Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-325/2020 25.08.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, X5 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdaş rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2020-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti 67-də şəxsi münasibətlər zəmnində X2 və onun əri Zərərçəkmiş şəxs döymüş və onlar bir-birinə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon polis şöbəsinin xx xxxxxx 2020-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri H.Əliyev prospekti 67 ünvanında yaşayan Ağdam rayonundan olan məcburi köçkün Şəxs ərizə ilə Ağdaş RPŞ-nə müraciət edərək həmin tarixdə təxminən saat 18:30 radələrində qonşuluğunda yaşayan Laçın rayon sakinləri Namiq və Gülnarənin onu yaşadığı binanın qarşısında döydüklərini bildirmişdir. Həmçinin həmin tarixdə Ağdaş şəhəri, H.Əliyev prospekti 67 ünvanında yaşayan Laçın rayon sakinləri sakini X3 ərizə ilə Ağdaş RPŞ-nə müraciət edərək həmin tarixdə təxminən saat 18:15 radələrində Ağdam rayon sakinləri Şəlalə və Qumru bacılarının onu döymələrini bildirmişdir. Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X9 xx xxxxxx 2020-ci il tarixli qərarı ilə, Ağdaş şəhəri, H.Əliyev prospekti 67 ünvanında yaşayanlar Şəxs və X1 müraciətləri əsasında topölanmış xx.xx.2020-ci il tarixli materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin Ağdaş şəhəri, H.Əliyev prospekti 67 ünvanında yaşayanlar Şəxs və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Ağdaş RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin sahə Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi X10 izah etdi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Ağdaş şəhəri, H.Əliyev 67 ünvanında yaşayan X2 və onun əri Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəmnində döyərək sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Şəxs və Zərərçəkmiş şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağdaş rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında, Gülnarə Zamanova və ailə üzvlərini qonşusu kimi tanıdığını, onlarla heç bir ədavət və düşmənçiliyi olmadığını, xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı binanın qarşısında özü və bacısı Qumru ilə yun yuduğunu, həmin vaxt oğlu Bakirin, Gülnarənin oğlu Rəsulun və qonşunun uşaqlarının oynadıqlarını, həmin vaxt Bakirin uşaqlarla oynamağına icazə vermədiyi üçün oğlu Bakirə ”Rəsul sənə top vermirsə cəhənnəmə versin” dediyini həmin vaxt Gülnarənin yaşadığı evin pəncərəsindən onun ünvanına nalayiq küçə söyüşləri söyən zaman əsəbləşib Gülnarənin yaşadığı evin ikinci mərtəbəsindəki evin qarşısına çıxan zaman həmin vaxt Gülnarənin yaşadığı evdən çıxaraq onun üzərinə cumduğunu, həmin vaxt əlbəyaxa olduqlarını, həmin vaxt Gülnarənin oğlanları Gülnarəni, öz bacısı Qumrunun onu ayırmağa çalışıdığını, sonra Namiqin yaşadıqları evdən çölə çıxaraq onun ünvanına nalayiq söyüşlər söyərək onun sol üst hissəsi, sağ qol nahiyəsindən və kürək nahiyələrindən vuraraq onu döydüyünü, həmin vaxtdan sonra əri Elgünün onu və bacısı Qumrunu oradan götürərək yaşadıqları binanın qarşısına apardığını, Gülnarə Zamanovanın yalan dediyini, özü və bacısı Qumrunun ümumiyyətlə Gülnarəni döymədiklərini, həmin vaxt Qumrunun onu ayırdığını, sonradan Zərərçəkmiş şəxs yaşadıqları evdən çıxaraq onun ünvanına nalayiq küçə söyüşləri söydükdən sonra onun bədəninin müxtəlif yerlərinə vuraraq, onu döydüyünü dava-dalaş zamanı Namiqi və onun oğlu Rüfəti vurmadığını, onun barəsində vermiş olduğu məlumatın yanlış olduğunu, Gülnarə Zamanovanın yaşadığı evə getməyinin səbəbi Gülnarənin onun evin pəncərəsindən nalayiq söyüşlər söyməsinə görə olduğunu, Gülnarənin yaşadığı evin giriş qapısını sındırmadığını, dava-dalaşdan sonra onların özləri qaplarını təpiklə vuraraq sındırdıqlarını, Gülnarə və ailəsi arasında olan dava-dalaş zamanı yanlarında Namiq, oğlanları, Rəsul, Rüfət, özü, bacısı Qumru və eri Elgünün olduğunu, səslərinə ətrafda yaşayan ancaq dəqiq kimlərin olmasını bilmədiyi qonşuların da çölə çıxdıqlarını, ümumilikdə mübahisə və dava-dalaşların 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında, Şəxs və ailə üzvlərini qonşusu kimi tanıdığını, onlarla heç bir ədavət və düşmənçiliyinin olmadığını, xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində oğlu Rüfətlə yaşadıqları evdə uzandığını, arvadı Gülnarənin yaşadıqları evin pəncərəsindən həyətdə oynayan oğlu Rəsul Zamanlıya qışqıraraq evə qaçmağını eşitdiyini, bir neçə dəqiqə sonra yaşadıqları evin giriş qapısının bərkdən açılmasının səsin eşidib ayağa qalxaraq əynini geyinib yaşadıqları evin qapısına çıxan zaman arvadı Gülnarə ilə qonşuluqda yaşayan Şəlalə və Şəlalənin bacısı Qumrunun əlbəyaxa olmalarını gördüyünü, həmin vaxt arvadı Gülnarəni Şəlalə və Qumrudan ayıraraq yaşadıqları evin içərisinə salıb qapını örtərək Şəlaləyə nə olmasını bildirdiyində Şəlalənin səs-küy salaraq onun sinəsinə əl atdığını, Şəlalənin əlinin onun sol qoltuq altı nahiyyəsinə və sol qabırğasının alt hissəsinə keçərək ona xəsarət yetirdiyini, həmin vaxt dava-dalaş zamanı orada özü, arvadı Gülnarə, oğlanları Rüfət və Rəsul, Şəlalə və Şəlalənin bacısı Qumru və Şəlalənin əri Elgünündə olduğunu, onları qapının çöl hissəsində qoyaraq yaşadığı evə keçdiyini, dava-dalaşın nə səbəbdən olmasını soruşduğunda ona oğlu Rəsulun yaşadıqları binanın həyətində oynayan zaman Şəlalənin oğlu Bakirlə həyətdə mübahisələri olmasını, həmin vaxt Bakirin Rəsulun sağ qol nahiyəsindən yumuruqla vurduğu üçün Rəsulda onu söydüyü üçün dava-dalaş baş verdiyini bildirdiklərini, Şəxs Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək onun və arvadı Gülnarənin onu yaşadıqları evin qrşısında döyməsini bildirməsi ilə bağlı həmin vaxt yaşadıqları evdə yatdığını, ümumiyyətlə həmin gün dava-dalaşdan əvvəl həyətə düşmədiyini və arvadı Gülnarənin ümumiyyətlə həyətə düşən olmadığını, Şəlaləninn vermiş olduğu məlumatın yalnış olduğunu, dava-dalaş zamanı arvadı Gülnarəni Şəlalə və Şəlalənin bacısı Qumrunun əlindən aldığını, onların həmin vaxtı əlbəyaxa olduqlarını, həmin vaxtı Gülnarənin Şəlaləni və ya Qumrunu vurmasını görmədiyini, həmin vaxtı yatdığını, qapının səsinə oyanan zaman artıq evin giriş qapısının kilid hissəsi sınmış vəziyyətdə olmasını gördüyünü, sonradan arvadı Gülnarədən qapının kimlər tərəfindən sındırılmasını soruşduğunda, Gülnarənin ona yaşadıqları evin giriş qapısını Şəlalənin təpiklə vuraraq sındırmasını bildirdiyini, onlara təxminən 70 manat maddi ziyan dəydiyini göstərmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X3 izahatında, Şəxs və ailə üzvlərini qonşusu kimi tanıdığını, onlarla heç bir ədavət və düşmənçiliyi olmadığını, xx.xx.2020-ci il tarixdə təxminən saat 18:00 radələrində yaşadığı evdə olduğunu, azyaşlı övladı Rəsul Zamanlının yaşadıqları binanın qarşısında oynadığını, həmin vaxt oğlunun səsini eşidib evin pəncərəsindən küçəyə baxan zaman oğlu X4 bir-birlərinə söyüş etmələrini gördüyünü, həmin vaxt Şəxs binanın həyətində olduğunu, Şəlalənin də onun ünvanına nalayiq söyüşlər söyərək “Rəsulun anası örgədib ki, oğlu mənim oğlumla dava-dalaş etsin” dediyini, Şəlaləni yaşadığı evin pəncərəsindən “sən nə səbəbdən məni haqsız yerə söyürsən” deyərək söydüyünü, sonra oğlu Rəsul Zamanlının yaşadıqları evə gəldikdən sonra həmin vaxt Şəhla Əliyevanın, Şəlalənin bacısı Qumrunun və Şəlalənin əri Elgünün binanın həyətindən onları yaşadıqları 2-ci mərtəbəyə qalxaraq Şəlalənin onların yaşadıqları evin qapısını təpiklə vuraraq evin qapısının kilid hissəsinin qırıldığını, yaşadığı evin girəcəyindəki evin qapısına çıxan zaman Şəlalə və Şəlalənin bacısı Qumrunun onun paltarından və saçından tutaraq onunla əlbəyaxa olan zaman Şəlalənin əlləri ilə onun bədəninin müxtəlif yerlərindən xəsarət yetirərək onu döydüyünü, həmin vaxt yaşadıqları evdə olan əri Zərərçəkmiş şəxs və oğlu Rüfət Zamanlının onların səsinə çıxaraq onu Şəlalə və Şəlalənin bacısı Qumrunun əlindən alaraq onu yaşadıqları evə salan zaman Şəlalənin əri Namiqin sol qoltuğunun alt hissəsini və sol böyrünün yan hissəsindən dırnaqları ilə xəsarət yetirdiyini, sonra isə Elgünün arvadı Şəlaləni və baldızı Qumrunu yaşadıqları evin qarşısından götürərək öz yaşadıqları evə apardığını, Şəxs Ağdaş RPŞ-nə ərizə ilə müraciət edərək onun və əri Namiqin onu yaşadıqları evin qarşısında döyməsini bildirməsi ilə bağlı Şəxs yalan dediyini, ümumiyyətlə yaşadıqları binanın həyətinə düşmədiyini və həmin vaxtı əri Zərərçəkmiş şəxs yaşadıqları evdə yatdığını, Şəlalə və bacısı Qumrunun onunla öz yaşadıqları evin qapısının qarşısında əlbəyaxa olduqlarını, onunla Şəlalə və Şəlalənin bacısı Qumrunun arasında olan dava-dalaş zamanı yanlarında əri Namiq, oğlanları Rəsul, Rüfət və Şəlalənin əri Elgünün olduğunu, səslərinə ətrafda yaşayan ancaq dəqiq kimlərin olmasını bilmədiyi qonşuların da çölə çıxdıqlarını, ümumilikdə mübahisələrinin və dava-dalaşlarının təxminən 10-15 dəqiqə davam etdiyini bildirmişdir. Məhkəmədən inzibati xəta törədən şəxs Şəxs barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin və sahə rəisinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törətməsi, iş materialları və ekspertiza rəyi ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6, Ağdaş MTE və PA şöbəsinin xx xxxx 2020-ci il tarixli 393 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol qoltuqönü nahiyəsinin, sol qabırğa altınahiyyənin qançırları, küt alət təsirindən törənmiş, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6, Ağdaş MTE və PA şöbəsinin xx xxxx 2020-ci il tarixli 390 saylı rəyindən görünür ki, X1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – üzün sol çənə qanadı proyeksiyasının qançırları, boyunun arxa səthinin, döş qəfəsinin ön səthinin, sol kürək nahiyəsinin, sağ əlin üz səthinin sıyrıqları, küt alət təsirindən törənmiş, törənmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirici və ağırlaşdırıcı hallar müəyyən olunmadı. Məhkəmə Şəxs haqqında təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh növünü müəyyən edərkən, inzibati xəta törətmişin şəxsiyyətini, inzibati xətanın mahiyyətini və xarakterini nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələbinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini, mahiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirici və ağırladırıcı haların olmamasını, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirli bilindiyi İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : xx xxxxxx 1990-cı il tarixdə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdaş şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən Sevxoz yataqxanasında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-325/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-325/2020
25.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver