Məhkəmə qərarları › İş №3(014)-326/2021

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-326/2021

24.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-326/2021 24.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mübariz oğlunun, X1 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X3 və inzibati xəta törətmiş Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Ağdaş rayonu Ağzıbir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu Ağzıbir kəndində qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Ağdaş şəhərində 24 avqust 2021-ci il tarixdə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 24 avqust 2021-ci il tarixli MN № ******* nömrəli protokolda göstərilmişdir ki, 23 avqust 2021-ci il tarixdə saat 19 radələrində Ağdaş-Qarağan yolunda idarə etdiyi VAZ 2106 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avqomobillə hərəkətdə olarkən DYPB-nin YPX-nin əməkdaşlarının saxlama əmrinə tabe olmamış, daha sonra avtomobili saxlayaraq xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6 izah etdi ki, Şəxs 23 avqust 2021-ci il tarixdə saat 19 radələrində Ağdaş-Qarağan yolunda idarə etdiyi VAZ 2106 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avqomobillə hərəkətdə olarkən DYPB-nin YPX-nin əməkdaşlarının saxlama əmrinə tabe olmamış, daha sonra avtomobili saxlayaraq xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu barədə tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə saat 19 radələrində Ağdaş-Qarağan yolunda idarə etdiyi VAZ 2106 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olmuşdur. Bu zaman DYPB-nin YPX-nin əməkdaşları ona saxlama işarəsi vermiş, o nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün saxlamamış və sürüb getməyə çalışmışdır. Bu zaman polis əməkdaşları onun idarə etdiyi nəqliyyat vasitəsini saxlatmışlar, o nəqliyyat vasitəsindən yerə düşərək yenidən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə şahid qismində izahat verən Ağdaş RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X7 göstərmişdir ki, X2 23 avqust 2021-ci il tarixdə saat 19 radələrində Ağdaş- Qarağan yolunda BMW markalı ** YP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xidmətdə olarkən Şəxs idarə etdiyi VAZ 2106 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə konstruksiya dəyişikliyi etdiyi üçün saxla əmri verilmiş, sürücü nəqliyyat vasitəsini sürüb getməyə çalışmışdır. Bu zaman polis əməkdaşları ilə birlikdə onun idarə etdiyi nəqliyyat vasitəsini saxlatmışlar, Şəxs tabelçilik göstərməyərək qanuna zidd hərəkətlərinin qarşısını almaq üçün polis şöbəsinə gətirmiş, raportla rəhbərliyə müraciət edilmişdir. Məhkəmədə şahid qismində izahat verən X2 şahid X4 göstərdiyi xüsusatlarla eyni məzmunlu izahat vermişdir. Məhkəmə, məhkəmədə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Şəxs 535.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1.-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs inzibati tənbeh təyin edərkən şəxsiyyətini, törətdiyi əməlin xarakterini, törədilmə şəraitini, məsuliyyətini ağırlaşdıran eləcə də məsuliyyətini yüngülləşdirən halın olmadığını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növü təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 gün müddətinə inzibati həbs təyin edilsin. Həbsin əvvəli 24 avqust 2021-ci il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar