymətinin müvafiq olaraq 35 manat olması ilə razılaşmışdır. Həmçinin, ikinci epizod üzrə də 1 ədəd oğurlanmış hinduşkanın qiymətinin 55 manat olması müəyyən edilmişdir. Eyni iş üzrə üçüncü epizod üzrə bu məbləğlərdən hətta ən aşağı olan əsas götürülərsə, təkcə 3 ədəd hinduşkanın qiyməti 105 manat (3 ədəd x 35 manat) olmalı idi. Bu isə zərərçəkmiş şəxsin 3 ədəd hinduşka və 5 ədəd toyuğa görə zərərin məbləğinin 150 manat olmasına dair fikirlərinin ağlabatan olması qənaətinə gəlməyə əsas verir. Eyni zamanda, məhkəmə tərəfindən sorğu verilmiş və məhkəmənin sorğusuna "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavabda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Ağdaş rayonunda hinduşkanın orta bazar qiyməti 35 manat və toyuğun orta bazar qiyməti 8 manat olmuşdur. Göründüyü kimi, 28 fevral 2022-ci il tarixdə və 08 aprel 2022-ci il tarixdə törədilmiş əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcuddur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx.xx.2018-ci il tarixli qərarının ikinci bəndində göstərilmişdir ki, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx.xx.2022-ci il tarixli qərarının ikinci bəndində göstərilmişdir ki, təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Beləliklə, müəyyən edildi ki, oğurluq hadisələri hər ikisi son 1 il ərzində baş verdiyindən heç biri üzrə inzibati qaydada məsuliyyətə cəlb etmə müddəti bitməmişdir. Üç epizoddan ikisi üzrə isə dəymiş zərərlərin məbləğləri yüz manatdan yuxarıdır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən inzibati xəta barədə işdə cinayətin əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 17 iyun 2022-ci il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokollarla başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməli, Şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri olduğundan, işin materialları əlavə araşdırmanın aparılması üçün Ağdaş rayon Polis şöbəsinə və həmçinin məlumat üçün Ağdaş Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Ağdaş rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X3 17 iyun 2022-ci il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokollarla başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrinin tərkib əlamətləri olduğundan işin materialları əlavə araşdırmanın aparılması üçün Ağdaş rayon Polis şöbəsinə və həmçinin məlumat üçün Ağdaş Rayon Prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar