Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-325/2021 24.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlunun, məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki uşağı olan, işləməyən, Ağdaş şəhəri Məşəd küçəsi ev 17, 11 saylı mənzildə qeydiyyatda olan və yaşayan Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 24 avqust 2021-ci il tarixdə saat 05:00 radələrində sərxoş halda Ağdaş şəhəri Məşəd küçəsində qaynatası Zərərçəkmiş şəxs1 və qaynı Zərərçəkmiş şəxs2 söyərək təhqir etmişdir. Məhkəmə iclasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 izah etdi ki, Şəxs 24 avqust 2021-ci il tarixdə saat 05:00 radələrində sərxoş halda Ağdaş şəhəri Məşəd küçəsində qaynatası Zərərçəkmiş şəxs1 və qaynı Zərərçəkmiş şəxs2 söyərək təhqir etmişdir. Bu barədə tərəfindən araşdırma aparılmış, Şəxs və zərərçəkmiş şəxslərin izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, Zərərçəkmiş şəxs1 onun qaynatası və Zərərçəkmiş şəxs2 isə qaynıdır. Rəfail və Ümidlə onun arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. 24 avqust 2021-ci il tarixdə şəhərdə yerləşən mağazaların birində pivə alıb içərək evə gəlmişdir. Bu zaman arvadı ilə onun arasında mübahisə yaranmış, səsə qonşuluqda yaşayan qaynatası Zərərçəkmiş şəxs1 və qaynı Zərərçəkmiş şəxs2 gəlmişlər. Bu zaman küçədə zərərçəkmiş şəxsləri ünvanına nalayiq küçə söyüşləri söyərək təhqir etmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərdən üzr istəmişdir. Buna görədə ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izah etdi ki, Şəxs onun yeznəsidir. 24 avqust 2021-ci il tarixdə saat 05:00 radələrində sərxoş halda Ağdaş şəhəri Məşəd küçəsində Şəxs onun ünvanına nalayiq küçə söyüşlər söyərək onu təhqir etmişdir. Qadir etdiyi əmələ görə ondan üz istəmişdir və barışmışlar. Buna görədə ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izah etdi ki, Şəxs onun kürəkənidir. 24 avqust 2021-ci il tarixdə saat 05:00 radələrində sərxoş halda Ağdaş şəhəri Məşəd küçəsində Şəxs onun ünvanına nalayiq küçə söyüşlər söyərək onu təhqir etmişdir. Qadir etdiyi əmələ görə ondan üz istəmişdir və barışmışlar. Buna görədə ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, küçəsində Şəxs 24 avqust 2021-ci il tarixdə saat 05:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol verməsi tam sübuta yetir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən - xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən, törətdiyi əməlin xarakterini, əməlindən peşman olması, zərərçəkmiş şəxslərlə barışması və zərəçəkmiş şəxslərin ondan şikayətçi olmaması onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmadığını nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 50 (əlli) manat məbləğində inzibati cərimə təyin edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №3(014)-325/2021
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-325/2021
24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver