Məhkəmə qərarları › İş №3(014)-329/2024

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(014)-329/2024

10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(014)-329/2024 10.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Sultanov Cavid Rizvan oğlunun sədrliyi ilə xx.xx.1968-ci ildə Ağdaş şəhəri ünvanında anadan olmuş, Ukrayna Respublikasının vətəndaşı, evli, ünvan 1 küçəsi, 45 nömrəli ev ünvanında yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Ağdaş rayon Polis şöbəsinin DYPB-dən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində Ağdaş rayon Polis şöbəsinin DYPB tərəfindən 10 iyul 2024-cü il tarixdə inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, X4 23 iyun 2024-cü il tarixdə, saat 11:00-da nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edərək zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. Ağdaş rayon Polis şöbəsinin təhqiqatçısı X1 08 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı ilə X2 əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Buna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd olunaraq, onun barəsində Ağdaş rayon Polis şöbəsinin DYPB tərəfindən 10 iyul 2024-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, X2 barəsində olan İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin adı, atasının adı, soyadı və ünvanları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı qeyd edilməmişdir. Bundan başqa, inzibati xətanın hansı qaydada baş verməsi və aşkar olunması, bunların nə ilə təsdiq olunması protokolda göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməmiş, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidlərin izahatları alınmamış, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən cinayət mühakimə icraatında Azərbaycan Respublikasının dövlət dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxs ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin edilməlidir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin DYPB tərəfindən tərtib edilmiş 10 iyul 2024-cü il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı kiril qrafikası ilə yazılmasına baxmayaraq, o, müdafiəçi ilə təmin edilməmişdir. Göründüyü kimi Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol natamam olduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Ağdaş rayon Polis şöbəsinin DYPB-yə geri qaytarılsın. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar