Məhkəmə qərarları › İş №3(014)-324/2020

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-324/2020

25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-324/2020 25.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmişşəxs Zərərçəkmiş şəxs İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə rəisi, polis başleytenantı X4 iştirakı ilə Şəxs Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx xxxx 2020-ci il tarixdə saat təxminən 18:15 radələrində Ağdaşşəhəri, H.Əliyev 67 ünvanında yaşayan Şəxs şəxsi münasibətlər zəmnində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs haqqında Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx.xx.2020-ci il tarixdə Ağdaşşəhəri, H.Əliyev prospekti 67 ünvanında yaşayan Ağdam rayonundan olan məcburi köçkün Zərərçəkmiş şəxsərizə ilə Ağdaş RPŞ-nə müraciət edərək həmin tarixdə təxminən saat 18:30 radələrində qonşuluğunda yaşayan Laçın rayon sakinləri Namiq və Gülnarənin onu yaşadığı binanın qarşısında döydüklərini bildirmişdir. Həmçinin həmin tarixdə Ağdaşşəhəri, H.Əliyev prospekti 67 ünvanında yaşayan Laçın rayon sakini X2ərizə ilə Ağdaş RPŞ-nə müraciət edərək həmin tarixdə təxminən saat 18:15 radələrində Ağdam rayon sakinləri Şəlalə və Qumru bacılarının onu döymələrini bildirmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantıƏliyev Haxverdi Asif oğlunun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Ağdaşşəhəri, H.Əliyev prospekti 67 ünvanında yaşayan Zərərçəkmiş şəxs və X1 müraciətləri əsasında toplanmış xx.xx.2020-ci il tarixli materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Ağdaşşəhəri, H.Əliyev prospekti 67 ünvanında yaşaynlar Zərərçəkmiş şəxs və Şəxs barələrində Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTBnin sahə rəisi, polis baş leytenantı X8 izah etdi ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 18:15 radələrində Ağdaşşəhəri, H.Əliyev 67 ünvanında yaşayan Şəxs şəxsi münasibətlər zəmnində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxs və Şəxs haqqında Azərbaycan RespublikasıİXMnin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılmasıüçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs izahatında, ŞəlaləƏliyevanı və ailəüzvlərini qonşu kimi tanıdığını, onlarla hec bir ədavət və düşmənçiliyinin olmadığını. xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində oğlu Rüfətlə yaşadıqları evdə uzandığını, arvadı Gülnarənin yaşadığları evin pəncərəsindən həyətdə oynayan oğlu Rəsula qışqıraraq evə qacmağını eşitdiyini, bir neçə dəqiqə sonra yaşadıqları evin giriş qapısının bərkdən acılmasının səsin eşidib ayağa qalxaraq əynini geyinib yaşadıqları evin qapısına çıxan zaman arvadı Gülnarə ilə qonşuluqda yaşayan Şəlalə vəŞəlalənin bacısı Qumrunun əlbəyaxa olmalarını gördüyünü, həmin vaxt arvadı Gülnarəni Şəlalə və Qumrudan ayırarq yaşadıqları evin icərisinə salıb qapınıörtərək Şəlaləyə nə olmasını bildirdiyində səs-küy salaraq sinəsinəəl atdığını, Şəlalənin əlinin sol qoltuq altı nahiyyəsinə və sol qabırğasının alt hissəsinə keçərək xəsarət yetirdiyini, həmin dava-dalaş zamanı orada özü, arvadı Gülnarə, oğlanları Rüfət və Rəsul, Şəlalə vəŞəlalənin bacısı Qumru vəŞəlalənin əri Elgündə olduğunu, onları qapının çöl hissəsində qoyaraq yaşadığı evə kecdiyini, dava-dalaşın nə səbəbdən olmasını soruşduğunda ona oğlu Rəsulun yaşadıqları binanın həyətində oynayan zaman Şəlalənin oğlu Bakirlə həyətdə mübahisələri olmasını, həmin vaxt Bakirin Rəsulun sağ qol nahiyəsindən yumuruqla vurduğu üçün Rəsulda onu söydüyüüçün dava-dalaş baş verdiyini bildirdiklərini, ŞəlaləƏliyevanın Ağdaş RPŞ-nəərizə ilə müraciət edərək onun və arvadı Gülnarənin onu yaşadıqları evin qrşısında döyməsini bildirməsi ilə bağlı həmin vaxt yaşadıqları evdə yatdığını, ümumiyyətlə həmin gün dava-dalaşdan əvvəl həyətə düşmədiyini və arvadı Gülnarənin ümumiyyətlə həyətə düsən olmadığını, Şəlaləninn vermiş olduğu məlumatın yalnış olduğunu, dava-dalaş zamanı arvadı Gülnarəni Şəlalə vəŞəlalənin bacısı Qumrunun əlindən aldığını, onların həmin vaxdıəlbəyaxa olduqlarını, həmin vaxtı yatdığını, qapının səsinə oyanan zaman artıq evin giriş qapısının kilid hissəsi sınmış vəziyyətdə olmasını gördüyünü, sonradan arvadı Gülnarədən qapının kimlər tərəfindən sındırılmasını soruşduğunda, Gülnarənin ona yaşadıqları evin giriş qapısınıŞəlalənin təpiklə vuraraq sındırmasını bildirdiyini, onlarla təxminən 70 manat maddi ziyan dəydiyini göstərmişdir. Məhkəmədən barəsində olan inzibati xəta haqqında işüzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmişşəxs Zərərçəkmiş şəxs izahatında, Gülnarə Zamanova və ailəüzvlərini qonşu kimi tanıdığını, onlarla heç bir ədavət və düşmənçiliyi olmadığını, xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı binanın qarşısında özü və bacısı Qumru ilə yun yuduğunu, həmin vaxt oğlu Bakirin, Gülnarənin oğlu Rəsulun və qonşunun uşaqlarının oynadıqlarını, həmin vaxt Bakirin uşaqlarla oynamağına icazə vermədiyi üçün oğlu Bakirə ”Rəsul sənə top vermirsə cəhənnəmə versin” dediyini həmin vaxt Gülnarənin yaşadığı evin pəncərəsindən onun ünvanına nalayiq kücə söyüşləri söyən zaman əsəbləşib Gülnarənin yaşadığı evin ikinçi mərtəbəsindəki evin qarşısına çıxan zaman həmin vaxt Gülnarə yaşadığı evdən çıxaraq onun üzərinə cumduğunu, həmin vaxt Əlbəyaxa olduqlarını, həmin vaxt Gülnarənin oğlanları Gülnarəni, öz bacısı Qumrunun onu ayırmağa calışıdıqlarını, Sonra Namiqin yaşadıqları evdən çöləçıxaraq onun ünvanına nalayiq kücə söyüşləri söydükdən sonra onun bədəninin müxtəlif yerlərinə vuraraq onu döydüyünü, dava-dalaş zamanı Namiqi və onun oğlu Rüfəti vurmadığını, onun barəsində vermiş olduğu məlumatın yalnış olduğunu, Gülnarə Zamanovanın yaşadığı evə getməyinin səbəbi Gülnarənin onu evin pəncərəsindən nalayiq söyüşlər söyməsinə görə olduğunu, Gülnarənin yaşadığı evin giriş qapısını sındırmadığını, Gülnarə və ailəsi arasında olan dava-dalaşıdan sonra onların özləri qapılarını təpiklə vuraraq süındırdıqlarını. Gülnarə və ailəsi arasında olan davadalaş zamanı yanlarında Namiq, oğlanları, Rəsul, Rüfət, özü, bacısı Qumru vəəeri Elgünün olduğunu, səslərinəətrafda yaşayan ancaq dəqiq kimlərin olmasını bilmədiyi qonşuların da çöləçıxdıqlarını, ümumilikdə mübahisə və dava-dalaşların 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında, ŞəlaləƏliyevanı və ailəüzvlərini qonşu kimi tanıdığını, onlarla heç bir ədavət və düşmənçiliyi olmadığını, xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı evdə olduğunu, azyaşlıövladı Rəsul Zamanlının yaşadıqları binanın qarşısında oynadığını, həmin vaxt oğlunun səsini eşidib evin pəncərəsindən küçəyə baxan zaman oğlu X3 bir-birlərinə söyüş etmələrini gördüyünü, həmin vaxt ŞəlaləƏliyevanın binanın həyətində olduğunu, Şəlalənin də onun ünvanına nalayiq söyüşlər söyərək “Rəsulun anasıörgədib ki, oğlu mənim oğlumla dava-dalaş etsin” dediyini, Şəlaləni yaşadığı evin pəncərəsindən “sən nə səbəbdən məni haqsız yerə söyürsün” deyərək söydüyünü, sonra oğlu Rəsul Zamanlının yaşadıqları evə gəldikdən sonra həmin vaxt Şəhla Əliyevanın, Şəlalənin bacısı Qumrunun vəŞəlalənin əri Elgünün binanın həyətindən onları yaşadıqları 2-ci mərtəbəyə qalxaraq Şəlalənin təpiklə onların yaşadıqları evin qapısını təpiklə vuraraq evin qapısının kilid hissəsi qırıldığını, yaşadığı evin girəcəyindəki evin qapısına çıxan zaman Şəlalə vəŞəlalənin bacısı Qumrunun onun paltarından və saçından tutaraq onunla əlbəyaxa olan zaman Şəlalənin əlləri ilə onun bədəninin müxtəlif yerlərindən xəsarət yetirərək onu döydüyünü, həmin vaxt yaşadıqları evdə olan əri Şəxs və oğlu Rüfət Zamanlının onların səsinəçıxaraq onu Şəlalə vəŞəlalənin bacısı Qumrunun əlindən alaraq onu yaşadlıqları evə salan zaman Şəlalənin əri Namiqin sol qoltuğun alt hissəsini və sol böyrünün yan hiyyəsindən dırnaqları ilə xəsarət yetirdiyini, sonra isə Elgünün arvadıŞəlaləni və baldızı Qumrunu yaşadıqları evin qarşısından götürərək öz yaşadıqları evə apardığını, ŞəlaləƏliyevanın Ağdaş RPŞ-nəərizə ilə müraciət edərək onun vəəri Namiqin onu yaşadıqları evin qarşısında döyməsini bildirməsi ilə bağlıŞəlaləƏliyevanın yalan dediyini, ümumiyyətlə yaşadıqları binanın həyətinə düşmədiyini və həmin vaxtıəri Şəxs yaşadıqları evdə yatdığını, Şəlalə və bacısı Qumrunun onunla öz yaşadıqları evin qapısının qarşısında əlbəyaxa olduqlarını, onunla Şəlalə vəŞəlalənin bacısı Qumrunun arasında olan dava-dalaş zamanı yanlarında əri Namiq, oğlanları Rəsul, Rüfət vəŞəlalənin əri Elgünün olduğunu, səslərinəətrafda yaşayan ancaq dəqiq kimlərin olmasını bilmədiyi qonşuların da çöləçıxdıqlarını, ümumilikdə mübahisələrinin və dava-dalaşlarının təxminən 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin, zərər çəkmişşəxsin, şahidin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5, Ağdaş MTE və PA şöbəsinin xx.xx.2020-ci il tarixli 387 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –sol saidin aşağı 1\3-nin ön səthinin, sağ saidin aşağı 1\3-nin ön səthinin sıyrıqlar, sağ kürək nahiyyəsinin qançırları, küt alət təsirindən tğrənmiş törənmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan RespublikasıİXM-in 76.1-ci maddəsinəəsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinəəsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. MəhkəməŞəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan RespublikasıİXM-nin 21-ci maddəsinin tələbinəəsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan RespublikasıİXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, işin yüngülləşdirici və ağırladşırıcı haların olmamasını, faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan RespublikasıİXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : xx.xx.1971-ci il tarixdə Laçın rayon, Zağaltı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləyən, Ağdaşşəhəri H.Əliyev prospekti 67 ünvanında yerləşən Sevxoz yataqxanasında yaşayan Şəxs Azərbaycan RespublikasıİXMnin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətindəŞəki Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar