Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-324/2025 04.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2025-ci il tarixli, EQ 25460675 nömrəli qərarla Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə ona tətbiq edilmiş 50 (əlli) manat məbləğində inzibati cəriməni və xx.xx.2025-ci il tarixli, EQ 25653103 nömrəli qərarla Azərbaycan Respublikasının İXM-nin 339.1-1-ci maddəsi ilə ona tətbiq edilmiş 50 (əlli) manat məbləğində inzibati cəriməni 3 ay müddətində ödəmədiyindən onun barəsində Ağdaş RPŞ-nin DYPB-nin Yol Patrul Xidmətinin baş inspektoru X1 tərəfindən Azərbaycan Respublikasının İXM-nin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inizbati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə, barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-nin 339.1-1ci maddəsi ilə 50 (əlli) manat məbləğində inzibati cərimənin tətbiq edilməsinə dair xx.xx.2025-ci il tarixli, EQ 25653103 nömrəli qərarı 3 ay müddətində icra etməməsinə görə barəsində İXM-nin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraat əsasında sonuncuya inzibati tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 469.3-cü maddəsi üzrə tərtib edilmiş qərarı icra etməməsinə dair hissədə isə icraata xitam verilməlidir. Belə ki; İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 25460675 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “TOYOTA PRİUS(HİBRİD)” minik markalı, 50EG964 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona 50 (əlli )manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 25653103 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə “TOYOTA PRİUS(HİBRİD)” minik markalı, 50EG964 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona 50 (əlli) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Ağdaş rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli 9/3-13- 62/2-13724/2025 nömrəli məktubundan görünür ki, cərimələr ödənmədiyindən əlavə olaraq 60 altmış) manat məbləğində dəbbə pulu hesablanmışdır. Ağdaş rayon RPŞ-nin DYPB-nın portalından çıxarışlardan görünür ki, EQ 25460675 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə, EQ 25653103 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar isə xx.xx.2025-ci il tarixdə Şəxs göndərilmişdir. İş materiallarında olan “Asan Ödəniş” internet informasiya portalından əldə edilmiş çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 25653103 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə cərimə və dəbbə pulu ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs İXM-nin 339.1-ci maddəsi ilə barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25653103 nömrəli inzibati tənbeh vermə haqqında qərarı icra etməməsi məhkəmədə tədqiq edilmiş sənədlərlə sübuta yetirilmiş, odur ki, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.2003-cü il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş (FİN xxxxxxx), Şəxs xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa İXM-nin tələblərinə əsasən İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsini ehtiva etməklə həmin maddə üzrə tərkib yaradır. "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar" İXM-nin 29-cu fəslində nəzərdə tutulmaqla Məcəllənin 327-348-ci maddələrini əhatə edir. Odur ki, Şəxs İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulan (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xətanı törətməsinə görə barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25460675 nömrəli inzibati tənbeh vermə haqqında qərarı 3 ay müddətində icra etməməsi İXM-nin 529.3-cü maddəsinin tərkibini yaratmır. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixli, EQ 25460675 nömrəli inzibati tənbeh vermə haqqında qərarı 3 ay müddətində icra etməməsi ilə bağlı əməlində İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından həmin qərara münasibətdə barəsində inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: xx.xx.2003-cü il tarixdə Ağdaş rayonu, Ağzıbir kəndində anadan olmuş (FİN xxxxxxx), Şəxs xx.xx.2025-ci il tarixli, EQ 25653103 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan rəsmi qaydada verildiyi gündən gündən 10 (on) gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №3(014)-324/2025
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-324/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver