Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(014)-328/2020 10.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, U.Mustafayevanın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Ağdaş rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən Şirxana məxsus çay evində qumar oynamışdır. Buna görə Ağdaş RPŞ-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində xx xxxxxx 2020ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilmədi və bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayonu,Qaradeyin kəndində yerləşən Şirxana məxsus çayxanaya çay içmək üçün getmişdir, Polis Şöbəsində yazdığı izahatında orada həmkəndliləri Mənsur və Gündüzlə, Yuxarı Ləki kənd sakinləri Kamran və Elşadla qumar oynadığını yazsa da, əslində qumar oynamamışdır. Həmin izahatını polisin təkidi ilə yazmışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, həmin xətanın törədilməsində təqsirlidir, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, inzibati xəta haqqında materiala əlavə edilmiş X4, X6, X2 izahatlarından görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx xxxxxx 2020-ci il tarixdə Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən çayxanada qumar oynamışdır. İnzibati xəta haqqında materiala əlavə olunmuş raportdan görünür ki, Ağdaş RPŞnin manqa komandiri, polis baş serjantı Xəyal Məhərrəmov xx.xx.2020-ci il tarixdə Ağdaş RPŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Nabir Əzəmmədova raportla məruzə edərək xx.xx.2020-ci il tarixdə Ağdaş PPXT-nin polis nəfərləri Səməd Mustafayev və İlahi Muxtarov ilə gecə reydi keçirilən zaman Ağdaş rayon Qaradeyin kəndində yerləşən çayxanada X4, Şəxs, X12, X8 və X1 vasitəsi ilə qumar oynadığını aşkar etdiyini və onların oyunda istifadə etdikləri pul və kartın protokol tərtib edilərək maddi sübut kimi götürüldüyünü bildirmiş və həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş maddi sübutun götürülməsi haqqında Ağdaş RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru Elnur Mayılov tərəfindən tərtib edilmiş protokolun surətindən görünür ki, polis əməkdaşları tərəfindən Ağdaş rayonu Qaradeyin kəndində yerləşən Əliyev Şirxanın işlətdiyi çayxanada qumar oyunu oynanılması aşkar olunmuş və orada qumar oyunu oynanılan 36 ədəd kart və 4 manat pul vəsaiti maddi sübut kimi götürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həmin inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyini, yəni xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında Ağdaş rayonu, Qaradeyin kəndində yerləşən Şirxana məxsus çay evində qumar oynamadığını bildirsə də, məhkəməyə dediklərini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs öz etirazının əsasını sübut etməyə borcludur. Həmçinin inzibati xəta haqqında materiala əlavə edilmiş X4, X6, X2 izahatları ilə Şəxs qumar oynaması təsdiq olunur. İşin faktiki hallarını, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alaraq belə qənaətə gəlirəm ki, Şəxs barəsində iş üzrə maddi sübut - qumara qoyulmuş pul vəsaiti 4 (dörd) manat pul və oyun ləvazimatı olan 36 (otuz altı) ədəd kart müsadirə edilməklə maddənin sanksiyasında nəzərdə tutulan minimum məbləğdə cərimə tənbehi tətbiq edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114,115,128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: xx xxxxxx 1983-cü ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdaş rayonu, Qaradeyin kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib maddi sübut - qumara qoyulmuş pul vəsaiti 4 (dörd) manat pul və oyun ləvazimatı olan 36 (otuz altı) ədəd kart müsadirə edilməklə 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Qərar rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov
Məhkəmə qərarları › İş №3(014)-328/2020
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(014)-328/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver